Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
XXVI Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşdə Prezident Heydər Əliyevin çıxışı
Tarix: 14.08.1996 | Saat: 11:14:00 | E-mail | Çapa göndər
- Mən sizin hamınızı təbrik edirəm. Təbrik edirəm, ona görə ki, siz dünya Olimpiya oyunlarının iştirakçısısınız, Atlantada bu oyunlarda iştirak etmisiniz və Azərbaycan xalqını dünyanın ən yüksək idman yarışlarında təmsil etmisiniz. Bu, böyük hadisədir. Siz, xalqınıza, özünüzə böyük şərəf gətirmisiniz. Bu faktın özü Müstəqil Azərbaycan Respublikasının həyatında əlamətdar bir hadisədir və bu münasibətlə sizin hamınızı təbrik edirəm.
Sizi Atlantaya, Olimpiya oyunlarına çox böyük ümidlərlə, arzularla yola saldıq və şübhəsiz ki, daha da yüksək nailiyyətlər gözləyirdik. Amma, eyni zamanda, bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının idmançıları Olimpiya oyunlarında, müstəqil olaraq, ilk dəfə çıxış edirlər. Əgər Olimpiya oyunlarında 197 ölkənin nümayəndələri iştirak ediblərsə və bu ölkələrin tam əksəriyyəti daim müstəqil dövlətlər olubsa, keçmiş Olimpiya oyunlarında da iştirak edibsə, belə halda Azərbaycan Respublikası komandasının əldə etdiyi nailiyyətlər, hesab edirəm ki, çox dəyərli nailiyyətlərdir, çox əhəmiyyətlidir və heç də narahat olmayın ki, siz az medal gətirmisiniz. Bu gümüş medal Azərbaycan Respublikasının Olimpiya oyunlarında iştirakında ilk uğurlu addımdır. Bu medala Namiq Abdullayev öz iradəsi ilə nail olubdur. Amma bu medal eyni zamanda bütün komandanın, bütün Azərbaycan idmançılarının medalıdır. Mən Namiq Abdullayevi xüsusi təbrik edirəm ki, Azərbaycanın idmanını Olimpiya oyunlarında ilk dəfə bu qədər yüksək bir səviyyəyə çatdırıbdır. Eyni zamanda hamınızı təbrik edirəm ki, hamınız birlikdə Olimpiya oyunlarında uğurla iştirak etmisiniz. Kimsə beşinci yer, kimsə yeddinci yer, kimsə onuncu yer tutubdur. Amma Olimpiya oyunlarında onuncu yer tutmağın özü də böyük nailiyyətdir, böyük şərəfdir. Ona görə də mən Olimpiya oyunlarında iştirakınızı və əldə etdiyiniz nailiyyətləri yüksək qiymətləndirir, sizi ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, bundan sonra da idmanla məşğul olacaqsınız, Azərbaycan idmanının inkişafı üçün çalışacaqsınız və dörd ildən sonra, növbəti Olimpiya oyunlarında bundan da yüksək nailiyyətlər əldə edəcəksiniz.
Olimpiya oyunlarının nəticələri haqqında Əbülfəs Qarayevin verdiyi məlumatlar çox əhəmiyyətlidir. Həqiqətən, əgər keçmiş zamanlarda Azərbaycan idmançıları Sovetlər İttifaqının spartakiadalarında 10-11-ci yerləri tuturdularsa, indi həmin respublikalar Olimpiya oyunlarında iştirak etdiyi bir zamanda yeddinci yer tutmusunuz. Bu, böyük nailiyyətdir. Bu bir də onu göstərir ki, müstəqil dövlət, müstəqil ölkə kimi biz öz nailiyyətlərimizi dünya miqyasında daha da görkəmli nümayiş etdirə bilərik. Sizin nailiyyətləriniz buna əyani sübutdur. Çox sağ olun. Hər birinizi ayrı-ayrı təbrik edirəm, hamınızı birlikdə təbrik edirəm. Bizim Gənclər və İdman Nazirliyini təbrik edirəm. Məşqçilərinizi təbrik edirəm ki, sizi hazırlayıb Olimpiya oyunlarında iştirak etmək hüququna nail olublar və siz də məşqçilərinizin göstərdikləri qayğını və etimadı doğrultmusunuz.
Bir də qeyd edirəm, Olimpiya oyunlarında, sadəcə olaraq, iştirak etmək özü böyük bir hadisədir. İştirak edib hansısa bir yeri tutmaq bundan da böyük hadisədir və nailiyyətdir. Nəhayət, Azərbaycan üçün Olimpiya oyunlarından gümüş medal gətirmək - bu böyük nailiyyətdir. Mən sizin Olimpiya oyunlarında iştirakınızdan məmnunam, razıyam. Hesab edirəm ki, sizi yola salarkən verdiyimiz tövsiyələrə sadiq olmusunuz və arzularımızı, ümidlərimizi doğrultmusunuz.
Əlbəttə, bir də qeyd edirəm, biz çox şey gözləyirdik. Amma hər bir hadisəyə reallıqdan baxmaq, hər bir hadisəni reallıq əsasında qiymətləndirmək lazımdır. Hesab edirəm ki, reallığa görə sizin nailiyyətləriniz görkəmli nailiyyətlərdir. Ən əhəmiyyətlisi ondan ibarətdir ki, Müstəqil Azərbaycan Respublikası Olimpiya oyunlarında 197 ölkə arasında özünəməxsus yerdə olubdur, Azərbaycanın bayrağı Olimpiya oyunlarında dalğalanıbdır. Biz televiziya ilə Olimpiya oyunlarının açılışına baxarkən gördük və bununla da çox fəxr edirik. Çox sağ olun.
İndi vəzifə Azərbaycanda, ümumiyyətlə, idmanı inkişaf etdirməkdən və növbəti Olimpiya oyunlarına hazırlaşmaqdan ibarətdir. Sizin bu nailiyyətləriniz və son zamanlar Azərbaycanda idman sahəsində görülən tədbirlər və əldə edilən müəyyən nailiyyətlər respublikamızın bu sahədə böyük potensialı, imkanları olduğunu bir daha göstərir. Bu da hamımızı həmin imkanlardan səmərəli istifadə etməyə dəvət edir. Ona görə də hesab edirəm ki, siz və sizinlə birlikdə bütün idmançılar, Azərbaycanın Gənclər və İdman Nazirliyi ölkəmizdə idmanın, onun bütün növlərinin inkişaf etməsi, yayılması, gənclərin idmana daha yaxından qoşulması işi ilə bundan sonra da ciddi məşğul olmalıdır.
Biz, Azərbaycanın Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm, Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz.
İndi gələcək Olimpiya oyunlarına hazırlaşmaq lazımdır. Verilən təkliflə razıyam ki, bunun üçün hazırlıq işinə indidən başlamaq lazımdır. Gənclər və İdman Nazirliyi, Əbülfəs Qarayev bu barədə öz təkliflərini mənə təqdim etsin və mən müvafiq təşkilatlara, bizim dövlət orqanlarına lazımi göstərişlər verərəm. Hesab edirəm ki, bu barədə xüsusi qərar, xüsusi sənəd qəbul olunmalıdır və o sənəddə dörd il müddətində sizin hansı işlər görəcəyiniz müəyyən edilməlidir. Mən bu barədə sizdən təklif gözləyirəm və əmin ola bilərsiniz ki, lazımi sərəncamlar veriləcək, qərarlar qəbul olunacaq və bunun üçün də lazımi vəsait ayrılacaqdır.
Ancaq respublikamızda idmanın inkişafı təkcə dörd ildən bir Olimpiya oyunlarında iştirak etməkdən və orada hansısa nailiyyət əldə etməkdən ibarət deyildir. Keçən dəfə, sizi yola salarkən, biz bu barədə ətraflı danışdıq və bu gün bir daha qeyd etmək istəyirəm ki, respublikamızda idman geniş yayılmalıdır. Gənclərin geniş kütlələri idmanla, bədən tərbiyəsi ilə məşğul olmalıdır. Biz gəncləri bədən tərbiyəsinə, idmana daha geniş cəlb etməliyik. Bədən tərbiyəsi ilə nəinki gənclər, bütün əhali məşğul olmalıdır. Bədən tərbiyəsi təbliğ edilməlidir, bizim informasiya orqanlarında, televiziyada, radioda xalqımızın, millətimizin sağlamlığı üçün, gənclərimizin sağlamlığı üçün bədən tərbiyəsinin nə qədər əhəmiyyətli olduğunu da geniş təbliğ etmək lazımdır. Gənclərimizi, bütün əhalimizi bədən tərbiyəsinə, idmana cəlb etməliyik. İnsanlar bədən tərbiyəsi ilə, idmanla nə qədər çox məşğul olsalar, onlar adamların sağlamlığına, həyatına zərər gətirən adətlərdən kənar olarlar, uzaq olarlar, - məsələn, alkoqollu içkilərdən istifadə edilməsi, gənclər arasında narkotik maddələrdən istifadə halları müşahidə olunur, - yaxud insan üçün zərərli olan başqa adətlərdən, xüsusiyyətlərdən kənar olarlar, belə şeylərə heç vaxt alışmazlar. Biz çalışmalıyıq ki, insanlara zərər gətirən bu adətlər, xüsusiyyətlər xalqımıza sirayət etməsin. Təəssüflər olsun ki, dünyada spirtli içkilərdən, narkotik maddələrdən istifadə edilməsi çox yayılır. Bu da insanlara, xüsusən gənclərə çox zərər gətirir.
Biz müstəqil dövlətik, gənc bir dövlət, müstəqil ölkəyik. Bizim bu günümüz, gələcəyimiz millətimizin, xalqımızın və xüsusən gənclərimizin fiziki sağlamlığından həddindən artıq, demək olar ki, tamamilə asılıdır. Fiziki, mənəvi sağlamlığı təmin etmək üçün bədən tərbiyəsi, idman xüsusi rol oynayır, bunların xüsusi əhəmiyyəti var. Bu, həm elmi cəhətdən isbat olunubdur, həm də indiyə qədər toplanmış təcrübə bunu əyani sübut edir. Ona görə də mən sizin nümunənizdə Azərbaycanın bütün gənclərini, respublikamızın əhalisini bədən tərbiyəsi ilə, idmanla daim məşğul olmağa dəvət edirəm.
Artıq görürsünüz, idman və bədən tərbiyəsi sahəsində atdığımız addımlar öz nəticəsini verir. Xatirinizdədir, mən bir dəfə görüşdə Bakının mərkəzi stadionunun ağır vəziyyətdə olması haqqında fikirlər söylədim və göstərişlər verdim. Bilirsiniz, iki il öncə idi, burada beynəlxalq futbol yarışı keçirilməliydi. Dedilər ki, Bakı stadionunda keçirmək olmaz, Sumqayıtda keçirmək lazımdır. Mən çox narahat oldum - nə cür ola bilər ki, Bakı kimi böyük bir şəhərdə, Azərbaycanın paytaxtında, böyük bir stadionda futbol yarışı keçirmək olmasın? Çünki stadion bərbad vəziyyətdə idi. Müəyyən tədbirlər görüldü, stadionda müəyyən bərpa işləri aparıldı və bu yaxınlarda Azərbaycanın futbolçuları rəqib futbol komandası ilə görüşdü. Mənə dedilər ki, bu, 1988-ci ildən indiyə qədər Bakı stadionunda ilk futbol yarışı idi.
Görürsünüz, gənclərimiz, əhalimiz Bakının sakinləri böyük bir imkandan neçə illər, nə qədər məhrum olmuşdular. Siz gəncsiniz, bəlkə bunları xatırlaya bilmirsiniz. Amma Bakı stadionunda keçirilmiş futbol yarışları bizim nəslin xatirindədir. Vaxt var idi, o futbol yarışlarına bilet tapmaq mümkün deyildi. İnsanlar bu yarışlardan əvvəl bilet axtarırdılar, arayırdılar, həmin futbol oyunlarına baxmaq üçün böyük növbələrə dayanırdılar. Stadion tamamilə dolu olurdu. Tamaşaçılar orada həm idman yarışlarına baxırdılar, həm də istirahət edirdilər, əylənirdilər. Bunlar böyük hadisələr, respublikamızda çox gözəl bir ənənə idi. Ancaq təəssüflər olsun ki, 1988-ci ildən bu stadion bağlanmışdır, orada futbol yarışları keçirilməmişdir. Bir neçə tədbirin nəticəsində stadion da bərpa olundu və Bakı stadionunda beynəlxalq yarış da keçirildi.
Şübhəsiz, bu o demək deyil ki, Bakı stadionunda hər bir iş istənilən səviyəyə gətirilib çatdırılıb. Ancaq ayrı-ayrı mafioz qrupların gəlib o stadionu əllərinə keçirməsi o demək deyildir ki, onlar buna nail ola bilərlər. Azərbaycanın dövlət orqanları bu işə, sadəcə olaraq, ya biganə baxıblar, yaxud bu işlərin iştirakçısı olublar. Ona görə də Azərbaycanın böyük bir sərvəti olan stadion ayrı-ayrı mafioz qrupların əlinə keçmişdi. Stadionun bərpa olunması bir daha onu göstərir ki, biz yaxşı, dəyərli ənənələrimizi bərpa edə bilərik və etməliyik.
İdmana, bədən tərbiyəsinə məxsus olan bütün obyektlər xalqımızın səmərəli istifadəsində, Gənclər və İdman Nazirliyinin sərəncamında olmalıdır. Mən bunu bu gün bir daha bəyan edirəm. Tələb edirəm ki, bu tədbirlər axıra çatdırılsın, idmanın və bədən tərbiyəsinin maddi-texniki bazası bundan sonra daha da möhkəmləndirilsin, inkişaf etdirilsin, respublikamızda həm gənclər, həm də bütün əhali idmana və bədən tərbiyəsinə geniş cəlb oluna bilsin.
Bir daha qeyd edirəm, əmin ola bilərsiniz ki, mən bu sahədə bütün tədbirlərin həyata keçirilməsi ilə, xüsusən Olimpiya oyunlarına hazırlıqla əlaqədar lazımi sərəncamlar verəcəyəm. Əbülfəs Qarayev, sən dedin ki, hansısa idman bazasının vəziyyəti yaxşı deyil. Bu barədə siz özünüz lazımi tədbirlər görün, hansı işi ki, özünüz görə bilmirsiniz, müraciət edin, mən lazımi sərəncamlar, qərarlar verərəm.
Siz mənə idman forması gətirdiniz. Bu mənim üçün rəmzi bir şeydir, onu xatirə kimi saxlayaram. Mən buna görə sizə təşəkkür edirəm. Yəqin ki, mən də sizə bir hədiyyə verməli idim. Ancaq görüşə hazırlıqsız gəlmişəm. İnşaallah, hədiyyələrim sizə çatar. Çünki siz hədiyyələrə layiqsiniz. İşlərim çox olduğuna görə mən bu barədə düşünə bilməmişəm. İşçilərimiz də bu barədə lazımi tədbirlər görməyiblər. Ancaq məndən hədiyyələr sizə çatacaqdır.
Sizi bir daha təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz dörd ildən sonra keçiriləcək Olimpiya oyunlarının da iştirakçısı olacaqsınız. Ona görə də hazırlaşın, çalışın. Şübhəsiz ki, o vaxta qədər sizdən başqa da yeni idmançılarımız yetişəcək və onlar da bu yarışların iştirakçısı olacaqlar. Amma siz çalışın, öz formanızı nəinki saxlayasınız, daha da yüksəldəsiniz ki, növbəti Olimpiya oyunlarında iştirak etmək hüququna nail ola biləsiniz.
Sağ olun, gələn görüşlərədək.
14 avqust 1996-cı il
Xəbər 3372 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
11.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru