Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" klubu ötən gün yoxlama matçında qüvvəsini sınayıb.
İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dneprpetrovsk təmsilçisi həvəskarlar liqasında çıxış edən "Olimpik"lə qarşılaşıb.
Oyun Miron Markeviçin komandasının böyükhesablı qələbəsi ilə başa çatıb. Hər iki hissədə 2 qol vuran "Dnepr" oyundan qalib ayrılıb - 4:0.
19 noyabr
Yoxlama oyunu
"Dnepr" - "Olimpik" - 4:0
Qollar: Luçkeviç, 2 (1:0), Kaliniç, 3 (2:0), Mateus, 60 (3:0), Bartuloviç, 87 (4:0)
|