Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Vladimir Çuçelov: Teymur Rəcəbov dünya səviyyəli şahmatçılardan biridir
Tarix: 05.10.2014 | Saat: 19:20:00 | E-mail | Çapa göndər
Hazırda şahmat aləminin ən yaxşı məşqçisi sayılan, italiyalıı Fabiano Karuana və Teymur Rəcəbovla işləyən Vladimir Çuçelov jurnalistlərin suallarına cavab verib. İdman.com.az saytı xəbər verir ki, rusiyalı mütəxəssis həmkarlarımızla söhbətdə, həmyerlimizin potensialının yüksək oldiğunu deyib.

- Sizi Bakıda keçirilən qran-pri turnirində görmək çox xoşdur. Turnirlə bağlı fikirlərinizi bilmək maraqlıdır…
– Bakı hər zaman yüksək təşkilatçılığıyla seçilib. qran-prinin Bakıda start götürməsi məni çox sevindirdi. Gözəl şəhərdə şahmat oynamaq hər zaman ürəyimizcədir. Açılışdan sonra turnirin yüksək səviyyədə keçiriləcəyinə əmin olduq. Bakının gözəlliyinə valeh olmuşam. Hələlik yalnız dənizkənarı bulvarda gəzmişəm. Ora həm yaxındır, həm gözəldir. Karuana ilə birgə axşamlar orada gəzişmədən otağımıza getmirik.

- Fabiano Karuananı siz hazırlaşdırırsınız. Bu şahmatçı artıq indidən dünya çempionluğuna əsas namizədlərdən sayılır…
– Karuana şahmatı çox sevir. Hazırda biz onunla turnirlərə hazırlaşırıq. Yəni yarış zamanı məhz iştirak etdiyi turnirlə bağlı işləyirik. Çempionluq barədə düşünmürük. Bu çox uzun yoldur. Gərək qran-pridə qələbə qazanasan, sonra iddiaçılar turnirində birinci yeri tutasan. Yalnız sonradan dünya çempionuyla oynamaq imkanı qazanırsan. Biz bu hədəfə doğru mərhələli şəkildə çalışırıq.

- Yəqin, Karlsen də başa düşür ki, ona qarşı güclü rəqib gəlir….
– (gülür) 2 il əvvəl Karuana ilə işləməyə başlamışam. Bir müddətdən sonra Fabiano FİDE reytinqində ilk onluğa daxil oldu. Bu münasibətlə hətta Karlsen məni təbrik etdi. Dedi ki, Karuana onluğa daxil oldu və bu münasibətlə sizi təbrik edirəm. Ondan sonra Karlsen daha bizi təbrik etməyib. Hazırda Karlsen dünya reytinqində 1-ci, Karuana isə 2-ci-dir.

- Karuananın Qran-Pridə ilk üç turda çıxışını necə qiymətləndirirsiniz…
– Hər şey normaldı. Təəssüf ki, iki partiyada qələbə qazana bilərdi, amma şansını boşa verdi. Üstünlüyü sona qədər saxlamadı. Hətta Nakamurayla partiyada üstünlüyü kifayət qədər nəzərə çarpırdı. Sadəcə bir qədər səhvə yol verdi. Bununla belə hər şey hələ qarşıdadır. Fikrimcə, şanslarımız azalmayıb. Müəyyən mənada diqqətsizlik bu işdə özünü göstərdi.

- Karuananın hər yarışda favorit sayılması işinizi çətinləşdirmirki? Hər halda Karlsen olmayan turnirlərdə əsas diqqətə ona yönəlir….
– Fabiano reytinqə əsasən favorit sayılır. Bununla yanaşı gərək şahmatçı ümidləri doğrultmağı bacarmalıdır. Karlsen olan yarışlarda hər ikisi diqqət mərkəzində olur. Əgər futbolla müqayisə etsək, Karlsen “Real”dısa, onda Karuana “Bavariya”dır. Hər bir turnirdə Fabiano mükafatçılar sırasında olmaq istəyir.

- Onun turnirlər zamanı xüsusi istəkləri çox olur?
– Fabianonun xüsusi istəyi olmur. Sadəcə internetin olması vacibdir. Bir də hovuzda üzməyi xoşlayır. Hazırda turnirdə gərgin oyunlar olduğu üçün hovuzdan istifadə etmək mümkün olmayıb.

- Teymur Rəcəbovla nə vaxtdan çalışırsınız?
– Təxminən 7 ay əvvəl biz onunla işləmək barədə razılıq əldə etdik. Rəcəbov dünya səviyyəli şahmatçılardan biridir. Uzun müddətdir, planetin ən yaxşı qrossmeysterləri sırasına daxildir. Londonda keçirilən iddiaçılar turnirindən sonra bir qədər oyunu alınmırdı. Biz bu sahədə işləyirik. Fikrimcə, Rəcəbovun potensialı yüksəkdir. O. tez bir zamanda karyerasının yüksəlişi dövrünə qayıdacaq. Teymur əvvəlki kimi gözəl qələbələrlə, onu sevənləri sevindirəcək. Biz bu istiqamətdə işləyirik.

- Azərbaycan şahmatçıları uzun müddətdir, şahmat tacını Bakıya qaytarmaq istəyir. Şahmatçılarımızın bu arzusunun reallaşması üçün nə lazımdır?
– Ölkənizdə Məmmədyarov və Rəcəbov kimi güclü şahmatçılar var. Hər ikisi uzun müddətdir güclü turnirlərdə iştirak edir. Azərbaycan yığmasında 2 dəfə Avropa çempionu olublar. Sadəcə dünya çempionluğu üçün xüsusi hazırlaşmaq vacibdir. Üstəlik, gərək çox şeyi qurban verməyi bacarasan. Bir neçə il ancaq şahmatla yaşayasan. Həm Məmmədyarov, həm Rəcəbov bir neçə dəfə iddiaçılar turnirində iştirak ediblər. Yeni mövsümdə də onlar yenidən iddialarını nümayiş etdirə bilər.
Xəbər 1096 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru