Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Elnur Məmmədov: “Neftçi” hər zaman mətbuata açıq mövqeyini nümayiş etdirib - MÜSAHİBƏ
Tarix: 02.10.2014 | Saat: 18:20:00 | E-mail | Çapa göndər
“Neftçi” komandasının yeni vitse-prezidenti Elnur Məmmədov jurnalistlərin suallarına cavab verib. İdman.com.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, o, “ağ-qaralar”ın gələcək planları və gözlənilən dəyişikliklərdən danışıb.

- AFFA-nın fan-klublar üzrə koordinatoru vəzifəsində çalışmısınız. Son dönəmlərdə də “Neftçi” azarkeşlərini küsdürüb və “xalq komandası”nın oyunlarına əvvəlki qədər azarkeş gəlmir (Avrokuboklar istisnadır). Yeni klubunuzda azarkeşlərlə bağlı hansı işlər görməyi düşünürsünüz?

– Azarkeşlər futbolun bəzəyidir və futbol azarkeşlər üçün oynanılır. “Neftçi” hər zaman azarkeş dəstəyini hiss edib və onlara çoxlu qələbə sevinci yaşadıb. Avrokubok oyunlarında stadionlarımızda demək olar ki, boş yerlər olmur. Çalışacağıq ki, “Neftçi”nin çempionat və kubok oyunları da eyni maraqla qarşılansın. Artıq bu gün bəzi fan-klublarla görüş keçirmişik. Bu görüşlər mütəmadi hal alacaq və inanıram ki, “Neftçi” azarkeşlərinin sayı artan xəttlə inkişaf edəcək.

- Elxan Məmmədov sizə “Neftçi”yə vitse-prezident təyin olunacağınız haqda
xəbəri verəndə hansı hissləri keçirdiz?

– “Neftçi”də vitse-prezident vəzifəsini mənə klub prezidenti Sadıq Sadıqov şəxsən təklif etdi. Mən də öz növbəmdə bu təklifi müsbət qarşıladım və klubda fəaliyyətə başladım. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz olub. Oyunların təşkili məsələləri ilə əlaqədar “Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam.

- “Neftçi”nin heyəti növbəti çempionluq üçün yetərli deyil. Qış fasiləsində yeni futbolçuların alınması haqda düşünürsüzmü?

– “Neftçi” hazırki heyəti ilə bir çox uğurlar qazanıb. Komanda ötən mövsüm ölkə kubokunu əldə edib və Avropa Liqasının pley-off mərhələsinə kimi irəliləyib. Hazırda transfer pəncərəsi bağlı olduğu üçün bu haqda danışmaq tezdir. Bu məsələlər qış fasiləsi ərəfəsində müzakirə olunacaq və müvafiq addımlar atılacaq.

- Uzun illərdi komandaya ancaq yerli baş məşqçilər təyin olunur. Gələcəkdə bu siyasət dəyişiləcəkmi?

– “Neftçi” klubunun məlum strategiyası var və bu tendensiya özünü doğruldur. “Neftçi” yerli məşqçilərlə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” da bu nəticəni yerli mütəxəssislə göstərib. Təcrübə onu göstərir ki, klub futbolunda yerli mütəxəssislərə güvənmək öz müsbət nəticəsini verir.

- Çox maraqlıdı, niyə təqdimatınız mətbuata qapalı oldu? Olmazdı ki, mətbuat konfransı təşkil edib həm təqdimatınızı keçirərdiz, həm də jurnalistlərin suallarını canlı cavablandırardız?

– “Neftçi”dən gələn təklif mənim üçün də gözlənilməz oldu. Təqdimatı təntənəli şəkildə keçirməyə ehtiyac duymadıq. Müəyyən vaxt keçdikdən sonra mütəmadi olaraq mətbuata gördüyümüz işlər barəsində hesabat verəcəyik.

- Elxan Məmmədov heç vaxt jurnalistlərin telefon zənglərinə cavab verməyib. Onun kadrı olduğunuzu nəzərə alsaq, düşünmək olar ki, sizdən də hansısa açıqlama almaq üçün ancaq “Neftçi”nin bazasına gəlmək lazım olacaq?

– “Neftçi” hər zaman mətbuata açıq mövqeyini nümayiş etdirib. Bundan sonra da çalışacağıq ki, mətbuat nümayəndələri ilə münasibətlərimiz daha da möhkəmlənsin. Sadəcə olaraq hər bir peşəkar klubda olduğu kimi “Neftçi”nin də Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi var və media nümayəndələri ilə ünsiyyət onların fəaliyyət sahəsinə daxildir. Jurnalistlər istənilən vaxt suallarını Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi vasitəsi ilə kluba ünvanlaya bilərlər. Ünvanlanan bütün suallar qısa müddət ərzində klub tərəfindən cavablandırılacaqdır.

- “Neftçi”də işləmək təklifini konkret kimdən aldız?

– “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov şəxsən bu vəzifəni mənə təklif etdi. Düzü bir qədər gözlənilməz oldu. “Neftçi”də işləmək şərəfli eyni zamanda məsuliyyətli bir işdir. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz çox olub. Oyunların təşkili məsələləri ilə əlaqədar “Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam.

- Sizin AFFA-ya Elxan Məmmədov tərəfindən gətirildiyiniz sirr deyil. “Neftçi” Elxan Məmmədovun nəzarətinə keçdi” fikirlərinə münasibətinizi bilmək istərdik…

– Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayev rəhbərliyi altında günbəgün inkişaf edir. Futbolda iri miqyaslı beynəlxalq layihələr həyata keçirilir. Bu inkişafın davamı olaraq klub futbolunda nəzərə çarpacaq uğurlar qazanılıb. Həm Elxan Məmmədov, həm də Sadıq Sadıqov futbolumuzun tərəqqisi üçün çalışan şəxslərdir. Məqsədimiz Azərbaycan futboluna layiqli şəkildə xidmət etməkdir.

- Nəyə görə AFFA-da işinizi davam etdirmədiz?

– AFFA-da çalışdığım 6 il müddətində çox qiymətli təcrübə toplamışam. Buna görə bir daha AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Sadəcə olaraq əmək məcəlləsinə əsasən eyni vaxtda yalnız bir iş yerində tam ştatlı fəaliyyət göstərmək mümkündür.

- Gənc kadr kimi işinizdə hansısa yeniliklər olacaq, islahatlar aparacaqsız?

Ümumiyyətlə “Neftçi”də gənc yerli mütəxəssislərə hər zaman üstünlük verilib. Hətta klubun kollektivi də əsasən gənclərdən ibarətdir. İslahatlara gəldikdə isə “Neftçi”nin öz strategiyası və inkişaf xətti var və biz bu işin icraçılarıyıq. Klubda fəaliyyət göstərən hər bir əməkdaş kimi mən də üzərimə düşən işi ən yüksək səviyyədə yerinə yetirməyə çalışacam.

- Mətbuatla əlaqələrdə hansı yeniliklər gözlənilir?

– “Neftçi” hər zaman mətbuata açıq mövqeyini nümayiş etdirib. Bundan sonra da çalışacağıq ki, mətbuat nümayəndələri ilə münasibətlərimiz daha da möhkəmlənsin. Sadəcə olaraq hər bir peşəkar klubda olduğu kimi “Neftçi”nin də Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi var və media nümayəndələri ilə ünsiyyət onların fəaliyyət sahəsinə daxildir. Jurnalistlər istənilən vaxt suallarını Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi vasitəsi ilə kluba ünvanlaya bilərlər.

- Tahir Süleymanov ictimaiyyətə açıq bir insan idi. Amma siz işə mətbuat konfransi keçirmədən, jurnalistlərlə görüşmədən başlayırsız. Belə olan halda “Neftçi” KİV-ə hansı mövqedə dayanacaq?

– “Neftçi”də fəaliyyətə başlamağımla bağlı təntənəli təqdimata ehtiyac duymadıq. Düşünürəm ki, müəyyən vaxt keçdikdən sonra mətbuat konfransı təşkil edərək gördüyümüz işlər barədə məlumat verəcəyik. “Neftçi” hər zaman mətbuata açıq klub olub və bundan sonra da media nümayəndələri ilə ünsiyyətimiz ən yüksək səviyyədə davam edəcək.
Xəbər 973 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru