Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
Tarix: 11.10.2002 | Saat: 11:13:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar!
- Hörmətli qonaqlar!
- Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycan gəncliyinin bayramıdır. Azərbaycan Milli Olimpiya Komitəsinin 10-cu ildönümü, birinci növbədə, bizim gənclərə aiddir, gəncləri təmsil edir və gənclərin nailiyyətlərini nümayiş etdirir. Ancaq, eyni zamanda, bu bizim hamımızın bayramıdır, bütün Azərbaycan xalqının bayramıdır. Çünki müstəqil Azərbaycan 10 il ərzində idman sahəsində və xüsusən, Olimpiya Hərəkatı sahəsində böyük nailiyyətlər əldə edibdir.
Mən sizi bu bayram münasibəti ilə, xüsusən də əldə etdiyiniz böyük nailiyyətlər münasibəti ilə ürəkdən təbrik edirəm, Azərbaycanın bütün idmançılarına, bütün gənclərinə cansağlığı və uğurlar arzulayıram.
Olimpiya Hərəkatının böyük və çox zəngin tarixi var. Bu hərəkat hələ qədim zamanlardan yaranıb və ilbəil inkişaf edərək, bəşəriyyətin fiziki sağlamlığı, bəşəriyyətin zehni sağlamlığı, ümumiyyətlə, sağlamlığı uğrunda çalışan böyük bir hərəkat olmuşdur.
Azərbaycan xalqı 50 il bundan öncə Dünya Olimpiya Hərəkatına qoşuldu. Ancaq mən deyə bilmərəm ki, biz xalq olaraq qoşulduq. Yox, biz Sovetlər İttifaqının tərkibində idik. Tarixdən məlumdur ki, Sovetlər İttifaqı 1950-ci illərə qədər Dünya Olimpiya Hərəkatını tanımırdı. Təbiidir, biz də onu tanımırdıq. Çünki biz müstəqil deyildik, ayrı deyildik.
1952-ci ildə Sovetlər İttifaqı ilk dəfə Finlandiyada, Helsinki şəhərində keçirilən Olimpiya oyunlarında iştirak etdi. Ondan sonra Sovetlər İttifaqının komandası bütün Olimpiya oyunlarında, yarışlarında iştirak edibdir. Bizim idmançılarımız da, hansılar ki, olimpiya yarışlarında iştirak etməyə layiq idilər, Sovetlər İttifaqının komandasının tərkibində iştirak etmişdilər. Ancaq onu demək istəyirəm ki, buna baxmayaraq, Dünya Olimpiya Hərəkatı Sovetlər İttifaqında təbliğ olunmurdu. Yarış vaxtı hazırlaşırdılar, idmançılar gedirdilər. Təbiidir, Sovetlər İttifaqının komandası güclü idi, çoxlu qızıl, gümüş medallar alırdılar, o cümlədən azərbaycanlıllar da o tərkibdə idilər. Elə Şabanova ilə Şubina da o vaxt Olimpiya çempionu olublar. Ancaq Olimpiya Hərəkatı xalq içində, Sovetlər İttifaqında o qədər təbliğ olunmurdu. Bunun səbəbini bilmirəm. Ancaq bu həqiqətdir.
Biz o vaxt nələrsə əldə etmişik. Bu bizim xalqımızın ümumiyyətlə, idman sahəsində böyük qabiliyyətə malik olduğunu bir daha göstərir. Ancaq bizim Olimpiya Hərəkatına qoşulmağımız yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, müstəqil Azərbaycan dövləti yaranandan sonra olmuşdur. Buna görə də biz Azərbaycanın Milli Olimpiya Komitəsinin 10-cu ildönümünü qeyd edərək, eyni zamanda, xalqımızın tarixdə ən böyük nailiyyəti olan müstəqil Azərbaycan dövlətinin də bu günlərdə 11-cü ildönümünü bayram edəcəyik.
Müstəqillik, milli azadlıq Azərbaycan xalqına çox şeylər veribdir. Dünyada gedən Olimpiya Hərəkatına azad, sərbəst qoşulmaq, orada özünü göstərmək və bununla da Azərbaycanda idmanın, bədən tərbiyəsinin inkişafını daha da sürətləndimək də bizim məqsədimiz olubdur. Ancaq təəssüflər olsun ki, bu sahədə on ilin hamısı səmərəli istifadə edilməyibdir. Artıq burada deyildi ki, siz bu dövrü iki yerə bölürsünüz. Birinci beş ildə, demək olar ki, biz Olimpiya Hərəkatının Azərbaycanda mövcud olduğunu o qədər də bilməmişik. 1997-ci ildən sonra isə Azərbaycanda Olimpiya Hərəkatı birdən-birə çox böyük vüsət alıb, təbliğ olunub və bu sahədə çox işlər görülübdür.
Təəssüflər olsun ki, dövlət müstəqilliyini əldə etdiyi ilk illərdə Azərbaycanın bütün iqtisadiyyatı, başqa sahələri də dağıdılırdı, pozulurdu və bu, idmana da olduqca güclü zərbələr vurmuşdu. Xatirimdədir, mən 1993-cü ildə yenidən Azərbaycana rəhbərliyə başlayanda idmandan bir xəbər yox idi. Bilirsiniz ki, o vaxt bizdə çox problemlər var idi. Birinci növbədə, xaosa, hərc-mərcliyə son qoymaq, Azərbaycanda ictimai-siyasi sabitliyi yaratmaq lazım idi. Onun üçün də çox ciddi inzibati tədbirlər görmək lazım idi. Ona görə bizim, yəni dövlətin, o cümlədən prezidentin səyləri məhz buna yönəldilmişdi. Biz bu işləri müəyyən qədər qaydaya salandan sonra, təbiidir, başqa sahələr də gündəliyimizə düşdü. O cümlədən idman sahəsi. Ancaq mən nə gördüm? Ümumiyyətlə, idmandan heç əsər yox idi, onun maddi-texniki bazası tamam dağıdılmışdı.
Deyə bilmərəm ki, biz keçmişdə Azərbaycanda idmanın inkişaf etdirilməsi üçün istənilən qədər maddi-texniki baza yarada bilmişdik. Mən 33 il bundan öncə Azərbaycana rəhbərlik etməyə başlamışam. Doğrudur, o vaxtlar çox iş görmüşəm, amma indi o dövrü təhlil edəndə görürəm ki, idman sahəsində ondan da çox iş görə bilərdim. Başqa sahələr mənim vaxtımı çox aparıbdır.
Məsələn, xatirimdədir, hələ 1951-ci ildə Azərbaycanda böyük stadion, futbol stadionu, idmanla məşğul olmaq üçün onun başqa qurğuları tikildi. Mən həmin o stadionun açılışında iştirak etmişəm. O vaxt bu, Azərbaycan xalqı üçün böyük bir bayram idi. Biz futbol yarışlarına gedirdik, özümüzü saxlaya bilmirdik. Nə olur olsun, nə qədər iş olur olsun, futbol yarışlarını stadionda izləyirdik. Stadion ağzına qədər dolu olurdu.
1990-cı illərin əvvəlində stadiondan istifadə olunmurdu. Ancaq stadionun başına nə iş gətirmişdilər? Dedim, gəlin, stadionu bərpa edək. Dedilər, nə cür bərpa edək, stadionu özəlləşdiriblər. Burada keçmiş bir idmançı olub, təəssüf ki, idmana xəyanət edibdir. Götürüb onu özəlləşdirib, orada kababxanalar açıb, restoranlar açıb, dükanlar, başqa şeylər açıb. Stadionun futbol meydançası yararsız vəziyyətə düşmüş, oturacaqlar dağıdılmışdı. Belə bir vəziyyətdə mən əmr elədim ki, o adamı oradan qovmaq lazımdır və stadionu bərpa etmək lazımdır. Çoxları mənə dedi ki, bu, mümkün deyil, bu çətindir. Artıq bu sənədləşdirilibdir. Təəssüf ki, elə bu gün də Azərbaycanda yaşayan və idmanda guya özünü göstərmək istəyən bəzi şəxslər o vaxt həmin stadionu həmin o adama qanunsuz vermişdilər. Ancaq mən buna baxmadım, onların hamısını qısa müddətdə oradan qovdum və göstərdim ki, stadionu təmizləmək olar, onları oradan qovmaq olar.
Əvvəlcə, stadionu təmizlədik. Amma onu o vəziyyətdə işlətmək olmazdı. Onu tədricən bərpa etməyə başladıq. İndi görürsünüz, Allaha şükür, stadionumuzda gözəl oturacaq yerləri, gözəl işıqlandırma sistemi, gözəl yaşıl meydança var və hamısı beynəlxalq standartlara uyğundur.
Yaxud, bizim İdman sarayını götürün. Xatirimdədir, onu da 1970-ci illərin sonunda inşa edirdik. Düzdür, uzun çəkdi, üç-dörd il çəkdi. O vaxtlar Bakı Şəhər Sovetinə tapşırmışdıq. Onlar da deyirdilər ki, pul yoxdur, filan yoxdur, çox uzatdılar. Ancaq yenə də tikildi, istifadəyə verildi. Amma mən 1993-1994-cü illərdə orada nə gördüm?! Onu kimlərəsə veriblər, gətirib mebel düzüb satırlar, başqa şeylər satırlar, mağazalar düzəldiblər, idman isə tamamilə yoxdur. Bunlar xatirinizdədir. Onu da təmizlədik, bərpa olundu. İndi İdman sarayından çox yaxşı istifadə olunur və orada bir çox beynəlxalq yarışlar keçirilir. Mən baxıram, yarışlara nə qədər gənc insanlar gedirlər. Demək, böyük maraq var.
Vaxtınızı almaq istəmirəm. Beləliklə, o illərdə nəinki idmanın özü öldürülmüşdü, idmanın maddi-texniki bazası da dağıdılmışdı. Bizə lazım idi ki, idmanı canlandıraq. Amma idmanı boş yerdə canlandırmaq olmaz. Gərək onun maddi-texniki bazasını yaradaq. Biz dediyimiz həmin obyektləri dövlətin gücü ilə bərpa etdik. Ancaq 1997-ci ildə rəhbərliyi dəyişəndən sonra Milli Olimpiya Komitəsi qısa müddətdə böyük proqram həyata keçirməyə başladı. Təvazökarlıq edib məruzədə bunu o qədər də demədilər. Ancaq həqiqətən böyük işdir, qısa müddətdə Bakıda böyük Olimpiya kompleksi, Milli Olimpiya Komitəsinin binası, Maştağada Olimpiya kompleksi, Naxçıvanda Olimpiya idman kompleksi, Gəncədə Olimpiya idman kompleksi istifadəyə verildi. Bərdədə də tikilir, başa çatdırılır, Şəkidə də tikilir, başa çatdırılır. Lənkəranda da, Qubada da inşasına başlanıbdır. Bunlar hələ bu yaxın vaxtlarda, bir-iki ildə olan işdir. Özü də bunlar ən yüksək beynəlxalq standartlara uyğun olan komplekslərdir. Təkcə buna görə biz Milli Olimpiya Komitəsinin işini çox yüksək qiymətləndirməliyik.
Mən özüm də bunu görmüşəm, ona görə deyirəm. Bəzən idman müəllimlərinin özü də bu məsələyə bir az başdansovdu yanaşırlar. Ona görə gərək biz həm şərait yaradaq, həm də idman müəllimləri gərək o dərsi elə keçsinlər ki, şagird, tələbə hiss etsin. Necə ki, fizika, kimya, yaxud riyaziyyat dərsləri onları çətinliyə salır, bu, idmanda da olsun. Onda bizim gənclərimizin hamısı gözəl bədən quruluşlu, sağlam olacaqlar. Mən sizə öz təcrübəmdən deyirəm, daim idmanla məşğul olmuşam, bu gün də məşğul oluram və onun faydasını da görürəm. Bu, sadəcə, nümunədir.
Beləliklə, bədən tərbiyəsi, idman Azərbaycanda xüsusi yer tutur. Bizim Milli Olimpiya Komitəsi Gənclər, İdman və Turizm Nazirliyi ilə birlikdə ötən beş ildə çox işlər görübdür. Burada bizim qonaqlardan biri tamamilə düzgün dedi ki, Milli Olimpiya Komitəsi ilə Gənclər, İdman və Turizm Nazirliyi bir-biri ilə o qədər sıx əlaqədədirlər ki, elə bil bir təşkilatdır. Bu, çox yaxşı haldır. Bunların arasında heç bir problem yoxdur. Ona görə də nazirlik öz funksiyalarını yerinə yetirir və yetirməlidir. Milli Olimpiya Komitəsi öz funksiyalarını yerinə yetirir və öz funksiyalarından da kənarda idman üçün çox işlər görür. Qoy görsün, lazımdır, lazımdır.
Mən maddi-texniki baza haqqında dedim. Bunun çox böyük mənası var. Məsələn, 300 mindən çox əhalisi olan Gəncə kimi şəhərdə bugünkü tələblərə cavab verən bir idman qurğusu yox idi. Amma biz bilirik, Gəncədə gənclər içərisində çox sağlam adamlar var və mənə belə gəlir, bizim qabaqcıl idmançılarımızın içərisində, xüsusən daş qaldırmaqda və güləşdə oradan çox adamlar çıxırdı.
Naxçıvanı götürün, Muxtar Respublikanın paytaxtı böyük şəhərdir. Heç bir şey yox idi. İndi Naxçıvanda, Gəncədə, Maştağada idman kompleksləri tikildi. Bunlar çox iş görəcəklər. Çünki həmin o bölgələrdə idmana həvəsi olan, idmanla məşğul olmaq üçün fiziki potensialı olan uşaqların, gənclərin indiyədək imkanları yox idi. İndi bu imkan var. Ona görə də onların səmərəli işləməsini təmin etmək lazımdır.
Mən İlham Əliyevdən soruşdum. O dedi ki, nəzarət edirlər, hamısı səmərəli işləyir. Belə başa düşdüm ki, Milli Olimpiya Komitəsi hələ bununla qane olmayacaq, bu proqramı genişləndirəcəkdir. Beləliklə, biz Azərbaycanın, demək olar ki, əsas bölgələrində böyük olimpiya idman kompleksləri yaradacağıq və insanlarımızı idmana, bədən tərbiyəsinə cəlb edəcəyik.
Sidney Olimpiya Oyunlarında bizim Milli Olimpiya Komitəmiz həqiqətən, böyük uğur qazandı. Əgər nəzərə alsaq ki, Sidney oyunlarından cəmi üç il qabaq Milli Olimpiya Komitəsinin yeni tərkibi seçilmişdi, qısa müddətdə o qədər adam hazırladılar, 30-dan çox adam lisenziya aldı, Sidneyə getdi və üç nəfər medal qazandı. İkisi qızıl, biri bürünc medal aldı. Səkkiz nəfər diplom aldı. Bunlar böyük şeydir. Demək imkanlar var.
Mən inanıram ki, Milli Olimpiya Komitəsi bu gün burada bəyan etdiyi vədləri yerinə yetirəcək, Afina Olimpiya Oyunlarına daha çox və yüksək səviyyəli idmançılar hazırlayıb aparacaqdır. Oradan Azərbaycana yeni medallar gətirəcəkdir. Ancaq biz təkcə Olimpiya oyunlarından alınan medallar haqqında danışmamalıyıq. Burada məruzədə deyildi ki, beynəlxalq yarışlarda Azərbaycan idmançıları nə qədər medallar alıblar, neçə dəfələrlə Azərbaycanın bayrağını qaldırıblar. Yaxud, Azərbaycanda nə qədər beynəlxalq yarışlar keçirilibdir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi çox əhəmiyyətlidir. Beynəlxalq, yaxud müəyyən bir bölgə yarışları çox əhəmiyətlidir. Çünki birincisi, Azərbaycan idmançıları iştirak edirlər, ikincisi, idmançılar, hansılar ki, hələ orada iştirak etməyə nail ola bilməyiblər, gedirlər, baxırlar.
Mən hər dəfə televiziya ilə baxıram, salon tamam dolu olur. Oraya pul ilə gedirlər. Bu, nə deməkdir? İdmana gör nə qədər böyük həvəs var, yarışlara nə qədər böyük maraq var. Bu, Azərbaycanda böyük idman potensialı olduğunu təsdiq edir, Azərbaycan gənclərinin çox böyük imkanı olduğunu təsdiq edir. Ona görə görülən işlərin qiymətini bütün bunların hamısı ilə ölçmək lazımdır. Mən şəxsən belə ölçürəm.
Nailiyyətlər bizi sevindirir. Həqiqətən, hamımızın bayram əhval-ruhiyyəmiz var. Güman edirəm, bu təntənəli mərasimi televiziya vasitəsilə respublikada seyr edirlər, qulaq asırlar və onlar da bizimlə bərabərdirlər. Mən çox məmnunam.
Mən idmana nə mümkündürsə, etmişəm. Son fərmanlarımla da təltiflər etmişəm, fərdi təqaüdlər haqqında fərmanlar vermişəm. Nə lazımdırsa, etmişəm. Bütün sənədləri imzalayandan sonra dünən soruşdum, bir şey qaldı? Dedilər, yox. Kənarda bir adam qalıb? Dedilər, yox. Dedim, əgər qalsa, günah sizdədir. Onsuz da mən kənarda qalanları sonra tapacağam. Amma qalsa, günah sizdədir. İdmançılar, veteranlar - hamısı buna layiqdir. Mən bunu ürəkdən deyirəm, layiqdirlər. Çünki siz Azərbaycan xalqının fiziki sağlamlığını nümayiş etdirirsiniz. Siz Azərbaycan gəncliyini fiziki sağlamlıqlarını möhkəmləndirməyə səfərbər edirsiniz. Ona görə siz layiqsiniz.
Mən sizin hamınıza uğurlar arzulayıram. İnanıram ki, bizim yüksək nailiyyətlər əldə edə bilən idmançılarımızın sayı artacaqdır. İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaqdır. İnanıram ki, yaşından asılı olmayaraq, hər bir vətəndaş idmanla, bədən tərbiyəsi ilə məşğul olacaqdır. İnanıram ki, Azərbaycan gəncliyi fiziki, zehni cəhətdən daha da yüksək olacaqdır.
Sizi bir daha təbrik edirəm, hamınıza səmimi qəlbdən cansağlığı, uğurlar arzulayıram. Azərbaycan Milli Olimpiya Komitəsinə böyük-böyük uğurlar arzu edirəm. Sağ olun.

11 oktyabr 2002-ci il
Xəbər 4148 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
11.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru