Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Eurosport: "Tour d’Azerbaïdjan-2014" rəqəmlərin dili ilə
Tarix: 24.11.2014 | Saat: 13:16:00 | E-mail | Çapa göndər
Avropanın nüfuzlu idman kanalı "Eurosport" Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2014" beş günlük veloyürüşü ilə bağlı statistik məlumatları açıqlayıb. Xatırladaq ki, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə təşkil olunmuş bu yarışın ilk 4 mərhələsi "Eurosport" kanalı vasitəsilə 30 dəqiqəlik icmal şəklində, sonuncu, Bakı mərhələsi isə canlı olaraq yayımlanıb və 28.6 milyondan çox tamaşaçı yarışa təkcə bu kanal vasitəsilə tamaşa edib. 830 000-dən çox tamaşaçı isə canlı olaraq yayımlanan sonuncu mərhələni izləyib. Ümumilikdə isə Avropa Yayım İttifaqına üzv olan 56 ölkənin 72 telekanalında "Tour d’Azerbaïdjan-2014"lə bağlı müxtəlif tipli süjetlər efirə verilib.

Müqayisə üçün deyək ki, 2013-cü ildə "Eurosport" kanalının nümayiş etdirdiyi nüfuzlu velosiped turları içərisində 100 ildən çox keçirilən "Tour de France" yarışına 51 milyon, "Giro d’İtalia"ya 32 milyon, "Vuelta"ya isə 30 milyon tamaşaçı baxıb.

Maraqlıdır ki, "Tour d’Azerbaïdjan" toplaya bildiyi tamaşaçı sayına görə uzun illərdir ki, keçirilən "Griterium du Dauphine" (14 milyon), "Paris-Nice" (12 milyon), "Paris- Roubaix" (7 milyon), "Milan-San Remo" (4 milyon) kimi tanınmış veloturları da qabaqlaya bilib.

Ümumilikdə "Eurosport" kanalına baxan 106.5 milyon tamaşaçı "Tour d’Azerbaïdjan-2014" veloyürüşü ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarışla bağlı məlumatlar alıb. Onu da qeyd edək ki, 14 aprel - 11 may tarixlərində "Eurosport" və "Eurosport-2" kanallarında yarışla bağlı 30 saniyəlik videorolik 500 dəfə nümayiş etdirilib.

Asiya və Okeaniya ölkələrində də "Tour d’Azerbaïdjan-2014" kifayət qədər maraqla qarşılanıb. 16 ölkənin yer aldığı bu siyahıda ilk yerdə Avstraliya durur. Honqkonq, İndoneziya, Cənubi Koreya, Malayziya, Tayland, Filippin və Monqolustanın da daxil olduğu bu ölkələrdə yarış 9,6 milyon tamaşaçı toplayıb.

"Eurosport" kanalının rəsmi internet səhifəsində isə yarışla bağlı məlumatları izləyənlərin sayı 15 milyonu keçib. Bu siyahıda ilk dördlük belədir:

1. Böyük Britaniya - 3 688 403
2. Rusiya - 2 818 894
3. Almaniya – 2 231 828
4. İtaliya - 2 194 301

"Tour d’Azerbaïdjan-2014"lə bağlı videomateriallar dünyada çox məşhur olan www.cycling.tv saytına da yerləşdirilib və istənilən şəxs bu yarışa yenidən baxa bilər. Onu da qeyd etmək yerinə düşər ki, adıçəkilən saytın arxiv bölümünə yalnız baxılma reytinqi yüksək olan yarışlar yerləşdirilir.

"Tour d’Azerbaïdjan-2014" başa çatdıqdan sonra "Eurosport" kanalında yarışla bağlı 2 süjet də efirə verilib. 5 dəqiqəlik bu süjetlər 903 000 tamaşaçı toplayaraq baxılma sayına görə kifayət qədər yüksək reytinqli sayılıb.

Beləliklə, "Eurosport" kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2014" veloyürüşünü başa çatmaqda olan ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür.

Təbiidir ki, bütün bunlar ilk növbədə artıq bir idman ölkəsi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilmiş, iqtisadiyyatı sürətlə inkişaf edən, siyasi sabitlik və tolerantlıq nümunəsi kimi qəbul olunan müstəqil Azərbaycan Respublikasının əldə etdiyi uğurların, tarixdə ilk Avropa oyunlarını keçirmək kimi möhtəşəm və məsuliyyətli işi öz üzərinə götürmüş ölkəmizə olan marağın göstəricisidir.
Xəbər 749 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru