Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Fərhad Əliyev: “Synergy Baku”ya inanırıq
Tarix: 28.04.2014 | Saat: 13:59:00 | E-mail | Çapa göndər
Mayın 7-11-də keçiriləcək “Tour d”Azerbaidjan-2014” veloyürüşü ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin müsahibəsi

“Tour d”Azerbaidjan-2014” veloyürüşünə hazırlıq işləri necə gedir?

Beynəlxalq veloyürüşün startına çox az vaxt qalıb və artıq təşkilati işlər özünün ən son mərhələsinə qədəm qoyub. Yarışla əlaqədar ölkəmizə 600-ə yaxın qonağın gəlməsi gözlənilir və onların qarşılanması, yerləşdirilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. Ümumilikdə bu yarışda 22 ölkədən hər birinin heyətində 6 velosipedçi olan 25 komanda iştirak edəcək ki, onlardan da 8-i pro kontinental, 16-sı kontinental, 1-i isə milli komandadır. Bizi ən çox sevindirən məqam bu işdə müvafiq dövlər strukturları, nazirliklər, yerli icra hakimiyyətlərinin yarışın yüksək səviyyədə təşkili üçün yaxından iştirak etmələridir. Buna görə də onlara federasiyamız adından öz dərin təşəkkürümüzü bilridmək istərdim. Inanıram ki hamımızın birgə səylərimiz nəticəsində tur ən yüksək səviyyədə təşkil olunacaq.

Ötən illə müqayisədə Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) bu dəfəki yarışa 2.1 kateqoriyasını verməsi builki turun nə kimi yeniliklərlə yadda qalmasına şərait yaradacaq?

2013-cü il “Tour d”Azerbaidjan” yürüşünün yüksək səviyyədə təşkili UCI tərəfindən əla qiymətə layiq görüldü və bu bizə daha yüksək kateqoriyalı tur keçirməyə imkan verdi. Yarışımızın 2.1 kateqoriyasına layiq görülməsi hər şeydən öncə Azərbaycana daha güclü pro-kontinental komandaların gəlməsinə şərait yaradıb. Bundan başqa, UCI-ın bizim turumuza yüksək önəm verməsini sübut edən daha bir amil hakim təyinatları ilə bağlıdır. Belə ki, “Tour d”Azerbaidjan-2014”ün hakimləri içərisində dünyanın 1 nömrəli velosiped yarışı olan “Tour de France” veloyürüşündə baş hakimlik edəcək almaniyalı İnqo Rees də olacaq. Bundan başqa, biz Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının daimi iştirakçıları olan hakimləri də tura dəvət etmişik və onlar da Azərbaycana gələcəklər. Bunun özü isə yarışımızın hansı statusa malik olmasını bir daha sübut edir.

Yarışın coğrafiyası ilə bağlı nə kimi yeniliklər var?


Bu il yürüşümüzün 1-ci mərhələsində dəyişiklik var. Belə ki, əgər ötən il ilk mərhələ yalnız Bakı şəhərini əhatə edirdisə, bu il start Bakıda, finiş isə Sumqayıt şəhəində olacaq. Növbəti 3 gün ərzində iştirakçılar Ismayıllı, Qəbələ, Oğuz, Şəki, Şamaxı rayonlarında mübarizə aparacaqlar. Sonuncu mərhələ mayın 11-də Bakıda olacaq. Burada da bir yenilik etmək qərarına gəlmişik. Bildiyiniz kimi, gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının proqramında velosiped idmanı da var və biz “Tour d”Azerbaidjan-2014”ün sonuncu mərhələsini məhz Bakı-2015-in velosiped yarışlarının keçiriləcəyi yollara salmışıq. Bu bir növ bizim üçün həmin yarışa hazırlığımız kimi dəyərləndirilə bilər.

Ötənilki yarışda “Synergy Baku” komandasının üzvləri kifayət qədər uğurlu çıxış etmişdilər. Ilk mərhələ komandamızın üzvü Kristof Şvayzerin qələbəsilə başa çatmışdı. Bu il komandamızdan hansı nəticəni gözləmək olar və komandamızın heyəti artıq müəyyənləşibmi?

Ötən illə müqayisədə bu dəfə daha çətin olacaq. Çünki, Azərbaycana gələcək 8 pro-kontinental komanda ilə mübarizə o qədər də asan deyil. Amma biz “Synergy Baku”ya inanırıq. Çünki velosipedçilərimizin 2014-cü il mövsümünə hazırlığı üçün lazım olan bütün şərait yaradılıb. Bundan başqa, heyətə kifayət qədər böyük təcrübəsi olan səviyyəli velosipedçilər cəlb edilib. Onların bu il keçirilən beynəlxalq yürüşlərdə - Yeni Zelandiya, Malayziya, Xorvatiyada qazandıqları nəticələr olduqca ürəkaçandır. O ki qaldı heyətə, düzdür ilkin heyət açıqlanıb, amma müəyyən dəyişikliklər ola bilər. Bu komanda üzvlərinin yarışöncəsi son hazırlıq durumundan asılı olacaq.

Yarışın daha geniş təbligi üçün daha nə kimi işlər gürülür?


“Tour d’Azerbaidjan” veloyürüşü indi idman həvəskarlarına daha yaxındır. Belə ki, bizim təşəbbüsümüzlə bu nüfuzlu yarışın kompüter oyun versiyası hazırlanaraq istifadəyə verilib. Artıq hər bir şəxs peşəkar velosipedçi kimi “Tour d’Azerbaidjan”ın virtual iştirakçısı ola bilər. Diqqət çəkən əsas məqamlardan biri də odur ki, fləş-oyun versiyasında marşrutlar Azərbaycanın bütün bölgələrini əhatə edir ki, bu da ölkəmizin dünyaya daha yaxından tanıdılmasına xidmət edir. Real yürüşdə olduğu kimi, oyun versiyasında da hər mərhələnin öz çətinlikləri var. Mayın 7-də start götürəcək “Tour d’Azerbaidjan-2014”ə qədər oyunda daha çox xal toplayan iştirakçı federasiyamız tərəfindən xüsusi mükafata layiq görüləcək. Oyunda iştirak etmək üçün yarışın rəsmi səhifəsinə daxil olmaq kifayətdir.
Xəbər 1298 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru