Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"Azərbaycanlı uşaqlar hindistanlılardan daha güclüdü"
Tarix: 26.08.2015 | Saat: 14:21:00 | E-mail | Çapa göndər
AFFA və Bakcell şirkətinin birgə layihəsi əsasında Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin məşqçisi Mik Bennett AFFA-nın rəsmi saytına müsahibə verib. İdman.com.az sizi həmin müsahibə ilə tanış edir.

- Azərbaycanda uşaq futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- İnkişafa nail olmaq üçün infrastruktur çox mühüm amildir və bu imkanlar genişləndirilir. Klublar da öz növbələrində akademiyalarına daha çox diqqət ayırmalı və sərmayə yatırmalıdır.

- Seçimlər zamanı hansi xüsusi tələbləriniz var?
- Əlbəttə, ilk növədə oyunçunun texnikası, müəyyən qabiliyyətləri tələb olunur, lakin eyni zamanda fərdi münasibəti və atletik bacarıqları da mühüm rol oynayır. Oyunçu həm komandası üçün, həm də özü üçün çox şövqlə çalışmalıdır. Üstəlik, oyunçu özünü göstərməyi də bacarmalıdır və özünə inamı yüksək olmalıdır.

- MY Futbol Məktəbində hansı qruplar fəaliyyət göstərir və gələcək planlarınız nədən ibarətdir?
- Hazırda U-10 və U-12 komandaları mövcuddur və bu il U-9 komandasını da əlavə etmək istəyirik. Bundan sonra isə istənilən genişlənmə üçün əlavə məşqçilərə ehtiyac yaranacaq.

- Vaxtilə Mumbayda fəaliyyət göstərmisiniz. Azərbaycan ve Hindistan uşaq futbolu arasında ən böyük fərq nədən ibarətdir?
- Hindistanlılar da azərbaycanlılar kimi böyük ruh yüksəkliyinə malikdirlər, lakin qeyd etmək lazımdır ki, burada oyunçular fiziki cəhətdən daha güclüdürlər. Hindistanda diqqət daha çox təlim-tədrisə yönəlib, lakin şərait və kütləvi futbol strukturunun vəziyyəti bir qədər zəifdir və hazırda onlar bu sahəyə çoxlu yatırımlar edirlər.

- Sizin üçün “Mançester Yunayted" yolu” nə məna kəsb edir və onun başqalarından fərqi nədir?
- MY futbol üslubu çevik hücum futbolu, özünü oyuna fəda etmək və özünəinamlı oynamaq kimi xüsusiyyətlərdən ibarətdir. Klubda ən aşağı komandadan akademiyaya qədər əsas xətt kimi güclü çalışma, komanda oyunu və inam amilləri durur. Hesab edirəm ki, əsas fərq bizim yaratmaq istədiyimiz mühitdədir. Biz əminik ki, futbol əyləncəli olmalıdır və yaşınızdan asılı olmayaraq, uğurlu təlimlərin və inkişafın yolu zövq almaqdan keçir. Bakıdakı məktəbdə də həm oyunçuların, həm məşqçilərin, həm valideynlərin və həm də bütün əməkdaşların xoşbəxt olmasını, gördükləri işdən zövq almasını, yaradıcı olmasını, həmişə öz üzərində işləyərək inkişaf etməsini istəyirəm. Məktəbdə oyunçular üçün hər şey pozitiv olmalıdır, həvəsləndirməlidir və bələdçilik etməlidir. Ən yaxşı oyunçular qərar qəbul etməkdə, özünəinamlı və həvəsli olmaqda hər cür dəstək hiss etməlidirlər. Səhv etməkdən qorxmayın! Bu, öyrənmək üçün ən yaxşı yoldur. Mən məktəbdə, oyunçularda və valideynlərdə, hamıda bu cür yanaşmanı yaratmağa çalışıram. Həmçinin özünü nizam-intizamlı saxlamaq və özünü şövqləndirmək əsas üsullardandır.

- Bu il Azərbaycanda 3-cü MY Yay Futbol Məktəbi keçirildi. Siz də regionlardakı seçimlərdə yaxından iştirak etdiniz. Regionlardakı uşaqların potensialı və ümumən layihə haqqında fikirləriniz necədir?
- Burada çox böyük potensial var. Bölgələrdə bir çox texnikalı oyunçular görmüşəm. Bu layihə çox fantastik ideyadır. Uşaqlar bu layihənin bir hissəsi olmaqdan həzz alırlar. İştirakçılar bunu artıq sübut ediblər. Elə 5 seçilmiş uşaqdan biri olaraq İngiltərəyə getmək və “Old Trafford”da olmaq onların hafizəsində unudulmaz izlər qoyur. Bu həqiqətən də ruhlandırıcı bir haldır. Arzu edirəm ki, bu cür hallar daha tez-tez baş versin.

- İyunun 2-dən 7-dək MY-dən dəvət olunmuş məşqçilər tərəfindən seçilmiş 5 uşaq “Denstone College MU” Yay Futbol Məktəbində təlim-məşq toplanışında olublar. Qısamüddətli olmasına baxmayaraq, bu təlim-məşq prosesi onların gələcəyinə necə təsir edə bilər?
- Həmin uşaqların gələcəkdə hansı istiqamətə gedəcəklərindən asılı olmayaraq, keçdikləri təcrübə xoş hadisə kimi xatirələrində yaşayacaq, onlar üçün pozitiv həvəsləndirici amil olacaq. Ciddi səylə çalışdıqları üçün seçilərək istədiklərinə nail olublar və bu hal gələcəkdə də onlara stimul olaraq deyəcək: “Hər şey mümkündür, sadəcə, buna inan”. Futbol sadəcə, top qovmaq deyil. Bu uşaqlar futbolda həyat təcrübəsi qazana bilər.

- “Mançester Yunayted” klubunun İngiltərə futbolundakı tarixi yeri və mövqeyi necədir?
- Fikrimcə, MY liderdir və dünyada belə bir tarixə malik ikinci bir klub yoxdur. Klubun tarixi sadəcə, titullar və mükafatlar qazanmaqdan ibarət deyil. Klub həmçinin gələcək nəsilə şans verir. Bunun təsdiqini görmək üçün sadəcə 1930-cu ildən bu günə kimi MY-nin çox cavan yaşlarından hazırlayaraq təqdim etdiyi oyunçuların sayına baxmaq kifayət edir. Bir çox oyunçular elə yerli oyunçulardır. Hesab edirəm ki, bu ənənənin Bazbi Beybsindən Klass 92-dək və hətta bu günə kimi davam etməsi çox mühümdür. Ümidvaram ki, gələcək illərdə “Arzuların Teatrı”nda özlərini təqdim etməyi bacaran və əyləncədən həzz alan daha çox sayda cavan oyunçular görəcəyəm.
Xəbər 680 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru