Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub
Tarix: 22.11.2011 | Saat: 11:59:00 | E-mail | Çapa göndər

Bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub. Gimnastika Federasiyasının məlumatına görə, medallar uğrunda keçən yarışlarda daha gərgin mübarizə ən yaşlı - 13-15 yaşlı gimnastlar arasında baş tutub. Çempionatın yekununa əsasən, Lalə Yusifova üç dəfə (gürzlər, lent və çoxnövçülükdə) birinci yerə sahib çıxıb. Onun ancaq halqa və topla tapşırıqlarda bir az arxayınlaşmasından dərhal, müvafiq olaraq, Mənsurə Baqiyeva və Gülsüm Şəfizadə istifadə ediblər.
1999-cu il təvəllüdlü gimnastların kateqoriyasında proqramın bütün növlərində Ləman Hacızadə inamlı qələbə qazanıb. O, şəxsi birincilikdə yaxın izləyicisi Nərminə Hüseynovanı 8 (!) bal qabaqlayıb. Emiliya Bağıyeva isə üçüncü olub.
2000-ci il təvəllüdlü idmançılar arasında Züleyxa İsmayılova ilk pilləni tutub (halqa, lent və çoxnövçülük). Topla tapşırıqda isə ən yaxşı Jalə Piriyeva olub. O, çoxnövçülükdə ikinci yeri tutub. Ruqiyyə Səttarova üçüncü yerlə kifayətlənib.
10 yaşlı gimnastlar arasında Leyli İbrahimova rəqib tanımayıb. O, 4 dəfə qalib gəlməyi bacarıb. Natalya Quliyeva gümüş, Zöhrə Ağamirova isə bürünc medala sahib çıxıblar.
2002-ci il təvəllüdlü gimnastlar arasında Vəfa Həsənzadə iki dəfə (alətsiz və çoxnövçülük) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İplə hərəkətlərdə Darya Sorokina inamlı qələbə qazanıb. O, çoxnövçülükdə üçüncü olub. Topla hərəkətlərdə Ləman Hacıyeva birinci yerə çıxıb. O, çoxnövçülükdə gümüş medal qazanıb.
Nəhayət, 2003-cü il təvəllüdlü ən kiçik gimnastlar arasında Aydan Ağayeva bütün rəqiblərini qabaqlayıb (alətsiz, ip və çoxnövçülük). Topla tapşırıqda Darya Farşbafşşəhriyari birinci olub (çoxnövçülükdə ikinci yer). Ləman Hüseynova isə bürünc medal qazanıb.
Yarışların yekunundan sonra Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bildirib ki, nəticələrdən razıdır. "Yaşlı gimnastların rəqabəti müsbət amildir. Amma o, ancaq xalçadadır. Yarış başa çatandan və mükafatlar paylandıqdan sonra yaşından fərqli olmayaraq, bütün qızlar turnirin bağlanışında Azərbaycan himni oxudular. Bu, cari ildə sonuncu yarış idi və mənə gimnastlara 2012-ci ildə sağlamlıq və uğurlar arzulamaq qalır", - bolqarıstanlı mütəxəssis deyib.
Turnir Bakı, Gəncə, Sumqayıt, Xırdalan, Qusar, Hövsan və Şağan idman cəmiyyətlərinin gənc gimnastlarının rəngarəng çıxışları ilə ənənəvi Qala-konsertlə başa çatıb.
Çempionatın keçirildiyi Şağan kompleksinin direktoru Emil Rzayev güman edir ki, indi gimnastika ilə məşğul olmaq istəyənlərin sayı artacaq, keçirilən turnir isə qəsəbədə bu idman növünün populyarlaşmasına təkan verəcək.
Milli komandanın lideri Aliyə Qarayeva isə İtaliyanın klub çempionatının üçüncü turunda iştirak edib. Burada onun komandası "Ritmika Pyemont" altıncı yeri tutub. O, lentlə hərəkətlərə görə 28.225 bal alıb. Bu, komandada və bu alətlə iştirak edən gimnastlar arasında ən birinci nəticədir.
Xəbər 1323 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru