Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakı 2015 Alovu Zərdab və Tərtərdə alqışlarla qarşılandı
Tarix: 13.05.2015 | Saat: 09:21:00 | E-mail | Çapa göndər
Bakı 2015 Alovu Zərdab və Tərtərdə alqışlarla qarşılandı

Mayın 12-də Bakı 2015 Alovu Zərdab və Tərtər rayonlarına səyahət edib.

Mərkəzi-Aranda, Şirvan düzündə, paytaxtdan 231 km aralıda yerləşən Zərdabın ərazisi – 0.86 min km2, əhalisinin sayı 55 min 859 nəfərdir (01.01.2014). Zərdab 1935-ci ildə Göyçayın tərkibindən ayrılaraq, müstəqil rayon kimi təşkil edilib. 1963-cü ildə Ucara birləşdirilsə də, iki il sonra yenidən rayon statusu bərpa edilib.

Rayon mərkəzində yerli sakinlərin izdihamı və gurlutulu alqışları, hər yandan ucalan, «Azərbaycan!», «Yaşa Azərbaycan!» sədaları ilə iqtisadçı Bəxtiyar Nurəliyevin başladığı məşəl yürüşü Azərbaycan küçəsindən start götürməklə, R.Kərimov küçəsində davam etdi. Zərdabi küçəsindən sonra Heydər Əliyev parkının tağından keçən məşəl yürüşü 3,53 km məsafəni əhatə etdi. Orta məktəb müəllimləri Alim Quliyev, Cavidan İbadov və Seymur Əsədov, iqtisadçı Cavid Nuriyev, idman fəalı Ehtiram Osmanov, taekvondoçu Elnur Babayev, 11-ci sinif şagirdi Anastasiya Demidenko, dövlət qulluqçusu Murad Həsənov növbə ilə məşəli daşıdılar.

Azərbaycanın görkəmli ziyalısı, Azərbaycan mətbuatının banisi, "Əkinçi"nin naşiri Həsən bəy Zərdabinin vətənində, əlbəttə, ki, məşəl onun ev-muzeyində də olmalı idi. Bu xüsusda muzeydə keçirilən görüşdə estafet iştirakçılarına böyük maarifçi haqqında məlumat verildi, burada xatirə şəkilləri çəkdirildi.

Sonuncu məşəlçi karatenin WKC versiyası üzrə dünya və ikiqat Avropa çempionu, qara kəmər sahibi Nərmin Camalzadə məşəllə Heydər Əliyev parkında quraşdırılmış səhnəyə qalxdı və Avropa Oyunlarının daha bir çırağını alovlandırdı.

Zərdab estafetinin birinci yürüşçüsü Bəxtiyar Nurəliyev Avropa Oyunları barədə təəssüratlarını bölüşdü: “Avropa Oyunları məşəlinin doğma Zərdabımıza gəlməsi böyük sevincdir. Heç inanmazdım

ki, mən nəinki məşəli birinci daşımaq, hətta bu onluqda yer almaq şərəfinə nail ola bilərəm. Söz yox ki, Avropa Oyunları tariximiz üçün böyük hadisə olacaq. Arzu edirəm ki, idmançılarımız bu möhtəşəm başlanğıcı inamlı çıxışları ilə tamamlasınlar”.

Başdan ayağa bayram ab-havasında keçən qarşılanma mərasimində Atəşgah məbədində ilk məşəlin alovlandırılması haqqında qısa film nümayiş etdirildi. Məşəlçilər səhnədən rayon sakinlərini salamladılar. Məşəldən od alan çırağı rayon ictimaiyyətinə karatenin WKC versiyası üzrə gənclər arasında dünya ikincisi və Avropa çempionu, 19 yaşlı Nurəddin Əliyarlı təhvil verdi.

Məşəlçi Nərmin Camalzadə sevinc və həyəcanını belə ifadə etdi: “Məşəli doğma Zərdabımda alovlandırmaq böyük şərəfdir. Bu da qazandığım titullarla müqayisə oluna biləcək bir uğurdur. Çünki yarışlardan da çox həyəcanlı idim. Prezidentimiz məşəlin alovunun alınması mərasimində “qoy güclü qalib gəlsin” dedi və əminəm ki, bu güclülər Azərbaycan idmançıları olacaqlar”.

Daha sonra məşəl dəniz səviyyəsindən 227,1 metr hündürlükdə, Bakının 332 km-liyində yerləşən Tərtərə yollandı. Rayon 1920-ci ildə Cavanşir qəzasının yaradılması ilə Tərtər sahəsi adı ilə yeni tarixinə başlayıb. 1930-cu ildə rayon statusu alan Tərtərin adı 1940-cı ildə Mirbəşir Qasımovun xatirəsinə dəyişdirilib və 1991-ci ildə yenidən bərpa edilib. Rayonun ərazisi 960 km2, əhalisinin sayı 101 min nəfərdir (01.01.2014).

Aşıq musiqisi sədaları altında orta məktəb müəllimi Rasif Abbasovun başlatdığı estafet Heydər Əliyev prospekti boyunca 4,16 km yol qət etdi. Estafet zamanı məşəli məktəblilər Karina Nəsirova, Nurlan Əlizadə, Sevinc Əliyeva və Nigar Ağamalızadə, məşqçi-müəllim Emin Məmmədov, cüdo mütəxəssisi Rəşad Ələkbərov, orta məktəb müəllimləri Səlim Zeynalov və Səlim Kərimov daşıdılar.

Məşqçi-müəllim, yeniyetmə və gənclər arasında boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov isə onu baş meydanda quraşdırılmış səhnəyə gətirdi. Yandırılmış çırağı rayon ictimaiyyətinə 10-cu sinif şagirdi Məhəmməd Əlizadə təqdim etdi.

Təntənəli mərasim üçün xüsusi hazırlanmış meydanda keçirilən salamlama mərasimində Atəşgah məbədində ilk məşəlin alovlandırılması haqqında videoçarx maraqla izləndi. Məşəlçilər səhnədə

alqışlandı. Səmaya sülh göyərçinləri, rəngli şarlar buraxıldı. Avropa Oyunlarının canlı rəmzləri də rayon əhalisinin diqqət mərkəzində idi.

Məşəl estafetinin sonuncu iştirakçısı Faiq Məmmədov yürüş barədə təəssüratlarını bölüşdü: "Avropa Oyunlarının Tərtər rayonu üzrə 10 məşəlçisindən biri olduğuma görə qurur hissi keçirirəm. Bu, etimadı mənə göstərənlərə təşəkkürümü bildirirəm. Bir boks mütəxəssisi kimi əminəm ki, Azərbaycan komandası bu növdə də uğur qazanacaq. Teymur Məmmədov, Salman Əlizadə və Tamerlan Abdullayevdən medal gözləyirəm".

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl estafeti sabah, mayın 13-də əvvəlcə Yevlaxa istiqamət götürəcək, axşam saatlarında isə Bərdədə möhtəşəm alov festivalı ilə qarşılanacaq.
Xəbər 942 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.08.2020 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
12.06.2020 “Bakı-2015”-in ən gözlənilməz anı
18.06.2019 İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb
07.06.2019 Polşa Avropa Oyunlarını qəbul edəcək
05.06.2019 II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib
14.11.2015 Rusiya metbuatında gedən açıqlama
13.11.2015 “Azərbaycanı kəşf et: Bakı-2015” kitabının təqdimatı keçirilib
28.10.2015 “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan belaruslu idmançılar mükafatlandırılıb
19.09.2015 "Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb
19.09.2015 "Bakı-2015" vaxtı qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru