Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AMKF rəhbərliyi dünya çempionatına yollanacaq heyətlə görüşüb
Tarix: 01.11.2014 | Saat: 21:14:00 | E-mail | Çapa göndər
5-9 noyabrda Almaniyanın Bremen şəhərində kimono ustaları arasında 22-ci dünya çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi yarış qabağı seçmə komandanın heyəti ilə görüşüb. Toplantıda AMKF-in prezidenti Yaşar Bəşirov qarşıdakı yarışın məsulliyətini və favoritlərdən olan karateçilərimizə böyük ümidlər bəsləndiyini bildirib. Baş sponsor Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri Cahangir Hacıyevin salam və tövsiyyələrini idmançılara çatdıran federasiya rəhbəri, AMKF-in yarandığı 20-ci ildə artıq komanda yarışlarında Avropa çempionu olduğumuz və bu uğurun davamının gözlənildiyini qeyd edib.

Milli komandanın baş məşqçisi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynov heyət üzvlərinin istər psixoloji, istərsə də texniki-taktiki cəhətdən dünya çempionatına tam hazır olduğunu diqqətə çatdırıb. Fiziki hazırlıq üzrə məşqçi, karate veteranı Oqtay Məmmədov idmançıların lazımi fiziki duruma çatdırıldığını söyləyib. Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayev qarşıdakı yarışda ilk dəfə 6 beynəlxalq hakimimizin iştirak edəcəyini bildirib.

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov dünya çempionatında güclü media dəstəyin olacağını, həmçinin federasiya rəhbərliyinin Rusiyanın dünya şöhrətli "Боец" döyüş telekanalından yaradıcı qurupun dəvət etdiyini nəzərə çatdırıb. İdmançılar adından çıxış edən milli komandamızın kapitanı Şahin Atamov, əvvəlki rəsmi yarışlarda olduğu kimi bu dəfə də vətənə üzüağ qayıtmaq üçün çalışacaqlarını deyib.

Sonda federasiya rəhbərliyi idmançılara uğurlar arzulayıb. Noyabrın 3-də Almaniyaya yola düşən heyət ayın 11-də Vətənə dönəcək. Məşqçilər heyəti planetin ən güclülərinin tarışında Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafiz Həsənov (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyevaya (61 kq) üstünlük verib. Rafael Ağayev (75 kq) və Asiman Qurbanlı (+84 kq) zədəli olduqlarından yarışa yollana bilməyəcəklər. İdmançılarımız fərdi çıxışlardan başqa komanda kumite yarışlarına da qatılacaqlar. Bu ilin mayında Finlandiyada komanda yarışlarında Avropa çempionu olan Tural Ağalarzadə, Şahin Atamov, Niyazi Əliyev, Ayxan Mamayev və Rafiz Həsənovdan əlavə, bu dəfə heyətə Pənah Abdullayev və Orxan Heydərli də cəlb edilib.

Beynəlxalq hakimlərimiz də dünya çempionatına böyük heyətlə yollanacaqlar. Hakimlər Komitəsinin sədri Cahangir Babayevdən başqa Yusif Məmmədov, Anar Allahverdiyev, Şahin Xudaverdiyev, Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva yarışı idarə edənlər arasında olacaq. Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə geniş tərkibli heyət dünya çempionatına noyabrın 3-də yola düşəcək. Dünya çempionatı 5-9 noyabr tarixlərində keçiriləcək.

Bu məsul yarışdan bir gün əvvəl, noyabrın 4-də isə Dünya Karate Federasiyasının Konqresi və təşkilatın İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. 16 üzvü olan İcraiyyə Komitəsinə Avropa Karate Federasiyasının 5 nümayəndəsi üzv ola bilər. Bu yerlərə namizədlər arasında AMKF-in prezidenti Yaşar Bəşirov da var.


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 954 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.04.2024 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
08.04.2024 Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar
17.03.2024 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
12.02.2024 Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa çempionatında 8 medal qazanıblar
30.01.2024 Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar
11.12.2023 Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar
04.12.2023 Karate üzrə Azərbaycan çempionatına yekun vurulub
27.11.2023 Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
26.11.2023 Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub
22.11.2023 Azərbaycan karateçiləri dünya çempionatında iştirak edəcəklər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru