Hövsan Olimpiya İdman Kompleksində seybukay kontakt karateçilərin klublararası açıq çempionatı keçirilib. «idman.com.az» xəbər verir ki, «Seybukay Kontakt Karate» idman klubunun direktoru 3-cü dan E.Həşimovun məlumatına görə, çempionatda yerli idmançılarla yanaşı, Gürcüstan karateçiləri də qüvvələrini sınayıblar. Turnirdə iki ölkədən 176 idmançı mübarizə aparıb.
6-7 yaşlı uşaqların (2009-2008-ci illər təvəllüdlülər) yarışında 20 kq çəki dərəcsində 1-ci yeri Turan Eyvazlı, 2-cini Murad Mustafayev, 3-cünü isə Novruz Bədəlov və Rza Eyvazlı tutublar. Bu yaş kateqoriyası üzrə digər çəkilərdə mükafatçılar belə olub:
25 kq - 1. Elnur Həşimzadə, 2. Konstantin Qucabidze (Gürcüstan), 3. Abdulzadə Kənan və David Sulaya (Gürcüstan).
+25 kq - 1. Rəvan Bağırov, 2. Əli Bağırov, 3. Sahib Sultanov və Rəşad Əsgərov.
8-9 yaşlı (2007-2006-cü illər təvəllüdlülər) medal sahibləri bu ardıcıllıqla müəyyən olunublar:
25 kq - 1. Luka Okrostvaridze (Gürcüstan), 2. Levan Yevgenidze (Gürcüstan), 3. Nika Qonqadze (Gürcüstan) və Əli Əlizadə.
30 kq: 1. Nemət Fətullayev, 2. Turan İbrahimli, 3. Fuad Abdullayev və 3. Nikolas Sadaqaşvili (Gürcüstan).
+ 30 kq - 1. Giorgi Keraşvili (Gürcüstan), 2. Daçi Tomadze (Gürcüstan), 3. Kənan Həsənov və David Aslanov (Gürcüstan).
10-11 yaşlılar (2005-2004-cü illər təvəllüdlülər) arasında keçən mübarizədə qalib və mükafatçılar belə sıralanıblar:
30 kq - 1. David Kopaliani (Gürcüstan), 2. Sənan Qurbanov, 3. Ayxan Abdullayev və Toma Asanişvili (Gürcüstan).
35 kq - 1. Yədulla Abdullayev, 2. İrakli Şavliaşvili (Gürcüstan), 3. Nizami Əhmədov və Elvin Qəmbərov.
+ 35 kq - 1. Ağabala Mahmudov, 2. Elvin Hüseynov, 3. Zahir Hacıyev və Səid Alməmmədov.
12-13 yaşlılardan (2003-2002-cü illər) fəxri kürsüyə çıxan idmançılar:
35 kq - 1. Ayxan Əlizadə, 2. Vüsal Ağayev, 3. Sakit Ələkbərov və Şamxal Abdullayev.
45 kq - 1. Xareba Kavtaradze (Gürcüstan), 2. Elmir Tanrıverdiyev, 3. Təbriz Əliyev və Şirvan Quliyev.
+ 45 kq - 1. Ruslan Əmirxanov, 2. Elşən Talıbov, 3. Nicat Əkbərov və Məhəmməd Hüseynov.
14-15 yaşlı (2001-2000-ci illər) idmançılar arasında fəxri kürsüdə yer almış karateçilər:
45 kq - 1. Giorgi Zedginidze (Gürcüstan), 2. Beka Zedginidze (Gürcüstan), 3. Rəvan Qasımov və Mehdi Muradov.
55 kq - 1. Rəvan Quliyev, 2. Nika Navrozaşvili (Gürcüstan), 3. Hüseyn Məmmədov və Nizami Əliyev
+ 55 kq - 1. Rüfət İbadov, 2. Nəsir Hüseynov, 3. Emin Abdullayev və Səbuhi Məmmədov
16-17 yaşlı (1999-1998-ci illər) karateçilər arasında mübarizənin yekunları:
55 kq - 1. Rəşad Əliyev, 2. Daşqın İsmayılov, 3. Ülvi Həşimov və Ülvi Əliyev
65 kq -1. Sərdar Süleymanov, 2. Orxan Əlizadə, 3. David Mepharişvili (Gürcüstan) və Xaliq Ömərov.
+ 65 kq - 1. Yəhya Cerpanov, 2. Rati Kalandarişvili (Gürcüstan), 3. Mircəlal Ağalarov və Kamran Manafov.
18-19 yaşlıların (1997-1996-cı illər) rəqabətində fərqlənmiş idmançılar:
65 kq - 1. Cəmaləddin Vəlizadə, 2. Nadir Səhrayi, 3. Mehdi Cəfərov və Məmməd Əlizadə.
75 kq - 1. David Baramidze, 2. Vüsal Əliyev, 3. Tərlan Eyyubov və Ehtiram Əliyev.
+ 75 kq - 1. Giorgi Xipaşvili (Gürcüstan), 2. Renat Hacıbalayev, 3. Məmmədağa Talıbov və Şahin Yaqubov.
Usta idmançıların rəqabəti də maraqlı mübarizə şəraitində keçib. Yarışın qalib və mükafatçıları:
65 kq - 1. Abuzər Cəbiyev, 2. Süleyman Süleymanov, 3. Teymur Qəhrəmanov və Kənan Əliyev.
75 kq - 1. Cumber Palayani (Gürcüstan), 2.Sandro Gemazaşvili (Gürcüstan), 3. Eldar Abdullazadə və Milay Məmmədov.
85 kq - 1. Laşa Özbetelaşvili (Gürcüstan), 2. Giorgi Pataraya (Gürcüstan), 3. Firuz Həbibov və Orxan Məmmədov.
+ 85 kq - 1. Laşa Kamarauli (Gürcüstan), 2. Dəyanət İbrahimov, Giorgi Çipaşvili.
|