Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Valentin Demyanenko: “Ola bilsin, bu olimpiada mənim üçün son şansdır
Tarix: 06.12.2011 | Saat: 09:05:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Olimpiya Komitəsi XXX Yay Olimpiya Oyunlarına hazırlaşır. İdman.com.az saytı xəbər verir ki, olimpiya yığmamız London olimpiadasına artıq 28 lisenziya qazanıb. Bunlardan 4-ü avarçəkənlərimizin payına düşüb. Kanoe üzrə 3-qat dünya və 3-qat Avropa çempionu, olimpiya lisenziyalarından birinin sahibi və qarşıdakı olimpiadada medal ümidlərimizdən sayılan Valentin Demyanenko Rusiyanın “Vestnik Kafkaza” nəşrinə müsahibə verib:



- Bu ekzotik idman növü ilə nə vaxtdan məşğul olmağa başlamısınız?

- Mən 1983-cü ildə Ukraynanın Çerkassı şəhərində anadan olmuşam. Orta məktəbin yuxarı siniflərində hamı idmanla aktiv məşğul olurdu. Mən avarçəkməni seçdim. 4-5 il ərzində cəhdlərim nəticə vermirdi. Lakin mən məşq edirdim. 18 yaşımda Ukrayna çempionu oldum. “İdman ustası” dərəcəsi aldım və Ukraynanın gənclərdən ibarət yığmasına düşdüm. Lakin yüksək rəqabət üzündən növbəti ilə məni yığmaya götürmədilər. Tezliklə mən elektrik ixtisası üzrə texnikumu başa vurdum və seçim qarşısında qaldım: ya zavodda işləməli, ya da universitetin bədən tərbiyəsi fakültəsinə qəbul olunmalı idim. Həmin vaxt mənə təklif gəldi ki, avarçəkmə üzrə Ümumukrayna yarışlarının qalibi olsam, məni universitetə ödənişsiz və əlavə maddi köməksiz qəbul edəcəklər. Yəni, qayda belə idi: əgər qəbul olundunsa, hansısa sinfə, məsələn, riyaziyyat və ya informatikaya maddi kömək göstərməli idin. Bu şərtlə razılaşdım. İki məsafədə qalib oldum və universitetə pulsuz qəbul olundum.

- İlk beynəlxalq uğurların hansılar oldu?

- Ümumukrayna yarışlarını qazandıqdan sonra anladım ki, həyatda hansısa ciddi uğurlara idmanda nail ola bilərəm. Ona görə də Polşada keçirilmiş Avropa çempionatına ciddi hazırlaşdım və yenidən yığmaya düşdüm. Qitəmiqyaslı yarışda yalnız bir məsafəyə - 500 metrlik yürüşə qatıldım. Uğurla start götürdüm və demək olar ki, finiş xəttinə çatanda bir anlıq geriyə boylandım. Gördüm ki, bütün idmançılar geridə qalıblar. Həmin an həyatda həqiqətən də nəyəsə nail olmağımın idmanda mümkün olduğunu bir daha özümə sübut etdim. 2003-cü ildə böyüklər arasında dünya çempionatına hazırlaşmağı qərara aldım. Cəmi 20 yaşım vardı və 18-dən 23 yaşadək idmançıların daxil olduğu gənclər yığmasında çıxış etməli idim. Lakin mən taleyimi sınaqdan çıxarmağa və böyüklər kateqoriyasında iştirak etməyə qərar verdim. Özümə ən güclülər arasında nəzər yetirmək istəyirdim. Dünya çempionatında udmaq mənim üçün vacib deyildi, sadəcə özümü güclü rəqiblərlə mübarizəyə hazırlamaq istəyirdim. Dünya çempionatından iki ay öncə Avropa çempionatı keçirildi. Mən orada ikinci yeri tutdum. Yalnız hazırkı olimpiya çempionu Maksim Opalevə uduzdum. Lakin dünya çempionatında mən onu uddum və anladım ki, kanoe qayığında avarçəkmə mənim istedadımdır. İşimi davam etdirməli və heç bir halda əldə etdiyim nailiyyətlə kifayətlənməməliyəm. Hər bir idmançının arzusu var – olimpiya çempionu olmaq! Dünya çempionatı hər il, olimpiada isə 4 ildə bir dəfə keçirilir. Hər zaman mümkün deyil ki, insan yüksək məhsuldarlıq səviyyəsini qoruya bilsin, zədə almadan, xəstələnmədən dözsün. Olimpiadada iştirak üçün hər şey uğurlu alınmalıdır.

- Azərbaycan yığmasında çıxış etməyə necə başladınız?

- 2006-cü ildə yenidən Avropa və dünya çempionatına yollandım. Hər iki halda ikinci yeri tutdum. Bundan sonra Ukrayna millisində karyeram başa çatdı. 1 il ciddi məşğul olmadım. Öz zövqümcə yaşadım, yarışlarda iştirak etmədim. Lakin günlərin birin də mənə zəng edərək, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla söhbətə çağırdılar. O, Azərbaycanda bu idman növünün inkişafı və yüksək nəticələrin əldə olunması üçün əla şəraitin yaradıldığını, hətta qışda məşğul olmağa imkan verən müasir bazanın inşa olunduğunu bildirdi. Azərbaycanda ən soyuq vaxtı temperatur mənfi 2-3 dərəcə, Ukraynada mənfi 20-25 dərəcə olur. Elçin Zeynalov məndə yüksək nəticələr üçün bütün ilkin şərtlərin olduğunu dedi. 2007-ci ildə mən Azərbaycana getdim. İtiriləsi bir şey yox idi. Biz komanda yoldaşım Aleksandr Kasatkinlə birgə getdik. Mən Azərbaycan yığmasında həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çıxış etməli idim. Məqsədimiz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazandırmaq və Avropa çempionatına hazırlaşmaq idi.

- Amma XXIX Yay Olimpiya Oyunlarında iştirak etmədiniz. Niyə?

- Avropa çempionatı öncəsi Ukrayna protest verdi. Demişdilər ki, biz, keçmiş ukraynalı idmançılar, yığma iştirakçıları olimpiya ili öncəsi digər ölkənin komandasına keçmək və onların adından çıxış etmək hüququna malik deyilik. Planlarımızı bir müddət təxirə salmalı olduq. Biz Dünya Kubokunun mərhələ yarışlarına yollandıq, yaxşı yerlər tutduq. Amma Pekin olimpiadasını buraxmalı olduq. 2012-ci il London Yay Olimpiya Oyunlarınadək ehtiyatda 4 ilim vardı. Ötən müddətdə daha iki dəfə dünya, üç dəfə Avropa çempionu oldum, Dünya Kubokunun mərhələ yarışlarında müxtəlif əyarlı medallar qazandım. Bu ilin avqustunda Macarıstanda olimpiadaya lisenziya xarakterli dünya çempionatı keçirilirdi. İlk 6 yeri tutanlara “olimpiada bileti” verilirdi. Mən bu yarışda çempion oldum və ən qiymətli lisenziya qazandım. Azərbaycan məsəlindəki kimi: “Atalar üçdən deyib”. Əvvəlcədən planımı açıqlamaq istəməzdim, amma Londonda ən yaxşı nəticəni göstərmək üçün maksimum səy göstərəcəyəm. Məşq edir, məşqçilərdən maksimumumu götürürəm. Olimpiadaya hazırlığa 4 il öncədən başlamışıq. Çalışacağıq və uğurlu çıxışa ümid edəcəyik. Ola bilsin, bu olimpiada mənim üçün son şansdır.

- Necə məşq edirsiniz?

- Hazırda Kür çayında hazırlaşırıq. Bir müddət öncə 52-ci Beynəlxalq Mingəçevir Reqatası keçirildi. Hər il bura Rusiya, Ukrayna, Gürcüstan, İran, Türkiyə avarçəkənləri gəlir. İdmançılar arasında rəqabət kifayət qədər ciddidir. Yarışlar maraqlı keçir, insanlar gəlir, tamaşa edirlər. Bu idman növü onların çoxunun xoşuna gəlir. Sabah kimsə öz övladlarını avarçəkməyə qoya bilər. Bu idman növü Azərbaycanda daha populyar olacaq və yeni idmançılar, gələcək çempionlar peyda olacaqlar.

Xəbər 1429 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.05.2024 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03.05.2024 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
02.05.2024 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
28.04.2024 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru