Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Şərq döyüş növlərinin Süleyman Məmmədli fenomeni
Tarix: 03.02.2015 | Saat: 10:57:00 | E-mail | Çapa göndər
Əli Fərəcov | alfaraj@mail.ru

İdman mövzusunda yazılarda «idmanımızın əfsanəsi» ifadəsinə tez-tez rast gəlirik. Bəzən bu ifadə, mənası kifayət qədər dərk edilmədən, böyük səxavətlə və çox halda da yersiz işlədilir. Amma yaşın 70-i haqladığı bir vaxtda özündən 50-55 yaş cavanlarla meydana çıxıb, döyüş növləri üzrə fəndlər arsenalından ən kəskin və baxımlı seçmələri nümayiş etdirməyə, 70 əlbəyaxa döyüş növü üzrə usta, 4 növ üzrə 10-cu dan qara kəmər sahibi (danların ümumi sayı 240-dan çoxdur və ardı gəlir), 10 növ üzrə qrand-master kimi dünyanın müxtəlif ölkələlərindən onlarla döyüş növü üzrə seminarlara alınan dəvətlərə, 40 dəfə dünya, Avropa çempionatlarının və beynəlxalq turnirlərini ən yüksək pilləsinin fəthinə - sonuncu dəfə bu, keçən il olub - dünya Qızıl kuboklarının sahibliyə nə ad verək? Nəvəsi yaşlı cavanları tatami üzərində qarşısından qaçıran, müxtəlif döyüş növləri üzrə nümayiş etdirdiyi təmrinlərini görənləri ovsunlayan insanın bu əməllərinə nə ad verək, nə deyək?

Dünyada belə göstəricilərə malik ikinci adam yoxdur. Bu, beynəlxilq miqyaslı fenomenlikdir. Süleyman Məmmədlitək Azərbaycan idmanının deyil, dünya idmanının əfsanəsidir. Amma çox təəssüf ki, onu nəinki dünya, heç Azərbaycanın özündə də Brus li, Ceki Çan, Van Damm, Devid Bredli və daha çox kinoçəklişləri ilə məşhurlaşan neçə-neçə döyüş ustaları qədər tanımırlar. Bəlkə 30 il əvvəl Yuli Qusmanın «Qorxma, mən səniləyəm» filmində döyüşlərin quruluşunu verməklə, həm də baş rola çəkilsəydi (rejissorun belə bir fikri olub), indi onu heç olmasa sadə həmvətənləri daha yaxşı tanıyardılar.

Amma Şərq əlbəyaxa döyüş növlərinin, demək olar ki, əksəriyətində – Çun –kuhn, Kombat miksed, Ful kontakt, Koreya kombatı, Mu sul taekvondo, Jut kune do və özünün yaratdığı Turan Do döyüş növləri üzrə qrand-master S.Məmmədli dünya peşəkarları arasında çox yaxşı tanınır və sənəti yüksək qiymətləndirilir, təcrübəsindən bəhrələnirlər. ABŞ, Kanada, Danimarka Rusiya, Özbəkistan, Almaniya, Hollandiya və daha neçə-neçə ölkədə hapki-do və yuxarıda sadaladığımız digər növlər üzrə keçirdiyi seminarlar öz nəticəsini uzun müddət gözlətmir. Ötən il ABŞ-ın Miçiqan ştatında hapki-do üzrə keçirdiyi 20 günlük seminardan sonra Miçiqanın yığma komandasının 16 üzvü dünya çempionatında 24 medal qazanıb. Həmin yarışda S.Məmmədli özü də iştirak edərək, 2 qızıl, bir gümüş medal sahibi olub.

Yeni, 2015-ci ili Süleyman müəllim ABŞ-da qarşıladı. İlin son günlərində Çikaqoda, sonra Kolarado ştatınının paytaxtı Denver şəhərində kombat, kombat-sambo (hərbiləşdirilmiş döyüş növləridir), kempo, hapki-do üzrə 5 gün seminar keçib. Özünün iştirak etdiyi yarışlara gəldikdə, keçən il aldığı medalların sayını özü də dəqiq deyə bilmədi: 2 qızıl, Yunanıstanda (Afina) döyüş sənətləri üzrə dünya çempionatında 1 qızıl, 1 gümüş, İtaliyada dünya çempionatında 3 qızıl medal qazanıb. Bu gün də danlarının sayını artırmaqdadır, həm də özü imtahan götürüb, dan vermək səlahiyətlərinə malikdir. Hazırda rəhbəri olduğu Azərbaycan Hapki-Do Federasiyası ölkəyə ən çox medal gətirən federasiyadır. İki il bundan əvvəl isə hapkidoçular bu sahədə rekordçu oldular, beynəlxalq yarışlarda 164 medal qazandılar. Amma ilin ən yaxşısı adına başqa federasiya layiq görüldü.

40 ildən artıqdır ki, fəal idman həyatını davam etdirən Süleyman Məmmədli təkcə bizim deyil, dünya idmanında fonamendir. Şərq döyüş növlərinin əksərini, Koreya növlərinin isə demək olar ki, hamısını Azərbaycana o gətirib, təbliğ edib, sevdirib, inkişafı üçün çalışıb. Bunu israrla deyir, onu da əlavə edir ki, bu həqiqətlə razılaşmayanlarla, bəzi növləri adlarına çıxanlarla üz-üzə gəlməyə də hazırdır. Kikboksinqi bizlərə əyani şəkildə ilk dəfə 30 il əvvəl o nümayiş etdirib, Azərbaycanda hələ o vaxt kikboksinq federasiyası yaratmaq niyyəti baş tutmayıb. Şərq idman döyüşlərində yeganə olimpiya növü olan Taekvondo Federasiyasına rəhbərlik edib, bir neçə ay vitse-prezident vəzifəsində çalışıb. Sonralar - burasını dəqiq bilmirəm, indiyə kimi özü ilə 2 uzun və hərtərəfli söhbətdə bu barədə danışmaq istəmədiyini hiss etdiyimdən, dərinə getmədim, məsələnin üstündən keçdim- federasiyasından, hətta məşqlərdən də ayrılıb və bu qərarı doğuran səbəblərin sirrini bu gün də saxlayır. Bu barədə dilindən eşitdiyim odur ki, bir müddət depressiyayaya düşüb, məşqlərdən qalıb, bədbinliyin əlində əsir olub.

Şərq döyüş növlərinin fəlsəfəsinə zidd olan bu ovqatı ruhunda uzun müddət yaşada bilməzdi, bu ona yaraşmazdı. Babasının da bir sözü onu sanki yuxudan oyatdı: nə olursa, Allahın məsləhəti ilə yaxşılığa olur. Elə bu vaxtlar əfqan döyüş yoldaşı və tələbəsi Amerikadan zəng vurub dedi ki, burada bir nəfər taekvondo üzrə 10-cu dan sahibi səninlə tanış olmaq istəyir. O vaxt- 1999-2000-ci illərdə - S.Məmmədlinin taekvondodan və bir neçə döyüş növündən 4-cü danı vardı. Dünyada takvondo üzrə 10-cu danı olan tək bir nəfəri tanıyırdı. Zəng vuran bildirdi ki, bu da 10-cu dandır. Babasının sözü və Amerikadan gələn bu zəng elə bir ona yeni ruh, yeni qüvvə verdi. Yenidən gecəni gündüzə qatıb, məşqlərə başladı
.
16 saat uçuşdan sonra, təyyarədən düşüb, həmin adamın görüşünə gedən Süleyman elə bilirdi ki, uzun ağır yolun yorğunluğunu canından çıxarmaq, dincəlmək üçün ona, heç olmasa, bir günlük vaxt veriləcək. Onunla görüşmək istəyən adam çox əsəbi, üzünə baxanda nə vaxtsa gülümsədiyini təsəvvürə gətirmək mümkün olmayan koreyalı super qrand-master Bok Man Kim idi. Bəli, ədəbsiz hərəkətinə görə Brus lini bir yumruqla stolun altına yuvarladan Bok Man Kim. Azərbaycandan gələn döyüşçü ilə salamlaşdıqdan dərhal sonra, böyük usta «göstər görüm, nə bacarırsan» dedi. Süleyman nə edəcəyinə dərhal qərar verə bilmədi. Koreya döyüş məktəbləri arasında rəqabət güclü olduğunui, bir-birini gözləri götürmədiyini yaxşı bilirdi; başa düşürdü ki, bu adama hapki-do göstərsən, dərhal deyəcək «xoş gəldin». Başqa növlər də elə. Qəfildən ağlına turan-do gəldi, elə bir-iki hərəkətdən sonra, Bok Man Kim dedi get, əynini dəyiş. Gördükləri onun marağına səbəb olmuşdu.

Turan-donun yaradıcısı S.Məmmədlinin özüdür və bu döyüş növünün başqalarından fərqli cəhətləri barədə dediklərini necə var, elə də sizə çatdırıram:

- Hövlər dövrün tələblərinə uyğun olaraq yaranır və sıradan çıxır. Amma bütün növlər bir kök, bir baza üzərində bərqərar olur. Turan-do müasir, reallığa yaxın, universial döyüş sənətidir. Ayaq zərbələrində, yer-dəyişmələrdə fərqlər var. Başqa növlərdə rəqibin zərbəsinin qarşısı blokla alınır, burada isə zərbəyə ani hərəkətlə qarşılıqlı zərbə göndərilir və ya blok qoyulan əllə əks- zərbə vurulur. Ən əsası odur ki, zərbələr insan təbiətinin xüsusiyyətlərinə uyğunlaşdırılıb, çanaqdan gəlir, zərbə anında çanaq impulsiv şəkildə iştirak edir. Bütün döyüş növləri turan-do qarşısında geri çəkilir. Onun bütün silahlara qarşı müdafiə fəndləri var. Orada artıq hərəkət yoxdur. İdmanda bəzən artıq, real həyatda lazım olmayan hərəktələrə çox yer verilir. Döyüş meydanında bu hərəkətlərin heç biri lazım olmur.

Bok Man Kimlə ilk görüşü Süleymanın həyatında dönüş yaratdı. Məşhur koreyalı ilə hər gün 12-saatlıq məşqlər nəticəsində çun -kuhn döyüş növünün sirlərini öyrəndi və ilk qrand-master adını da elə bu növdə qazandı. Bununla da sanki, uğurların qapısı taybatay açıldı. Sonradan koreyalı Bok Man Kimlə aralarında möhkəm dostluq yarandı. Cənubi Afrika Respublikasında çun-kuhn federasiyasına rəhbərlik etdiyi illərdə S.Məmmədlini də orada işləməyə dəvət etmişdi. Amma bu dəvəti qəbul etmək mümkün olmadı.

«İnsan hər şeyə qadirdir, onun imkanları hədsizdir, sadəcə olaraq istək, daxili qüvvə və Tanrı köməyi olmalıdır»- deyir S.Məmmədli. Özünün də bütün həyatı, gündəlik yaşam tərzi hərəkətdir, dinamikadar: səhər saat 6-nın yarısından 7-yə kimi məşq, sonra idman akademiyasının taekvando qrupu ilə dərslər- orada da məşq. Öz üzərində işləməyi hətta gecəyarıdan keçənə qədər açıq havada davam etdirir.

Bu gün o, Dünya Universal Kombat Döyüş Assosiasiyasının, Dünya Turan- do Assosiasiyasının və Yaşlıların Dünya Döyüş Sənətləri Asosiasiyasının prezidenti, beynəlxalq dərəcəli təlimatçı və hakim, Azərbaycanın Əməkdar idman xadimi, Əməkdar məşqçidir.

Amma təssüf ki, Süleyman müəllimin döyüş ustalığı ilə, daha çox, başqa ölkələrdə maraqlanırlar, ölkəmizdə isə az-az xatırlanır. Xasiyyətində də özünü ortaya atmağı, gözə soxulmağı yoxdur. Mətbuat işçiləri ilə görüşlərə can atmır. Nədənsə, güc strukturlarındakı döyüş hazırlığı təlimatçıları da onun təcrübəsinə maraq göstərmirlər. Bu barədə söhbətdə bildirdi ki, orduda, daxili qoşunlarda və digər bu kimi strukturlarda təbliğ edilən, oyrədilən fəndlərin böyük əksəriyyəti ancaq baxış, tamaşa, nümunəvi çıxışlar üçün yararlıdır. Onlar əsgərə qətiyyən lazım deyil. Təpədən dırnağa qədər silahanmış, hərbi ləvazimatla tam təminatın ağırlığını çiynlərində daşıyan əsgər hündürə tullanmaqla vurulan zərbəni necə yerinə yetirə bilər? Fəndlər seçilərkən, bu məsələyə diqqət yetirmək lazımdır. Bunları Amerika, Rusiya polisləri ilə iş təcrübəsinə malik S.Məmmədli deyir.

S.Məmmədli həm də Şərq döyüş növlərinin tarixi, nəzəri əsasları və fəlsəfəsi, insan sağlamlığı, bizi əhatə edən aləm barədə 30-a yaxın kitiabın müəllifidir. İxtasca dağ-mədən mütəxəssisidir.Bu sahədə namizədlik dissertasiyasını hələ tələbəlik dövründə yazıb. Şərq döyüş növləri ilə ilk tanışlığı da Leninqrad Dağ-Mədən İnistitununda oxuduğu 1970-ci illərin ortalarına təsadüf edir. Onda bu həvəsi orada təhsil alan bir afrikalı tələbə yoldaşı oyadıb. Karate üzrə 4-cü dan olan afrikalıdan ilk dərslərini alan Süleyman uşaqlıqdan böyük həvəslə məşğul olduğu daşqaldırmanın daşını atıb. Gözarası qeyd edək ki, 13 yaşında ikən, 57 kq ağırlığı başı üzərinə qaldırıb.

İdman formasını bu yaşa qədər saxlamasının bir səbəbini də artıq 33 ildir ət yeməkdən imtina etməsi ilə izah edir. Əti insan orqanizmi üçün ən zərərli qida sayır. Etiraz edib «dədə-babalarımız həmişə ət yeyiblər, 90-100 il yaşayıblar» deyənlərə cavabı tutarlıdır: «Onlar kəsilən heyvanın ətini ya elə həmin gün yeyiblər ( o vaxt soyuducu olmayıb), ya da qovurub bardaqlarda saxlayıblar. Ət ancaq qovrulmuş halda tərkibindəki faydalı elementləri saxlayır». «Kabab qanlı, igid canlı» deyən atalarımız “ət adamı tez qocaldar” həqiqətini də başa düşüblər. Həm də bu ətyeməzliyin nəticəsidir ki, Süleyman müəllimi 65 yaşında tesdən keçirən kompüter onun orqanizmini 22-25 yaşlı gəncin orqanizmi kimi qəbul edib. İllər ona təsir edə bilmir.

Bu maraqlı insanın həyatı çox sadədir. Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi 360 manat əmək haqqı ilə dolanır, 2-otaqlı mənzildə hərbi xidmətdən bu yaxınlarda tərxis edilmiş subay oğlu ilə yaşayır. Xarici ölkələrdə keçdiyi seminarlara görə pul almır, dəvət edən tərəf onun yalnız yol və mehmanxana xərclərini ödəyir. Səfərdə olarkən, bahalı otellərdən imtina edir. “100 cavana dəyən” bu ixtiyar kişinin idman bioqrafiyası onun ömür yolu ilə əl-ələ, qoşa addımlayır və hələ neçə illər, beləcə addımlayacaq.


Xəbər 5511 dəfə oxundu



 
Müəllifin son yazıları

29.10.2015 Arzulara sədd yoxdur
06.09.2014 Arzulara sədd yoxdur
24.04.2011 Hər Olimpiadaya hazırlığın öz konsepsiyası var


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru