Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Akrobatika qrupu – Biz Avropa Oyunlarına fasiləsiz hazırlaşırıq
Tarix: 07.01.2015 | Saat: 11:57:00 | E-mail | Çapa göndər
Bir neçə gün öncə bütün dünya yeni ili – 2015-ci ili qarşıladı və bu il idman dünyası üçün Bakıda təşkil olunacaq möhtəşəm və görünməmiş Avropa Oyunlarının ili kimi qeyd edilir.

Olimpiya Oyunlarından fərqli olaraq, bu yarışların formatına akrobatika gimnastikası da daxildir. Yeri gəlmişkən deyək ki, bu idman növündə yaxşı nəticələr əldə edilmişdir. Buna misal olaraq, 2009-cu ildə Avropa Çempionatında Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyünün qazandığı gümüş medalı qeyd etmək olar.

Avropa Oyunlarının formatı məlum olduğu zaman, bu oyunlarda qarışıq cütlüklə yanaşı, ölkəmizi 3 cazibədar qızın – Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət qadın qrupunun da təmsil edəcəyi bilindi.

Ənənəyə uyuğun olaraq, federasiyanın mətbuat xidməti idmançılarımız üçün Avropa Oyunlarının nə kəsb etdiyini, bu oyunlara necə hazırlaşdıqlarını və hansı nəticələr gözlədiklərini öyrənmək üçün onlarla həmsöhbət oldu.

Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

Aynur: Mənim 6 yaşım olanda anam məni gimnastika məktəbinə apardı və bədii gimnastika məşqlərinə yazdırdı. Bir neçə il bu idman növü ilə məşğul oldum, 12 yaşım olanda isə məni akrobatika üzrə yığma komandanın baş məşqçisi İradə Qurbanova gördü. Məhz o, mənim fiziki quruluşumun daha çox akrobatikaya uyğun olduğunu bildirdi. O gündən etibarən mən akrobatikayla məşğul oluram və ciddi nəticələr qazandığım üçün çox sevinirəm.

Lalə: Uşaqlıqda enerjili idim, demək olar ki, çox enerjili idim. Qaçmağı, ağaca dırmaşmağı çox xoşlayırdım. Mənim anam da gəncliyində akrobatika ilə məşğul olub və tez-tez müxtəlif akrobatika, gimnastika, rəqs yarışlarına gedirdik. Və o zaman mənim marağımı və bitməyən enerjimi nəzərə alaraq, anam məni akrobatika məşqlərinə yazdırdı.

Nərmin: Mənim 4 yaşım olarkən, televizorda bədii gimnastların çıxışlarını gördüm və o zaman bu idman növünə böyük marağım yarandı. Valideynlərim bu marağımı görüb məni məşqlərə yazdırdılar. 1 il məşqlərdən sonra mən İradə Qurbanovanın rəhbərliyi altında məşq edən akrobatları gördüm. Akrobatika mənə daha çox maraqlı gəldi və məhz bu idman növüylə məşğul olmağı qərara aldım.

Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?

A: Düşünmürəm ki, başqa bir idman növüylə məşğul ola bilərdim, bunu heç təsəvvür edə də bilmirəm.

L: Mən hərtərəfli insanam və müxtəlif idman növləri mənim xoşuma gəlir və düşünürəm ki, məndə alınardı.

N: Digər idman növünü deyə bilmərəm, amma mənim rəqsə və rəsmə qabiliyyətim var idi. Düşünürəm ki, bu sahələrdə uğur qazana bilərdim.


Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

A: Əvvəllər emosiyalarımı idarə etmək çətin idi, lakin tez-tez yarışlarda iştirak edərək, zamanla özünə arxayınlaşırsan və emosiyaları idarə etmək asanlaşır.

L: Yarışlarda xüsusi həyəcanlanmıram, çünki düşüncələrimi və emosiyalarımı idarə etməyi bacarıram.

N: Əlbətdə, bütün idmançılar kimi mən də yarışlarda həyəcanlanıram. Biz bir-birimizi toplamağa və sakitləşdirməyə çalışırıq.

Fikrinizcə hər hansı idman növündə vacib olan nədir?

A: İlk öncə dayanmadan məşq etmək istəyi və yaxşı nəticələr əldə etmək.

L: Qazanmaq arzusu!

N: Maraq, səbr və dözümlülük. Əgər idmançıda bu 3 keyfiyyət varsa, o uğur qazana bilər.

Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

A: Bu idman növndən asılıdır, əlbətdə əgər professional məşğul olarsansa bir çox idman növləri təhlükəkidir. Əgər hər şeyə ciddi yanaşıb, məşqçiyə qulaq asarsansa, zədəsiz ötüşmək olar.

L: Düşünürəm ki, hər hansı idman növüylə professional məşğul olmaq zədəli və təhlükəlidir. Misal üçün, akrobatika. Biz üçlü çıxış edirik və hər hansı artıq, səhv hərəkət piramidanın dağılmasına və istənməyən zədələr almağımıza səbəb ola bilər.

N: Mən düşünürəm ki, bütün idman növləri özünə görə təhlükəlidir və çətinlikləri mövcuddur.


İdmanda kumiriniz varmı?

A: Deyə bilmərəm ki, kumirim var.

L: Deməzdim ki, kumirim var. Amma mən idmançı kimi Useyn Boltu bəyənirəm.

N: Bəli var. Bu Ayla Əhmədovadır.


Yaxın gələcək üçün idman planlarınızdan danışın bir az.

A: Yaxın zamanda bizi İsveçdə keçiriləcək Dünya Kubokunda çıxışlar gözləyir.

L: Həmçinin, yaxın zamanda Bakıda digər ölkələrdən idmançıların qatılacağı birgə yarış təşkil olunacaq.

N: Hazırda, biz Avropa Oyunlarına hazırlaşırıq.

Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?

A: Avropa Oyunları mənim üçün həyatımın ən vacib hadisəsi, ən vacib yarışıdır. Mən dəfələrlə Dünya və Avropa Çempionatlarına hazırlaşmışam, lakin Avropa Oyunlarına biz hər zamankından daha çox səylə hazırlaşırıq. Nəticə əldə etmək üçün, biz fasiləsiz hazırlaşmağa qərar vermişik.

L: Bu mənim iştirak edəcəyim ən vacib yarış olacaq. Bu yarışa xüsusi səylə hazırlaşıram və çalışıram ki, məşqlərə boş yanaşmayım.

N: Bu çox vacib yarışdır, buna görə də bütün gücümlə hazırlaşıram, qalib gəlməyi və Azərbaycan bayrağını qaldırmağı arzulayıram.

İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?

A: Arzularım, məqsədlərim var – lakin onlar da idmanla bağlıdır.

L: Çətin sualdır. Hazırda - hər şey idmanla bağlıdır. Gələcəkdə zaman göstərər.

N: Mən də bütün həyatımı idmanla bağlayıram və Oyunların qalibi adını qazanmağı arzulayıram.


İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?

A: Çətin olur, amma hərdən alınır.

L: Çox çətin olur, alınsa da yalnız bazar günləri mümkün olur.

N: Bizim bütün həyatımız məşqlərdə keçir.



Öz ailəniz haqda danışın bir az.

A: Təkcə onu deyə bilərəm ki, həyatımda olan hər şeyə vaildeynlərimin sayəsində nail olmuşam. Bu gün idmançı olmağımda qardaşım da az rol oynamayıb. Əvvəllər anam qardaşımı gətirərdi məşqlərə, evdə tək qalmayım deyə, məni də gimnastika məşqlərinə yazdırdılar.

L: Bizim ailədə 4 nəfər var, həmçinin pişik və popuqay (gülür). Mənim anam akrobatika və yüngül atletika ilə məşğul olub. Atam professional olaraq futbolla məşğul olub və o, “Netfçi”-nin sağ müdafiəçisi olub. Qardaşım da atam kimi futbolla məşğul olub, daha sonra 15 yaşında akrobatikaya gəlib. Demək olar ki, mənim ailəm idmançı ailəsidir.

N: Mənim ailəmdə 6 nəfərdir. Deyə bilmərəm ki, idmançı ailəsiyik, mənim qardaşım basketbolla məşğul olub.

Sevdiyiniz şəxs varmı?

A: Bəli, var.

L: Gün ərzində 2 məşqlə şəxsi həyatı birləşdirmək çox çətindir.

Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Və siz onlardan nə eşitmək istərdiniz?

A: “Ayka irəli!” – deyə, qışqırırlar.

L: Adətən, onlar mənim adımı səsləndirirlər, ya da var gücləriylə qışqırırlar. Lakin, mən çox vaxt onları eşitmirəm, belə ki, mənim bütün diqqətim çıxışımda olur. Onlardan xüsusi istəyim yoxdur, onların alqışları belə, məni çox sevindirir.

N: Onlar bizi alqışlarla qarşılayırlar.

Onlara nə demək istərdiniz?

A: Dəstəyinizə görə çox sağ olun!

L: Mənə ayırdıqları vaxta və diqqətə görə onlara öz minnətdarlığımı bildirirəm.

N: Onlara təşəkkür edirəm, onların dəstəyi bizi həvəsləndirir.
Xəbər 894 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru