Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yeni Zellandiyanın gimnastları Bakıda təlim-məşq toplanışında iştirak ediblər
Tarix: 20.04.2015 | Saat: 12:40:00 | E-mail | Çapa göndər
"Qonaqlarımız" rubrikası

Kim: Marni Sterner və yetirmələri Kelli Makdonald, Lidiya Xinqston

Haradan: Yeni Zellandiya

Peşəsi: Bədii gimnastika üzrə məşqçi, gimnastlar

Bu həftə də Milli Gimnastika Arenasının qonaqları var idi. İnandırıcı olmasa da, onlar çox uzaq yerdən – Yeni Zellandiyadan ölkəmizə təşrif buyurmuşdular. Bu artıq arenamızın dünyada məşhur olmasının parlaq nümunəsidir. Bədii gimnastikada öz bacarıqlarını inkişaf etdirmək niyyətində olanlara 18 saatlıq uçuş heç bir maneə yarada bilməz.

Bakıda bədii gimnastika üzrə təlim-məşq toplanışlarında iştirak etmək üçün gələn Marni Sterner və yetirmələri Kelli Makdonald, Lidiya Xinqstonda şəhərimizin gözəlliyi və arenada yaradılmış şərait xoş təəccüblər yaratdı. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verən Marni Sterner, Bakıya 2005-ci ildə etdiyi ilk səfəri, Yeni Zellandiyada bədii gimnastikanın inkişafı və digər maraqlı məqamlardan danışdı.

Salam Marni! Səfərinizin məqsədi haqda danışa bilərsinizmi? Milli Gimnastika Arenasında təşkil olunan təlim-məşq toplanışları haqda necə xəbər tutdunuz?

Əslində, bizim yerli yarışlarımız digər ölkələrə nisbətən gec başlayır. Çünki, milli çempionatımız oktyabrda, daha sonra dekabrda olur, yanvarda isə qızların yay tətilləri başlayır.Bilirəm ki, bu digər insanları çaşdıra bilər (gülür). Qızlar tətildən qayıdarkən, onlar ciddi məşq etməyə başladılar və gördüm ki, onlar daha çox işləmək istəyirlər. Beləcə “Universiada”ya qədər əlavə məşqlər təşkil etməyi qərarlaşdırdıq. Rəfiqəm Monika Quzman (Meksika yığma komandası) sizdəki şərait, burada hər şeyin yaxşı olması haqda danışmışdı və qərar verdik ki, gimnastlarımız üçün səfər təşkil edək. Bunun üçün, öncədən mən yarışların təqvimi haqda maraqlandım. Burdan sonra biz Serbiyaya hazırlaşırıq, buna görə də texnikanı yaxşılaşdırmağa çalışırıq. Burada onlar yaxşı xalçada, güclü gimnastlarla bərabər məşq edirlər.

Yeni Zellandiyada bədii gimnastikada inkişaf necə gedir?

Bizim 80-ci illərdə Dünya Çempionatlarında, Olimpiya Oyunlarında, 90-cı illərdə isə Dünya Çempionatında fərdi proqramda iştirak edən gimnastlarımız olub. 2005-ci ildə Bakıda təşkil olunan Dünya Çempionatına qədər, biz gimnastlarımızı beynəlxalq yarışlara göndərmirdik. 2005-ci ildən yenə Olimpiya Oyunlarında, Dünya Çempionatlarında iştirak etmirik. Buna baxmayaraq, biz bədii gimnastika üzrə yerli yarışlar təşkil edirik.

Sizin yetirmələriniz qarşıda gələn hansı idman tədbirlərində iştirak etməyi planlaşdırırlar?

Kelli Universiadada iştirak edəcəyinə ümid edir, buna görə o, öncə Serbiyada gələn həftə keçiriləcək yarışda çıxış etməlidi. Bundan sonra o, Sofiyada və Budapeştdə keçiriləcək Dünya Kuboku mərhələlərində və Türkiyədə təşkil olunacaq digər yarışda iştirak edə biləcəyinə ümid edir. İyun ayında isə o, Dünya Çempionatına düşməyə cəhd edəcək. Kelli – Yeni Zellandiyada bir nömrəli gimnastdır. Mən onu 11 ildir məşq elətdirirəm və uzun müddətdir. O, çox güclü gimnastdır, inadkar olmasına baxmayaraq, mənəvi olaraq güclü və bacarıqlıdır. Bir il öncə onun anası dünyasını dəyişdi və Kelli çox emosional olmuşdu, əhvalı hər an dəyişirdi. Mən onunla çox işlədim və biz daha yaxın olduq. Anasının yerini tutmasam da, ona ana kimiyəm. Mən onunla hər kəsdən çox vaxt keçirdirəm. Lidiyaya gəldikdə isə, o il yarım öncə başqa şəhərdən gəlib. Ötən il o, başqa səviyyədə idi. Lidiya Avsrtiyada keçiriləcək yerli çempionata hazırlaşır, onlarla mübarizə aparacaq, çünki bizə ən yaxın ölkə oradır. O, həmçinin Dünya Kubokunda çıxış etməyə ümid edir.

Bakıdakı təlim-məşq toplanışları çərçivəsində yeni nələr öyrəndiniz?

Texniki cəhətdən yeniliklər öyrəndim, bizim idmanda bu çox vacibdir. Sizin gimnastlarınızın 8 saat məşq etməsi məni çox təəccübləndirdi. Biz də üz ifadələri üzərində işləyirik. Əslində, mən də qızlarımı məcbur edirəm ki, mimikadan istifadə etsinlər. Onlar isə: “Mən bunu yalnız yarış zamanı edəcəm” – deyirlər və əlbətdə mən onlara hirslənirəm (gülür). Sizin məşqçiləriniz bizə texniki cəhətdən və digər şeylərdə kömək oldular.

Arena haqda təəssuratlarınız necədir?

O möhtəşəmdir! Sizin bəxtiniz gətirib! Bizim zalı da bir görsəydiniz...bir xalça və kiçik uşaqlar üçün bir neçə cığır var.

Bildiyimiz qədər, bu sizin Bakıya ilk səfəriniz deyil. Sonuncu səfərinizdən şəhər çoxmu dəyişilib? Təəssuratlarınız necədir?

Düşünürəm ki, şəhər çox dəyişilib. Mən ilk dəfə Bakıya 2005-ci ildə təşkil olunan Dünya Çempionatına gəlmişdim. Şəhəri gəzmək üçün, bir-iki günüm oldu. Şəhər, xüsusən də mərkəz çox müasir olub. Əvvəllər burda yalnız milli mətbəxi təcəssüm etdirən restoranlar var idi, indi isə suşi-barlar, çin restoranları və sair. Bura çox maraqlı şəhərdir.

Yenidən gəlməyi planlaşdırırsınızmı?

Ümid edirəm ki, gələcəyik. Əgər hər şey plan üzrə getsə, biz iyul ayının sonu, avqust ayının əvvəli bir daha gələcəyik.
Xəbər 943 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru