Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Polo üzrə Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatının qalibi olub
Tarix: 12.09.2015 | Saat: 20:10:00 | E-mail | Çapa göndər
Sentyabrın 12-də polo üzrə Azərbaycan millisi Bakı keçirilən Avropa çempionatının finalında Almaniya yığmasını 6:5 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Bununla da Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), “Elit Atçılıq və Polo” klubunun və “World Polo”nun birgə təşkilatçılığı ilə Beynəlxalq Polo Federasiyası (BPF) tərəfindən Binə Atçılıq Mərkəzində keçirilən arena polo üzrə birinci Avropa çempionatına yekun vurulub.

Çempionatın sonuncu günündə final qarşılaşmasından əvvəl beşinci və üçüncü yer uğrunda oyunlar da keçirilib.

Əvvəlcə Azərbaycan atlarının paradı olub. At belində meydana daxil olan milli geyimli çaparlar Azərbaycan Respublikasının bayrağını arenaya gətiriblər.

Mərasimdə çıxış edən ARAF-ın prezidenti Elçin Quliyev ölkəmizdə ilk dəfə keçirilən arena polo üzrə Avropa çempionatının iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin idman qüdrətinin möhkəmlənməsinə, o cümlədən atçılıq idmanının inkişafına, “Qarabağ” və “Dilbaz” milli at cinslərinin bərpasına və əvvəlki şöhrətinin qaytarılmasına diqqət və qayğı göstərir. Turnir ölkəmizdə atçılıq idmanının və polonun inkişafı baxımdan xüsusilə önəmli və əlamətdardır. Azərbaycanda ilk dəfə keçirilən bu yüksək səviyyəli turnirin iştirakçıları və qonaqları ölkəmizin mədəniyyəti, qədim dövrlərdə atüstü oyunların yarandığı və inkişaf etdiyi “Odlar Yurdu”nun atçılıq ənənələri ilə tanış olublar.

Azərbaycanın polonun qədim növü olan çövkənin və “Qarabağ” atçılıq oyununun yarandığı ölkə olduğunu vurğulayan Elçin Quliyev qeyd edib ki, ölkəmizdə polonun inkişafı ARAF-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Turnir həm də ARAF-a təşkilatçılıq təcrübəsi qazandırıb, çaparlarımızda ən yüksək idman zirvələrini fəth etməyə inam yaradıb. Bunun nəticəsidir ki, Azərbaycanı təmsil edən yığma komandamız Avropa birinciliyi kimi mötəbər idman turnirinin finalınadək yüksəlib. Bununla da Azərbaycan atçılıq tarixinə daha bir uğur səhifəsi yazmağa müvəffəq olub.

Sonra oyunlara start verilib. Günün ilk qarşılaşmasında meydana çıxan İtaliya komandası İsveçrə seçməsini 7:5 hesabı ilə məğlub edərək Avropa çempionatında beşinci yerə sahib olub. İkinci görüşdə İrlandiya poloçuları İspaniya kollektivindən üstün olaraq turnirdə üçüncülüyə yiyələniblər.

Çempionatın final görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan millisi yarışın birincisi olmaq uğrunda Almaniya yığması ilə qarşılaşıb. Qarşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan poloçuları rəqibləri üzərində 6:5 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına sahib olublar. Ümumilikdə Azərbaycan yığması çempionatda keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vuraraq böyük uğura imza atıb.

Azərbaycan seçməsinin üzvü Silvester Qarros isə yarışın ən məhsuldar oyunçusu seçilib.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Komandalara mükafatlar və kuboklar təqdim olunub.

Avropa çempionlarına – Azərbaycan yığma komandasının üzvlərinə qızıl medalları və əsas kuboku ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.

Mərasim möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Sentyabrın 4-dən 12-dək keçirilən çempionatda Azərbaycan, Almaniya, İrlandiya, İsveçrə, İtaliya və İspaniya yığma komandaları mübarizə aparıb.

Qədim çövkən oyunun vətəni olan Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Bu beynəlxalq turnirin Azərbaycanda keçirilməsi barədə qərar 2014-cü ilin dekabrında Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında qəbul edilib.
Xəbər 959 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.04.2024 Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub
06.04.2024 Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb
24.12.2023 Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib
22.12.2023 Çövkən üzrə Prezident Kubokunda finalçılar müəyyənləşib
19.12.2023 Çövkən üzrə Prezident Kubokunda növbəti oyunlar keçirilib
17.12.2023 Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunda ilk günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi olub
09.12.2023 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09.11.2023 Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru