Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Əl Oyunları Sarayında idmançılarla keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı
Tarix: 05.03.1995 | Saat: 12:11:00 | E-mail | Çapa göndər
- Əziz gənclər!
- Bacılar, qardaşlar, qızlar, oğlanlar, əziz idmançılar!
Sizi əldə etdiyiniz böyük nailiyyətlərə görə, bu gün nümayiş etdirdiyiniz yüksək səviyyəli, gözəl idman ustalığı münasibəti ilə ürəkdən təbrik edirəm!
Azərbaycan xalqının çoxəsrlik tarixində idman, bədən tərbiyəsi həmişə görkəmli yer tutub və xalqımız həmişə idmanla məşğul olaraq, özünü fiziki cəhətdən inkişaf etdirib, möhkəmləndirib, gücləndiribdir. Tariximizdə igidlik nümunələri göstərmiş xalq qəhrəmanları fiziki cəhətdən də güclü olublar. Onların həyatı, qəhrəmanlığı, keçdikləri böyük yol, eyni zamanda Azərbaycan xalqında fiziki gücün nə qədər böyük və qüdrətli olduğunu nümayiş etdiribdir.
Azərbaycanda idman və bədən tərbiyəsi XX əsrdə daha böyük inkişafa çatıbdır. Azərbaycan idmanı elmi əsaslar üzərində və xarici ölkələrin təcrübəsi əsasında daha da inkişaf edibdir. Respublikamızda idman təhsili təşəkkül tapıbdır. 1930-cu ildə Azərbaycanda bədən tərbiyəsi və idman üzrə ali məktəb yaradılıbdır. Orta-ixtisas məktəbləri təşkil edilib, bədən tərbiyəsi və idman üzrə elmi-tədqiqat işləri aparılıb, alimlərimiz meydana çıxıb, idmana dair əsərlər yazıblar. Bunların hamısı onu göstərir ki, idman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir.
Bir sözlə, respublikamızda idman və bədən tərbiyəsi böyük və şərəfli yol keçib və məhz bunun nəticəsində bu gün burada adları çəkilən və Azərbaycana dünya şöhrəti gətirən idmançılar, idman ustaları, dünya çempionları, Avropa və Olimpiya çempionları yetişibdir. Belə idmançılarımız bu gün də var və gələcəkdə də olacaqdır.
İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaranıbdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. Bu imkanlar ondan ibarətdir ki, xalqımız idmanı, bədən tərbiyəsini sevir və bu gün bu salonda müşahidə etdiyimiz çıxışlar bir tərəfdən idmanın və bədən tərbiyəsinin Azərbaycanda dərin köklərini göstərir, digər tərəfdən xalqımızın yüksək mədəniyyətini və yüksək səviyyəli həyat tərzinə malik olduğunu nümayiş etdirir. Bunlar indən sonra müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı üçün yaxşı təməl qoyur və əlverişli zəmin yaradır.
Ötən onilliklərdə Azərbaycanda idmanın inkişafı üçün gözəl maddi-texniki baza yaranıbdır. Doğrudur, son illərdə bu baza bəzən dağıdılıb, ayrı-ayrı əllərə keçibdir. Ancaq həmin baza respublikamızdadır və mövcuddur. Hamısı Azərbaycan xalqının əlindədir və vətəndaşlarımızın, idmanımızın, bədən tərbiyəsinin inkişafı üçün istifadə olunmalıdır və olunacaqdır. Biz istəyirik ki, xalqımız həm mənəvi, həm də fiziki cəhətdən sağlam olsun.
Azərbaycan xalqı öz genetik əsaslarına görə gözəl, fiziki və mənəvi cəhətdən sağlam xalqdır. Tarixi, milli və dini adət-ənənələri xalqımızı həmişə fiziki və mənəvi cəhətdən sağlam həyat tərzi keçirməyə sövq edibdir. Ona görə də xalqımızda mənfi hallara meyl az olubdur. Əgər indi belə meyllər haradasa meydana çıxırsa, bu da onu göstərir ki, əsrlər boyu yaranmış milli və dini adət-ənənələrimizə riayət edilmir və onlar pozulur. Güman edirəm ki, ictimaiyyətimiz bunlara yol verməyəcəkdir və biz xalqımızın fiziki və mənəvi sağlamlığını qoruyub saxlayacağıq, gələcək nəsillərimiz daha sağlam, güclü və möhkəm olacaqdır.
Bunun üçün bədən tərbiyəsi və idmanın xüsusi yeri var. Respublikamızda bədən tərbiyəsi geniş yayılmalıdır. Mən hamını bədən tərbiyəsi ilə məşğul olmağa çağırıram. Yaşından asılı olmayaraq, hamını - gəncləri, ortayaşlıları və yaşlı adamları buna dəvət edirəm. Çünki dünya tarixi və təcrübəsi göstərir ki, bədən tərbiyəsi ilə geniş məşğul olan xalq, ölkə həmişə fiziki və mənəvi cəhətdən sağlam olur. Xalqımızın sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimiz vasitəsi ilə yox, eyni zamanda bədən tərbiyəsi ilə qoruyub saxlamalıyıq, möhkəmləndirməliyik və gələcək nəsillərə çatdırmalıyıq. Bədən tərbiyəsi geniş vüsət alan yerdə, şübhəsiz ki, yüksək idman nəticələri də olacaqdır. Bu idman nailiyyətləri müstəqil Azərbaycan Respublikasının şan-şöhrətini bundan sonra da dünyaya yayacaqdır.
Biz indi müstəqil bir dövlət kimi, dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan Azərbaycan idmançılarının cürbəcür beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində XXVI Yay Olimpiya Oyunları keçiriləcəkdir. Respublikamız artıq bu yarışlara hazırlaşır. Bununla əlaqədar, mən xüsusi sərəncam vermişəm və Təşkilat Komitəsi yaratmışam. Bu istiqamətdə lazımi tədbirlər görülür və görüləcəkdir.
Bu gün burada, bu sarayda gördüklərimiz bizə inam verir ki, 1996-cı ilin Olimpiya oyunlarında Azərbaycan idmançıları uğurla iştirak edəcək və ləyaqətli yer tutacaqlar. Mən buna əminəm. Bu gün burada gördüklərim məni buna daha çox inandırır.
Dediyim kimi, idman, bədən tərbiyəsi gənclərimizin daha da sağlam olması üçün lazımdır. Bu, müstəqil Azərbaycanın gələcəyi üçün əsasdır. Eyni zamanda gənclərimiz fiziki cəhətdən nə qədər güclü, nə qədər hazırlıqlı və sağlam olsalar, bir o qədər yaxşı işləyəcək, öz vəzifələrinin öhdəsindən bacarıqla gələcək və Azərbaycanın müstəqilliyinin təmin olunmasında ləyaqətlə iştirak edəcəklər.
Bizim milli ordumuz yaranıbdır. Ordumuz Azərbaycan torpaqlarının müdafiəsində durur. Təəssüf ki, altı ildən artıqdır, Ermənistan tərəfindən ölkəmizə qarşı təcavüz edilibdir və biz müharibə içərisindəyik. Bu gün böyük iftixar hissi ilə qeyd etmək olar ki, gənclərimiz məhz yüksək fiziki hazırlıqlarına görə, idmanla, bədən tərbiyəsi ilə müntəzəm məşğul olduqlarına görə, ordumuzda ləyaqətlə xidmət edir, döyüşür, qəhrəmanlıq nümunəsi göstərir, onların bir çoxu Vətən yolunda şəhid olurlar. Güman edirəm ki, ordumuzun qurulması və gələcəkdə də inkişaf etməsi, möhkəmlənməsi üçün gənclərimizin bədən tərbiyəsi və idmanla məşğul olması və respublikamızda idman işlərinin geniş miqyasda aparılması çox əhəmiyyətlidir. Biz buna xüsusi fikir veririk. Yəqin ki, gənclərimiz də buna diqqətli olacaqlar.
Müstəqil Azərbaycanın xoşbəxt və işıqlı gələcəyi var. Bu gələcək gənclərindir, sizindir, əziz gənclərimiz! Siz müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün fiziki cəhətdən də hazır olmalısınız. Sağlam həyat tərzi keçirməlisiniz, sağlam olmalısınız. Ona görə də idmanla və bədən tərbiyəsi ilə məşğul olmalısınız. Bu baxımdan biz, Azərbaycan Gənclər və İdman Nazirliyinin işinə xüsusi əhəmiyyət veririk. Bu nazirliyi məhz ona görə yaratmışıq ki, Azərbaycan gənclərinin işi ilə dövlət tərəfindən lazımi səviyyədə məşğul ola bilək və respublikamızda idman işini daha yaxşı apara bilək. Mən yenə deyirəm, biz bu nazirliyin işinə xüsusi əhəmiyyət veririk. Bu nazirliyin işinə hamı kömək etməlidir. Güman edirəm ki, nazirlik özü də qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəkdir.
İdmana xüsusi qayğı göstərərək, bu gün mən İdman Fondunun yaradılması haqqında və həmin fonda 2 milyard manat pul ayrılması barədə fərman imzalamışam. Güman edirəm ki, bu başlanğıcdır. Hesab edirəm ki, ictimaiyyətimiz idmana çox maraq göstərir. Ona görə də bu fərmanla İdman Fondunun yaradılması, onun təməlinin qoyulması və 2 milyard manat ayrılması ilə yanaşı, idmana maraq göstərən bütün adamları, idman pərəstişkarlarını bu fondun inkişafı üçün öz paylarını verməyə, öz münasibətlərini göstərməyə dəvət edirəm. Əminəm ki, idman pərəstişkarları, respublikamızın ictimaiyyəti, Azərbaycan gənclərinin qayğısına qalanlar və onların bu günü və gələcəyi haqqında düşünənlər İdman Fonduna qayğı göstərəcəklər. Əminəm ki, bu fond idmanın inkişafı işində layiqli yer tutacaqdır.
Əziz gənclər, mən bugünkü nailiyyətləriniz və göstərdiyiniz idman nümunələri münasibəti ilə sizi bir daha təbrik edirəm, sizə can sağlığı, xoşbəxtlik arzu edirəm.
Hamını bədən tərbiyəsi ilə məşğul olmağa dəvət edirəm.
Azərbaycan idmanına uğurlar olsun!
Sağ olun!
5 mart 1995-ci il

Xəbər 4034 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
11.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru