Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakı Avropa cüdo çempionatına ev sahibliyi edəcək
Tarix: 24.02.2015 | Saat: 10:56:00 | E-mail | Çapa göndər
İlk Avropa Oyunlarının bir hissəsi olaraq Avropa Cüdo Birliyi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi 25-28 iyun tarixlərdə Bakıda 2015 Avropa Cüdo Çempionatının keçirilməsi haqqında razılığa gəliblər

21 fevral 2015:

Avropa Olimpiya Komitələri (AOK), Avropa Cüdo Birliyi (ACB) və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bu il 12-28 iyun tarixlərdə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək İlk Avropa Oyunları çərçivəsində, 2015 Avropa Cüdo Çempionatının da ölkəmizdə baş tutacağını məmnunluqla elan ediblər.

Qeyd edək ki, ilkin olaraq 2015 Avropa Cüdo Çempionatının 9-12 aprel tarixlərdə İngiltərənin Qlazqo şəhərində keçirilməsi planlaşdırılmışdı. Lakin, Britaniya Cüdo Assosiasiyası ilə müəyyən problemlərin həll olunmamasının nəticəsi olaraq, ACB-nin İcraedici Komitəsi Bakı şəhərinin Avropa Ayunlarına ev sahibliyi etməsi çərçivəsində, 2015 Avropa Cüdo Çempionatının da keçirilməsi üçün ən müvafiq şəhər olduğunu bildirmişdir.

Bu qərarın nəticəsi olaraq qitənin ən yaxşı cüdoçuları Bakı 2015-Avropa Oyunlarının Çempionu adınıı qazanmaq uğrunda mübarizə şansını əldə edəcəklər .

Əlavə olaraq bildirək ki, Bakı 2015-in proqramında nəzərdə tutulan 16 Olimpiya idman növündən 12-i Rio 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verir. Bakı 2015-in proqramına cəmi 20 idman növü daxil edilmişdir ki, onlardan 16-ı Olimpiya idman növü üzrədir.

AOK-un Prezidenti Patrik Hikki:

“2015 Avropa Cüdo Çempionatının, Bakıda keçirilməsi Avropa Oyunlarına hazırlıqların son mərhələsinə başladığımız bir zamanda, möhtəşəm xəbərdir. AOK daima Avropa Çempionatının Avropa Oyunlarının bir hissəsi olması barədə düşünüb və bu razılığın əldə olunması bizim məqsədimizin gözlədiyimizdən də tez gerçəkləşdiyinin göstəricisi oldu. Mən digər idman növlərinin də gələcəkdə keçiriləcək Avropa Oyunlarında bu səpkili razılaşmaların əldə edilməsini ənənəyə çevirəcəklərinə və tədbirin Olimpiya Oyunları üçün kvalifikasiyanı təmin edən əsas yarışlardan biri olacağına əminəm.

Mən Avropanın ən yaxşı cüdoçuları ilə bərabər, eyni zamanda dünyanın hər bir yerindən çempionata təşrif buyuracaq cüdo azarkeşlərini də Bakıda salamlayacağımıza ümid edirəm. Möhtəşəm idman tədbiri möhtəşəm idmanla başlayır və bu cür də sona çatır. Avropa Cüdo Çempionatının Bakı 2015 Avropa

Oyunlarına daxil edilməsi yarışların yüksək səviyyədə nümayiş olunacağına təminat verir”.

ACB-nin Prezidenti Serqey Soloveyçik:

“Biz, Avropa Cüdo Çempionatı kimi önəmli bir yarışın bu il Bakıda keçirilməsindən məmnunluq hissi duyuruq. Tədbirin ev sahibliyinin Qlazqoya verilməsi ləğv edildikdən sonra, məqsədimiz mümkün qədər tez bir zamanda yeni şəhərin tapmılması idi. İyun ayında ilk Avropa oyunlarına ev sahibliyi edəcək Bakı şəhəri dünya səviyyəli idmançıların yüksək səviyyədə çıxış etmələrini təmin edəcək, professional standartlara cavab verən cüdo arenasına və yardımçı vasitələrə malikdir.

Avropalı idmançılar üçün ən yaxşı seçim etməmizdən və gerçəkləşəcək çempionat üçün ən münasib şəraitin burada olacağından əminəm. Qeyd edək ki, Qlazqo şəhərinin “Emirates” Arenasına artıq bilet alan cüdo azarkeşləri, Bakıdakının cüdo arenasına pulsuz bilet əldə etmək imkanı qazanacaqlar”.

Eyni zamanda, cənab Soloveyçik AOK-un Prezidenti cənab Patrik Hikkiyə və BCF-nın Prezidenti cənab Marius Vizerə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib: “Onlar cüdoçu olaraq ACB ilə həmrəyliklərini və cüdo ruhuna sadiq olduqlarını nümayiş etdirdilər. Avropanın ən yaxşı cüdoçularının Bakı 2015-də iştirak edəcəyinə və Azərbaycanda yüksək səviyyədə qarşılanacaqlarına əminəm. Yarışlar zamanı onların cüdo azarkeşləri tərəfindən ən yaxşı dəstək görəcəklərinə isə şübhəm yoxdur”.

Azərbaycan Respublikasının gənclər və idman naziri, və Bakı 2015 Avropa Oyunlarının baş icraçı direktoru Azad Rəhimov:

“Biz 2015 Avropa Cüdo Çempionatının Bakıda keçirilməsi təklifinə və bu yarışın Avropa Oyunlarına daxil edilməsi xəbərinə sevinir və bu şansı əldə etdiyimiz üçün çox məmnun olduğumuzu bilidirirk. Bu qərarın əsas önəmi Avropa oyunlarının 16 Olimpiya idman növündən 12-i üzrə Rio 2016 Olimpiya Oyunlarına birbaşa və bilavasitə kvalifikasiya imkanlarını təqdim etməsi və nəticədə Avropa Oyunlarınının daha da mötəbər tədbirə çevrilməsinə imkan yaratmasıdır “.

Qeyd edək ki, Bakı 2015-in cüdo yarışları 25-28 iyun tarixlərdə yeni təmir olunmuş və 7800 tamaşaçı tutumuna malik Heydər Əliyev Arenasında baş tutacaq.
Xəbər 849 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.08.2020 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
12.06.2020 “Bakı-2015”-in ən gözlənilməz anı
18.06.2019 İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb
07.06.2019 Polşa Avropa Oyunlarını qəbul edəcək
05.06.2019 II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib
14.11.2015 Rusiya metbuatında gedən açıqlama
13.11.2015 “Azərbaycanı kəşf et: Bakı-2015” kitabının təqdimatı keçirilib
28.10.2015 “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan belaruslu idmançılar mükafatlandırılıb
19.09.2015 "Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb
19.09.2015 "Bakı-2015" vaxtı qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru