Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
«Qəbələ»də uğur qazanmaq istəyirəm» - MÜSAHİBƏ
Tarix: 13.01.2012 | Saat: 13:21:00 | E-mail | Çapa göndər
«Qəbələ»nin yeni transferi Yannik Kamanan klubun rəsmi saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, hücumçu həmkarımızla söhbətdə, komandaya gəlişi və gələcək perspektivindən danışıb:

- Daha öncə bir-birindən fərqli bir neçə ölkədə futbol oynamısan. Artıq Azərbaycanda, Qəbələdəsən. Azərbaycan və Qəbələ haqqında ilkin təəssüratlarını bilmək maraqlı olardı...

- Azərbaycana yeni gəlmişəm. Hələ ki, ölkə haqqında məndə tam fikir formalaşmayıb. Bunun üçün ölkədə müəyyən müddət yaşamalıyam. Amma ilkin olaraq gördüklərim məndə xoş təəssüratlar oyadıb. Buraları gördükdən sonra seçimimin doğru olduğuna bir daha əmin oldum. Yaxın vaxtlarda ailəmi də Qəbələyə gətirməyi planlaşdırıram.

- Artıq yeni komandan ilə bir neçə məşqə çıxmısan. Komanda və futbolçular haqda nə deyə bilərsən?

- Burada məni çox yaxşı qarşıladılar, xoş münasibət göstərdilər. İlk məşqlərdən komandanın peşəkarlığının və ciddiyətinin şahidi oldum. Heyətdəki futbolçular da çox istedadlıdırlar. Zaman keçdikcə onları daha yaxından tanıyacam.

- Daha öncə Azərbaycan futbolu, burada oynayan legionerlər haqqında məlumatın, Azərbaycanda futbolçu tanışların var idimi?

- Azərbaycan futbolu haqda o qədər də məlumatlı deyildim. Sadəcə futbolun inkişafda olduğunu bilirəm. Olkədə səviyyəli legionerlərin top qovdugundan xəbərdaram. Futbolçulardan «Qəbələ»li Viktor Mendini tanıyıram. Onunla Türkiyə Superliqasından tanışam. Azərbaycan, «Qəbələ» haqda məlumatları da əsasən Mendidən almışam. Mpenza («Neftçi»nin eks-hücumçusu-red.) ilə eyni yerdə istirahətdə olmuşuq və o əsnada tanış olmuşuq. Bir də «Qəbələ»nin sabiq futbolçusu Serje Cehuanı tanıyirdım.

- Məşqlərdə Deon Bartonla yaxın olduğunu müşahidə etdik...

- Bəli, Bartonla bir-birimizi gözəl başa düşürük. Hər ikimiz İngiltərədə oynamışıq. Ortaq dostlarımız var. Məsələn, Stefen Klements hər ikimizə yaxın futbolçudur. Barton Qəbələni öyrənməkdə mənə çox yardımçı olur.

- Qəbələdə futbol üçün yaradılan şəraiti necə qiymətləndirirsən?
- Düzünü desəm, bu cür şərait gözləmirdim. Gördüklərim mənim üçün xoş sürpriz oldu. Meydançalar, baza əladır. Futbol üçün hər cür şərait var.

- Məşqçi heyəti ilə rahat anlaşa bilirsənmi?

- Çox rahat anlaşıram. Hamının ingiliscə bilməsi ünsiyyətimizi asanlaşdırır. Məşqçi heyəti türklərdən və ingilislərdən təşkil olunub. Mən isə həm Türkiyədə, həm də İngiltərədə top qovmuşam. Bu səbəbdən anlaşmaqda problem yaşamıram.

- Qəbələnin təbiətini bəyəndin?

- Təbiət gözəldir. Amma soyuqdur (gülür). Bildiyiniz kimi «Qəbələ»dən öncə «Mərsin İdman Yurdu»nda oynayırdım. Mərsinin havası mülayim idi. Oradan öncə isə, «Sivasspor»da 2,5 il çıxış etmişəm. Sivasın havası da sərt idi. Qəbələ mənə Sivası xatırlatdı.

- «Qəbələ»də hədəflərin...

- Buraya komandanın lazımlı parçasına çevrilmək məqsədilə gəlmişəm. Mənim üçün öyrənməyin yaşı yoxdur. «Qəbələ»də təcrübəmə təcrübə qatıb uğur qazanmaq istəyirəm. Komandamın hədəflərindən xəbərdaram. İstəyirəm, bu hədəflərin əldə olunmasında mənim də payım olsun. Əsas hədəfim «Qəbələ»nin Avropaya getməsinə kömək etməkdir.

- «Qəbələ» azarkeşlərinə sözün...

- «Qəbələ»də çoxlu qol vurub azarkeşləri sevindirmək istəyirəm. Amma komanda olaraq mütləq bütünləşməliyik. Həm azarkeşin, həm də futbolçuların üzərinə düşən işlər var. Mən komandanın bir parçasıyam və azarkeşlərimizin də dəstəyi ilə üzərimə düşən vəzifənin öhdəsindən gələcəyimə inanıram.


Xəbər 980 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru