Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni möhtəşəm qələbə ilə təmin edib
Tarix: 28.08.2015 | Saat: 05:08:00 | E-mail | Çapa göndər
Avqustun 27-də futbol üzrə UEFA Avropa Liqası yarışlarında pley-off mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu, Ağdamın “Qarabağ” komandası İsveçrənin “Yanq Boyz” kollektivini hesabı ilə məğlubiyyətə uğradaraq UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Tofiq Bəhramov adına Respublika stadionun keçirilən qarşılaşmada Ağdam təmsilçisinin qollarını 4-cü dəqiqədə Riçard Almeyda (11 metrlik cərimə zərbəsindən) və 43-cü dəqiqədə Reynaldo vurublar.

“Qarabağ” Berndə oynanılan ilk görüşdə də Riçard Almeydanın qolu ilə 1:0 qalib gəldiyindən avroliqanın qrup mərhələsinə vəsiqəni iki qələbə ilə təmin edib.

Matçın əsas hakimi litvalı Qedminas Majeyka olub. Ona həmyerliləri Vytautas Simkus və Vitenis Kazlauskas kömək ediblər. Dördüncü hakim funksiyasını isə Sergey Sliva yerinə yetirib.

İsveçrəlilər erkən qol vurmaq üçün ilk dəqiqələrdən təşəbbüsü ələ almağa çalışsa da, hesabı Ağdam təmsilçiləri açıblar. Oyunun 3-cü dəqiqəsində Reynaldoya qarşı kobudluğa görə “Yanq Boyz” komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Zərbəni dəqiq yerinə yetirən Riçard Almeyda “Qarabağ”ı hesabda irəli çıxarıb – 1:0. Almeydaya qarşı kobud oyuna görə rəqib komandanın futbolçusu Steve von Bergen qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Qoldan sonra hücumlarını daha da artıran “Qarabağ” futbolçuları ardıcıl olaraq bir neçə təhlükəli vəziyyət yaradıblar. Qarşılaşmanın 12-ci dəqiqəsində ağdamlılar gözəl kombinasiya nəticəsində real qol imkanı yaratsalar da, Riçard Almeydanın zərbəsi dəqiq olmayıb. Matçın 19-cu dəqiqəsində isə rəqib qapıçı ilə təkbətək qalan Reynaldo topu onun başı üzərindən tora göndərmək istəsə də, zərbəsi dəqiq olmayıb. Altı dəqiqə sonra Reynaldonun sağ cinahdan başlatdığı hücumu isveçrəli müdafiəçilər dəf ediblər. Görüşün 27-ci dəqiqəsində Riçard Almeydanın gözəl ötürməsini Dani Kintana güclü zərbə ilə tamamlasa da, son anda qapıçı topu meydandan çıxarıb.

“Qarabağ”ın tam üstünlüyü ilə keçən qarşılaşmanın 33-cü dəqiqəsində Reynaldonun güclü zərbəsinin qarşısını müdafiəçilər kəsiblər. İki dəqiqə sonra qapıçı ilə təkbətək qalan Reynaldo ikinci qola yaxın olsa da, uğur qazana bilməyib. Lakin oyunda fəallığı ilə seçilən Reynaldo 43-cü dəqiqədə öz istəyinə çatıb. Rəqib müdafiəçilərinin səhvindən məharətlə istifadə edən braziliyalı legioner dəqiq zərbə ilə qapıçını topu qapıdan çıxarmağa məcbur edib – 2:0.

“Qarabağ” fasiləyə iki top üstünlüklə yollanıb.

Fasilədən sonrakı ilk dəqiqələrdə komandalar hücumlarını daha da artırıblar. Lakin oyunda üstünlüyünü qorumağı bacaran “Qarabağ” rəqibin cərimə meydançasında ardıcıl təhlükəli vəziyyətlər yaradıb. Ağdam təmsilçisi azarkeşlərə üçüncü qol sevincini oyunun 61-ci dəqiqəsində yaşadıb. Künc zərbəsi ilə başlanan hücumda Riçard Almeydanın ideal ötürməsindən sonra Əfran İsmayılov “Qarabağ”ın üçüncü qolunu “Yanq Boyz” komandasının qapısından keçirib – 3:0.

Oyunun 71-ci dəqiqəsində meydanda Əfran İsmayılovu əvəz edən Raydel Pupon rəqib qapıçı ilə təkbətək qalsa da topu, düz onun üstünə vurub. Oyunun 85-ci dəqiqəsində isə künc zərbəsindən sonra qapıçının dəf etdiyi topa Coşqun Diniyevin yaxın məsafədən zərbəsi dəqiq olmayıb. Qalan vaxt ərzində və əsas hissəyə əlavə edilən 3 dəqiqədə hesab dəyişməyib və “Qarabağ” 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, İsveçrənin “Yanq Boyz” kollektivini iki oyunun nəticəsinə görə 4:0 hesabı ilə məğlub edən “Qarabağ” komandası tarixində ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.
Xəbər 761 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru