Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
«Paris United»ə qalib gəlməyə çalışacağıq
Tarix: 01.12.2011 | Saat: 16:58:00 | E-mail | Çapa göndər

Peşəkar boksçular arasında «Baku Fires» klubunun baş meneceri Rizvan Gənciyev və baş məşqçisi Həmzət Ağayev ölkə mətbuatına müsahibə veriblər. idman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə onlar komadanın hazırkı vəziyyəti və gələcək planlarından danışıblar:

Rizvan Gənciyev: “Parisə qələbə üçün gəlmişik”

- İlk iki matçda Baku Fires komandası Sizdə hansı təəssüratları oyatdı?

-«Wuxi Dragons» və «Istanbul Bosphorus» komandaları ilə qarşılaşmalarda boksçularımız kifayət qədər yaxşı çıxış etdilər. Sevindirici haldır ki, qalib gəldik. Komandamızın nəzərə çarpacaq dərəcədə yeniləndiyini nəzərə alsaq, bu çox yaxşı nəticədir.
Türkiyə komandası üzərində səfərdə qazanılan qələbə xüsusilə sevindirici oldu. Axı evdə “doğma divarlar” amili komandaya kömək edir. Düşünürəm ki, Baku Fires-ın boksçuları matçdan-matça artıracaqlar.

- Dekabrın 2-də «Baku Fires»ı ötən mövsüm yarımfinalda məğlub olduğumuz fransız komandası «Paris United»lə prinsipial görüş gözləyir…

- Çox istəyirik ki, Parisdə qalib gələk. «Paris United» çox güclü klubdur, azarkeşlərinin əhatəsində fransızlara qalib gəlmək çox çətindir. Lakin biz uğur qazanmağa çalışacağıq. Parisə qələbə üçün gəlmişik.

- «Baku Fires» və «Leipzig Leopards» (Almaniya) komandalarının yüzfaizlik nəticə göstərdiyi «B» qrupunda vəziyyəti ümumilikdə necə qiymətləndirərdiniz?

- Açığını desəm, «Leipzig Leopards» bizim üçün müəmmalı komandadır. Biz bu komandanı iş başında hələ görməmişik. Lakin almanların startda qazandıqları iki qələbə çox şeydən xəbər verir. «Mexico City Guerreros» komandası da çox güclüdür. Latın Amerikalı boksçular 2-ci turda fransızlar üzərində boş yerə inamlı qələbə qazanmayıblar. Odur ki, bizim qrupumuzda vəziyyət çətin mübarizə vəd edir.

- Dekabrın 20-dən yanvarın 1-dək WSB-də «transfer pəncərəsi» açıq olacaq. «Baku Fires» güclənməyi planlaşdırırmı?

- Bəli, əlbəttə. Bizim sıralarımızı çox güman ki, azərbaycanlı boksçularla yanaşı xarici boksçular da tamamlayacaq. Yerli boksçuları dekabrda keçiriləcək Azərbaycan çempionatı zamanı izləyəcəyik. Xaricilərə gəldikdə isə, onlar da bizə lazımdırlar, çünki WSB-nin əsasnaməsi bunu tələb edir. Hər matçda ən azı bir legioner iştirak etməlidir. Bundan əlavə, əgər komandada boksçuların ümumi sayı artırsa, o zaman xaricilərin də sayı artmalıdır.

- Hansı ölkələrin legionerləri ilə danışıqlar aparırsınız?

- Postsovet məkanı ölkələrdən olan boksçularla.

Həmzət Ağayev: «Məcidov və Migitinovu yanvardan komandamızda görməyə ümid edirik»

- «Baku Fires» WSB-nın ilk iki matçında qələbə qazandı. «Wuxi Dragons» və Istanbul Bosphorusla qarşılaşmaları haqqında nə deyə bilərsiniz?

- Qalib gəlmək həmişə xoşdur. Turnirin əvvəlində belə arzuolunan nəticə əldə edə bilməyimiz bizi sevindirir. Çinlilərə qalib gəldiyimiz matçda hesab fərqi lap böyük oldu - 5:0, lakin bu o demək deyil ki, «Wuxi Dragons» zəif komandadır. Bu klubda güclü boksçular var və çox yaxında digər komandalar da buna əmin olacaqlar. İstanbulda keçirilən matça gəldikdə isə, səfərdə qələbə qazanmaq elə də asan iş deyil. Buna da nail olduğumuza şadam. Komandaya yeni gələnlər bizi sevindirsələr də, heyətimizin tərkibi yenə də tamamlanmamış olaraq qalır.

- İlk növbədə hansı çəki dərəcələrin gücləndirilməsinə ehtiyac var?

- Ağır çəkilər – 85 kq-a qədər və 91 kq-dan yuxarı. Gərək bu dərəcələrin hər birində heç olmasa bir boksçu götürək, yoxsa boksçulardan kimsə zədə alsa, ehtiyat idmançımız olmayacaq.

- «Baku Fires»ın boksçularından hansını ilk iki matçın nəticələrinə görə fərqləndirmək olar?

- Texniki nokautla qələbə qazanan Qairbəy Qermaxanovun adını xüsusilə vurğulamaq istərdim. Əzəmət Murtuzəliyevi də qeyd etmək lazımdır. Türkiyədəki matça qədər o, xəstə idi və qələbə qazanacağına elə də güclü inamımız yox idi. Lakin Azamat şücaət nümayiş etdirdi və qələbəyə nail ola bildi.

- «Paris United» ilə matçda revanş şanslarımızı necə qiymətləndirirsiniz?

- Ötənilki məğlubiyyətimizi unutmamışıq. Düşünürəm ki, fransızlar da həmin qarşıdurmanı xatırlayırlar. Onlar qələbəni təsadüfən qazanmadıqlarını sübuta yetirməyə səy göstərəcəklər. Lakin biz isə əksinə, dünyaya onlardan güclü olduğumuzu nümayiş etdirmək niyyətindəyik. Hər iki komanda xüsusi döyüş əhval-ruhiyyəsində olacaq.

-2012-ci il olimpiadasının gələcək iştirakçıları Məhəmmədrəsul Məcidov və Soltan Migitinovun adları «Baku Fires»ın heyətinə daxil edilsə də, onlar hələ çıxış etmirlər. Bu boksçularınWSB rinqinə nə vaxt çıxacaqları gözlənilir?

-Düşünürəm ki, Yeni ildən sonra. İndi bu boksçular Olimpiadanın iştirakçıları kimi, xüsusi proqram üzrə hazırlıq keçirlər. Soltan Surqutda keçirilən turnirdə iştirak etdi, Məhəmmədrəsula isə istirahət üçün vaxt verildi. O, məlum olduğu kimi, dünyanən ən güclü boksçusu hesab olunur, bununla əlaqədar olaraq da onu müxtəlif beynəlxalq tədbirlərə dəvət edirlər. Lakin yanvardan etibarən onların hər ikisini komandamızda görməyə ümid edirik.

Xəbər 1357 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.05.2024 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
25.04.2024 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25.04.2024 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
14.04.2024 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14.04.2024 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
27.03.2024 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27.03.2024 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
21.03.2024 “Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub
15.01.2024 Yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub
29.12.2023 Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru