Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Neftçi” İdman Sağlamlıq Mərkəzinin 60 illik yubileyi və Mərkəzin idman kompleksinin açılışı münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
Tarix: 25.01.1997 | Saat: 12:15:00 | E-mail | Çapa göndər
- Əziz dostlar, idmançılar!
- Hörmətli xanımlar və cənablar!
Bu gün bizi buraya, bu salona bir neçə əlamətdar hadisə toplamışdır. Bir neçə yubiley təntənəsi üst-üstə düşüb, hamısını birlikdə qeyd edirik. Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan “Neftçi” Cəmiyyətinin 60 illiyi, “Neftçi” futbol komandasının 50 illiyi, idman-sağlamlıq mərkəzi kompleksinin açılış mərasimi və nəhayət, son illərdə, xüsusən 1996-cı ildə Azərbaycan Respublikası idmançılarının əldə etdikləri nailiyyətlərin yekunlaşdırılması - bunlar hamısı birlikdə bizim bugünkü mərasimimizə xüsusi əhəmiyyət və keyfiyyət verir.
Mən sizin hamınızı, Azərbaycanın bütün idmançılarını bu təntənəli yubileylər münasibətilə təbrik edirəm, Azərbaycan idmançılarına yeni uğurlar, respublikamızın idmanına gələcək yüksəliş arzulayıram.
Xalqımız, millətimiz fəxr edə bilər ki, biz insan həyatının, cəmiyyətinin mühüm sahəsi, ayrılmaz bir hissəsi olan idmanda belə yüksək zirvələrə qalxa bilmişik, böyük nailiyyətlər əldə etmişik. O nailiyyətlər haqqında bu gün burada konkret faktlar gətirildi, nümunələr göstərildi. Həqiqətən, Azərbaycan idmançılarının dünya yarışlarında, Olimpiya oyunlarında, keçmiş Sovetlər İttifaqının yarışlarında və son illərdə keçirilən cürbəcür beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər xalqımızın milli sərvətidir. Biz bununla fəxr edirik və bu, xalqımızı gələcəkdə də idmana cəlb etmək üçün böyük amildir.
İnsan yaranandan bəri idman onunla bərabər inkişaf edibdir. İnsan idmansız yaşaya bilməz. Hər bir insan, idmanla məşğul olmadığını bəyan etsə də, onsuz da məşğul olur. İnsanın hər bir fiziki hərəkəti idmandır. Ancaq idmanın formalaşmış nümunələrindən istifadə etmək və onu insan həyatının ayrılmaz hissəsi kimi qəbul etmək - bu, idmanın yüksək nümunələridir. Hesab edirəm ki, xalqımız bütün əsrlərdə qəhrəmanlıq, cəsurluq, döyüş nümunələri göstərərkən, məhz fiziki cəhətdən sağlam, dözümlü, dəyanətli olduğuna görə belə zirvələrə çatıbdır.
Keçmiş əsrlərdə xalqımız arasında idmanın bir çox növləri böyük şöhrət qazanmışdır. Əsrlərdən-əsrlərə Azərbaycan pəhləvanları xalqımızda nə qədər fiziki güc, qüdrət, iradə olduğunu sübut etmişlər. Xalqımız öz pəhləvanları, cəngavərləri, qəhrəmanları ilə fəxr etmişdir. Qəhrəmanlıq yüksək fiziki keyfiyyətlər, cəsarət, iradə tələb edir. Bunlarsız insan qəhrəman ola bilməz. Bunların olması, insanda cəmləşməsi də onun fiziki cəhətdən nə qədər yüksək zirvələrə çatdığını göstərir. Bunlar hamısı idmandır. Bəzən insanlar idmanın ayrı-ayrı növlərinin son dövrdə, yəni idmanın mütəşəkkil surətdə yayıldığı dövrdə yarandığını hesab edirlər. Ancaq belə deyil, insan həmişə idmanla bir yerdə olubdur.
İndi müasir həyat tələb edir ki, insan idmanla daha çox məşğul olsun. Hesab edirəm ki, xalqımız müstəqil Azərbaycanda idmanla məşğul olmaq üçün daha da çox imkanlar əldə edibdir. Azərbaycanın idman ustalarının beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər onu göstərir ki, xalqımızın idman sahəsində böyük potensialı var. Ancaq bu potensialı hərəkətə gətirmək, inkişaf etdirmək, yüksək beynəlxalq standartlar səviyyəsinə çatdırmaq üçün idmanı təşkil etmək ona qayğı göstərmək lazımdır. Məhz buna görə də son illər biz, Azərbaycan dövləti, bütün çətinliklərə baxmayaraq müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı üçün lazımi vəsait ayırmağı zəruri hesab etmişik və bundan sonra da bu tədbirləri görəcəyik.
Bu gün biz burada “Neftçi” İdman Mərkəzinin abadlaşdırılmış, bərpa olunmuş, yeniləşdirilmiş, təmir edilmiş kompleksi ilə tanış olduq. Gördüyümüz şəxsən məni çox sevindirir. Həm “Neftçi” İdman Cəmiyyəti, həm Dövət Neft Şirkəti, Gənclər və İdman Nazirliyi, həm Suraxanı rayonunun İcra Hakimiyyəti birlikdə çox iş görüblər, bu kompleksin müasir səviyyəyə çatlırılması üçün tədbirlər həyata keçiriblər və böyük nailiyyətlər əldə ediblər. Mən bunu bəyənir, təqdir edirəm və bu işləri görənlərin hamısına təşəkkürümü bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu kompleks “Neftçi” İdman Cəmiyyətində idmanın daha da yüksəklərə qaldırılmasına, Azərbaycan gəncləri içərisindən idman ustalarının hazırlanmasına və idmanın kütləviliyinin təmin olunmasına xidmət edəcəkdir.
Mən dəfələrlə öz fikrimi bildirmişəm və bu gün bir daha demək istəyirəm ki, idman təkcə ayrı-ayrı çempionların əldə etdikləri nailiyyətlərdən ibarət olmamalıdır, idman kütləvi olmalıdır. Bədən tərbiyəsi Azərbaycan xalqının həyatına, Azərbaycan cəmiyyətinin hər bir hüceyrəsinə sirayət etməlidir. Bu bizim məqsədimizdir. Çalışmalı və nail olmalıyıq ki, Azərbaycanda bədən tərbiyəsi geniş yayılsın, gənclər məktəblərdə, insanlar hər yerdə - müəssisələrdə, təşkilatlarda bədən tərbiyəsi ilə məşğul olsunlar. Bu, xalıqımızın fiziki, mənəvi sağlamlığının əsasını təşkil edən amillərdən biridir. Biz çalışırıq və çalışmalıyıq ki, xalqımız sağlam olsun, gənc nəsillər sağlam yetişsinlər. Xalqımızın həm fiziki sağlamlığını, həm şüuri, mənəvi sağlamlığını təmin etmək dövlətimizin ali məqsədi, vəzifəsidir. Bu vəzifəni yerinə yetirmək üçün bədən tərbiyəsini geniş yaymalı, ona geniş imkanlar yaratmalı, insanları bədən tərbiyəsinə, idmana kütləvi surətdə cəlb etməliyik.
Xalqımızın görkəmli nümayəndələrinin idman sahəsində indiyə qədər əldə etdikləri nailiyyətlər və ümumiyyətlə, tarix boyu qəhrəmanlıq salnaməsi xalqımızın fiziki cəhətdən nə qədər sağlam kökləri olduğunu bildirir. Biz bu kökləri yaşatmalı, inkişaf etdirməli, sarsılmaz, böyük bir çinara döndərməliyik. Elə etməliyik ki, gələcək nəsillərimiz daha sağlam, güclü olsunlar, mənəviyyatca daha da yüksək səviyyələrə çatsınlar.
İdman bunun üçün gözəl vasitədir, bədən tərbiyəsi əsas vasitələrdən biridir. İnsanların fiziki, mənəvi sağlamlığı, şüurunun inkişaf etməsi idmanla, bədən tərbiyəsi ilə sıx bağlıdır. Ona görə də mən daim idmana, bədən tərbiyəsinə xüsusi əhəmiyyət vermişəm və verirəm, Azərbaycan Prezidenti kimi öz qayğımı bundan sonra da göstərəcəyəm. İdmanla, bədən tərbiyəsi ilə məşğul olan bütün təşkilatlar, Azərbaycan Gənclər və İdman Nazirliyi bu imkanlardan istifadə etməli, ölkəmizdə idmanı, bədən tərbiyəsini geniş inkişaf etdirmək üçün çalışmalıdırlar.
Qarşımızda beynəlxalq yarışlar, 2000-ci ilin dünya Olimpiya oyunları durur. Biz bunlara hazırlaşmalıyıq. Azərbaycan Respublikası idmançılarının son illər beynəlxalq yarışlarda, dünya çempionatlarında əldə etdikləri nailiyyətlər, qızıl, gümüş, bürünc medallar idmanımızın nə qədər böyük potensialı olduğunu göstərir. Eyni zamanda onu göstərir ki, xalqımız milli azadlığını əldə edəndən, Azərbaycan müstəqil dövlət olandan sonra xalqımızın daxilindəki bu potensial daha güclü inkişaf edir. Çünki keçmiş zamanlarda biz heç vaxt beynəlxalq yarışlarda Azərbaycan müstəqillik qazandıqdan sonra əldə etdiyimiz qədər nailiyyətlər əldə etməmişdik.
Biz müstəqil dövlətik və ölkəmizin yığma komandasının Atlantada Olimpiya Oyunlarında Azərbaycan bayrağı altında iştirak etməsini hamımız böyük iftixar hissi ilə seyr edir, fərəhlənir, sevinirdik. Sevinməyə haqqımız da var. Çünki orada bayrağımız dalğalanırdı, dünya dövlətlərinin komandaları arasında müstəqil Azərbaycan dövlətinin də komandası vardı. Nəinki vardı, hətta bu komandanın bəzi üzvləri yüksək nailiyyətlər də əldə etdilər.
Bu bizim ilk addımımız idi. Ancaq tam əminəm ki, gələn Olimpiya oyunlarına qədər idmanımız inkişaf edəcəkdir, Azərbaycan idmançıları özlərini hazırlayacaqlar və gələn Olimpiya oyunlarında Azərbaycan idmanı, ölkəmizin idmançıları, Azərbaycan Respublikası daha yüksək pillələrə qalxacaqdır. Mən buna tam əminəm. Bunun üçün Azərbaycan dövləti və prezidenti kimi mən bütün imkanları yaradacağıq. Buna arxayın, əmin ola bilərsiniz.
Bu gün sizinlə - Azərbaycan idmanının görkəmli nümayəndələri ilə, veteranlarla və gənclərlə görüşməyimdən çox məmnunam. Bilirsiniz, bu gün biz burada həm idman tariximizi görür, həm də bugünümüzü, gələcəyimizi görürük. İdman veteranları ilə görüşəndə, onları burada görəndə iyirmi-otuz, qırx il bundan öncə Azərbaycan idmanının bayrağını qaldıranları görürük, tariximizin nə qədər zəngin olduğunu görürük.
Bu gün idmançıları, gəncləri, yeniyetmələri görəndə, idmançı uşaqları görəndə bugünümüzün daha parlaq olduğunu dərk edir və gələcəyimizin nə qədər gözəl olacağını təsəvvür edirik. Bu, xoşbəxt bir gün, xoşbəxt dövrdür.
Keçmişimizə görə fəxr edə bilərik. Mən Azərbaycan idmanını bu səviyyəyə qaldıranlara, idmanımızın veteranlarına, respublikamızda idmanın inkişafı üçün xidmət göstərənlərin hamısına hörmət və ehtiramımı bildirir və təşəkkür edirəm. Bu gün Azərbaycan idmanının inkişafı üçün xidmət göstərənlərə, bu sahədə çalışanların hamısına uğurlar arzulayıram. Əmin ola bilərsiniz ki, bu sahədə gördüyünüz işlərin hamısı Azərbaycan dövləti tərəfindən dəstəklənəcəkdir. Çünki bu, həyatımızın mühüm sahəsidir.
Azərbaycanın gənclərinə cansağlığı arzu edirəm. Onlar Azərbaycanın gələcəyidir. Bütün sahələrdə Azərbaycanın gələcəyi parlaqdır. Xüsusən, respublikamızın gələcəyini təşkil edən gənclərimiz, onların fiziki hazırlığı, gələcək üçün gördükləri iş böyük əhəmiyyət kəsb edir. Bunlar hamısı birlikdə hər bir Azərbaycan vətəndaşında yüksək milli iftixar, vətənpərvərlik hissi doğurur.
İdman eyni zamanda insanlarda vətənpərvərlik hissini yüksəldən amillərdən biridir, xalqımızın döyüş qabiliyyətini artıran amillərdən biridir. Biz müstəqil dövlətik, Milli Ordumuz var. Hər il gənclər Milli Ordumuza xidmətə gedirlər. İdman nə qədər çox inkişaf etsə, gənclər bədən tərbiyəsinə nə qədər çox qoşulsalar, məktəblərdə bədən tərbiyəsi nə qədər geniş yayılsa, orduya gedən gənclərimiz bir o qədər sağlam olacaq, yüksək fiziki keyfiyyətlərə malik olacaqlar. Bu da onların döyüş qabiliyyətini artıracaq, orduda ləyaqətlə xidmət etmələri üçün əsas yaradacaqdır.
Ordumuz gündən-günə güclənir və güclənməlidir. Azərbaycanı qorumaq, Azərbaycan dövlətinin müstəqilliyini daim saxlamaq üçün güclü ordumuz olmalıdır və belə ordu yaranır. İndi ordumuz Azərbaycan torpaqlarının keşiyində, müdafiəsində durubdur. Ordumuz işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün, lazım gələrsə, hər zaman döyüşə hazır olmalıdır. Bunların hamısını təmin etmək üçün gənclərimiz sağlam olmalı, bədən tərbiyəsi və idmanla məşğul olmalıdırlar.
Görürsünüz, bədən tərbiyəsi, idman həyatımızın, demək olar, bütün tərəflərini, istiqamətlərini əhatə edir. İdman, bədən tərbiyəsi nə qədər mühüm bir sahə, nə qədər gözəl işdir. Bədən tərbiyəsi, idman insana fiziki hazırlq verir, insanı fiziki cəhətdən möhkəmləndirir, ona gözəllik verir. Arzumuz da budur. Şəxsən mənim daim arzum odur ki, Azərbaycan milləti, hər bir azərbaycanlı fiziki cəhətdən güclü, sağlam olsun, gözəl, ağıllı, şüurlu olsun. Biz belə gənc nəsil hazırlamalıyıq, belə gənc nəslin hazırlanması üçün bütün imkanlarımızdan istifadə etməliyik. Bu imkanlardan biri də bədən tərbiyəsi, idmandır.
Əmin olduğumu bildirmək istəyirəm ki, idmanla məşğul olan bütün təşkilatlar qarşılarında duran vəzifələrin nə qədər məsuliyyətli, şərəfli olduğunu dərk edirlər. Əminəm ki, onlar indiyə qədər olduğu kimi, bundan sonra da öz peşələrinə, işlərinə, xalqımıza, Vətənimizə sadiq olacaqlar. Bu əlamətdar hadisələr münasibəti ilə sizi bir daha təbrik edir, cansağlığı, səadət arzulayır, Azərbaycanda bədən tərbiyəsinin, idmanın inkişafı yolunda sizə uğurlar diləyirəm. Sağ olun.
25 yanvar 1997-ci il
Xəbər 4246 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
11.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru