Futzal üzrə AVRO-2016-nın pley-off mərhələsində Azərbaycan yığmasının rəqibi məlum olub. Futzalçılarımız final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Slovakiya yığması ilə qarşılaşacaq.
İlk görüş sentyabrın 15-də, cavab matçı isə 1 həftə sonra keçiriləcək. Qeyd edək ki, yığmamız ilk oyununu evdə keçirəcək. Seçmə mərhələdən sonra Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya milliləri Avropa çempionatına vəsiqə qazanıb. 2016-cı il fevralın 2 və 13-də keçiriləcək final mərhələsinə ev sahibliyi edəcək Serbiya yığması isə yarışa təşkilatçı ölkə kimi qatılacaq. Digər cütlüklər belə olub:
Avropa çempionatı
Pley-off mərhələsi
Rumıniya - Macarıstan
Bosniya – Qazaxıstan
Çexiya – Belarus
Azərbaycan – Slovakiya
|