Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Prosineçki: "Azərbaycanda işləmək mənə daha maraqlı gəldi"
Tarix: 08.01.2015 | Saat: 10:09:00 | E-mail | Çapa göndər
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki UEFA-nın rəsmi saytına müsahibə verib.

- Yeni ili necə qarşıladınız? İstirahət edə və güc toplaya bildinizmi?

- Dekabrın 22-nə qədər Bakıda qaldım. Daha sonra Zaqrebə getdim, yeni ili ailəm və qohumlarımla keçirdim. Bayram çox əyləncəli keçdi və mən müsbət enerji toplaya bildim.

- Azərbaycan millisinə təyinatınız haqda danışardınız. Sizinlə Bosniya və Hersoqovina yığması da maraqlanırdı. Niyə məhz Azərbaycan millisini seçdiniz?

- AFFA-nın baş katibi Elxan Məmmədovla Parisdə tanış olduq. İlk dəfə orada danışdıq və görüş çox maraqlı alındı. Bir neçə gün keçdikdən sonra biz yenidən görüşdük və bu dəfə daha ətraflı söhbətimiz oldu. Daha sonra Bosniya və Hersoqovina variantı ortaya çıxdı. Ancaq mən Azərbaycan millisinə üstünlük verdim. Bu, sözün həqiqi mənasında böyük bir layihədir. Gələcəyi parlaq görürəm. Azərbaycanda işləmək mümkündür və bunun üçün hər cür şərait var. Bəli, Bosniya və Hersoqovinanın Avropanın aparıcı çempionatlarında çıxış edən yaxşı futbolçuları var. Lakin Azərbaycan millisində çalışmaq mənə daha cəlbedici gəldi. Burada söhbət puldan getmir. Çoxları belə düşünə bilər. Ümumiyyətlə, futbolda hər şey pulla ölçülmür. Burada daha vacib amillər var. Əlbəttə, bu seçimimdə Azərbaycan yığmasının mənimlə Bosniya və Hersoqovinadan öncə maraqlanması da böyük rol oynadı.

- Qarşınıza hansı vəzifələr qoyulub və siz nəyə ümid edirsiniz?

- Çox təəssüf ki, Azərbaycan yığması "Avro-2016" nın seçmə mərhələsində keçirdiyi 4 oyundan bir xal belə toplaya bilmədi. Bu səbəbdən futbolçuların psixoloji durumu yaxşı vəziyyətdə deyil. Hazırda əsas məqsəd futbolçuların psixoloji durumunu yaxşılaşdırmaqdır. Futbolçulara qələbə ruhunu və özünəinamı qaytarmalıyıq. Seçmə mərhələdə turnir cədvəlində mümkün qədər irəliləmək istəyirik. Bəli, bunu etmək çətin olacaq. Amma bizdə böyük potensiala malik gənc futbolçular var. Azərbaycan millisi ilə müqavilə imzaladıqdan sonra bir sıra futbolçuları izləmək imkanım oldu. Onların sırasında diqqətimi çəkən xeyli futbolçu var idi. Ad çəkməyəcəm, ancaq onlara inanıram.

- Sizin rəhbərliyiniz altında Azərbaycan millisindən Berti Foqtsun zamanındakı komandanın oyununu gözləmək olarmı? Siz dəfələrlə hücum futboluna üstünlük verəcəyinizi bəyan etmisiniz. Ancaq komandanın belə oyun sərgiləmək potensialı varmı?

- İlk olaraq ondan başlayım ki, futbolda müdafiə olunmaq hücum etməkdən daha asandır. Dəyişikliklərə gəlincə, bu, həm oyun sistemində, həm də heyətdə olacaq. Hücumda daha səmərəli, fərqli şeylər etməyə potensialımız var. Futbolçular təkcə irəli qaçmalı deyil, həm də yaxşı oyun sərgiləməlidirlər. Təbii ki, bu, asan olmayacaq. Ancaq bunun üçün çalışacağıq.

- Azərbaycan futbolundakı infrastruktur haqda nə deyə bilərsiniz?

- Azərbaycanda infrastruktur çox yaxşıdır. Burada yeni stadionlar və idman komleksləri inşa olunur. Bunları öz gözlərimlə görmüşəm və düşünürəm ki, bu bütün ölkə üçün faydalı olacaq. Azərbaycanda futbol oynamaq üçün hər şərait yaradılıb.

- Azərbaycan Premyer Liqasının səviyyəsi haqda fikirləriniz öyrənək...

- Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Premyer Liqanın oyunları maraqlı keçir. Burada 3-4 yaxşı komanda var. Məsələn, Avropa Liqasının pley-off mərhələsinin astanasında dayandırılan "Qarabağ" klubunu misal çəkmək olar. Premyer Liqada güclü klubların heyətlərində xeyli səviyyəli legioner futbolçular çıxış edir. "Qarabağ"da bunlar Reynaldo və Riçard Almeydadır. Belə futbolçularla birgə oynamaları yerli oyunçuları da güclü edir və onlara təcrübə qazandırır. Ümumiyyətlə, Azərbaycandakı legioner limiti (meydana çıxacaq 11 futbolçudan ən azı 5-i yerli oyunçu, onlardan da 1-nin yaşı 21-dən az olmalıdır) məni qane edir. Əsas budur ki, meydandakı legioner futbolçular yerli oyunçulardan üstün olsun. Belə vəziyyətdə yerli futbolçular da sürətlə inkişaf edərək, güclənəcəklər.

- Ümumilikdə, Azərbaycan haqda nə söyləyə bilərsiniz?

- Azərbaycan və Bakı mənim çox xoşuma gəlir. Bakı çox gözəl şəhərdir. Xüsusilə, memarlıq abidələri ilə çox cəlbedicidir. Bu şəhər sürətlə inkişaf edir. Böyük investisiyaların qoyulması hər şeydən xəbər verir. Mənim ailəmlə Azərbaycana gedişim, bu ölkəyə olan münasibətimin əsas göstəricisidir. Qızlarım Bakı məktəblərində təhsil alacaqlar. Burada yaxşı həyat üçün hər şey var. Azərbaycanı tanıyırdım, ancaq orada heç vaxt olmamışdım. Təklif alan kimi internetdən bu ölkə haqda maraqlandım. Müasir dövrdə internet vasitəsilə dünyanın istənilən nöqtəsi haqda məlumat almaq mümkündür. İlk işim şəkillərə və Bakının videoroliklərinə baxdım, sonra araşdırmağa davam etdim.
Xəbər 1015 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru