Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
18/05 | 19:01 Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub
18/05 | 18:00 AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
18/05 | 16:59 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18/05 | 16:28 Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18/05 | 14:56 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
18/05 | 13:34 Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu olub
18/05 | 11:23 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
17/05 | 17:56 Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
17/05 | 13:49 Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan dünya liderliyinə doğru
Tarix: 25.04.2014 | Saat: 15:05:00 | E-mail | Çapa göndər
Son illər Azərbaycan velosiped idmanının yüksək inkişaf tempi müşahidə olunan ölkəsinə çevrilib. İdman.com.az saytı xəbər verir ki, nüfuzlu “Tour de Azerbaidjan” veloyürüşünün təşkili, infrastrukturun yaradılması istiqamətində görülən işlər və gənc velosipedçilərin öz bacarıqlarını artırması üçün yaradılan şərait deyilənlərə əyani sübutdur.

Kompleks işlərə sıfırdan başlanılsa da, Azərbaycan indi nüfüzlü veloyürüşü ilə fəxr edə bilər. Bu il mayın 7-11-də keçiriləcək 5 mərhələli “Tour de Azerbaidjan-2014” yarışının start və finiş günləri Bakıda, qalan mərhələləri isə ölkənin 7 regionunda baş tutacaq. Təşkilindən cəmi 3 il keçməsinə baxmayaraq yarışın Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına layiq görülməsi onun qarşıdakı illərdə daha da irəliləməsini gözləməyə əsas verir.

Paytaxt Bakının şərəfinə adlandırılan “Synergy Baku Cyclyng Project” komandasının nüfuzu, ölkənin tanınmış holdinqlərindən biri “Synergy Group”la birgə günü-gündən yüksəlməkdədir. Kollektivin qarşısında duran əsas məqsədlərdən biri azərbaycanlı velosipedçilərin yeni mərhələyə qədəm qoymaqla öz səviyyələrini daha da yüksəltməsinən ibarətdir.

Bu işdə əmək sərf edən tərəflər Azərbaycan velosipedçilərinin 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına yollanmasına çalışırlar.

Bu yolda vacib faktorlardan biri isə Azərbaycanın 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Yarışın proqramına daxil olan 19 idman növü içərisində velosiped də var. “Tour de Azerbaidjan-2014”ün Avropa Oyunlarının velosiped yarışlarının keçiriləcəyi yollarda təşkili isə hazırlığın ən diqqətçəkən mərhələsidir.

“Yaradılmasından cəmi 1 il keçməsinə baxmayaraq, “Synergy Baku” iştirak etdiyi yarışlarda kifayət qədər inamlı təsir bağışlayır – təkcə 2013-cü ildə komandamızın üzvləri müxtəlif səpkili yarışlarda 15 dəfə fəxri kürsüyə qalxıblar” – deyən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov kollektivin 2014-cü il mövsümünə də uğurla başladığını bildirib. Federasiya rəsmisi Azərbaycanda minlərlə gəncin velosiped idmanı ilə aktiv şəkildə məşğul olduğunu xüsusi vurğulayıb: “İdmançılar üçün lazımi infrastrukturun yaradılması qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir. Hazırda əsaslı şəkildə təmir edilən Respublika velotreki bu il velosipedsevərlərin istifadəsinə veriləcək. Ötən il tikilən velopark isə bu gün tam gücü ilə fəaliyyət göstərir və burada velosiped həvəskarları istədikləri vaxt öz sevimli idman növü ilə məşğul ola bilərlər. Yeri gəlmişkən, gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları – Baku-2015-ə hazırlıq prosesi çərçivəsində Velopark ərazisində BMX stadionu tikilməkdədir. Adıçəkilən yarışın Azərbaycanda velosiped idmanının bu növünün də inkişafına böyük kömək olacağına əminik”.

“Synergy Baku” komandasının baş meneceri David McQuaid isə Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən kompleks tədbirlərin dünyada böyük rezonansa səbəb olduğunu bildirib: “Komanda olaraq azərbaycanlı velosipedçilərin olimpiadaya yollanmasına çox ciddi yanaşırıq. Ölkədə idmana olan qayğı və sponsorumuz “Synergy Group”un dəstəyinə öz nəticələrimizlə cavab vermək istəyirik. Azərbaycan heç kimdən asılılığı olmayan və özünə investisiya qoyan bir ölkədir. Siz dünyanın “CNN”, “Eurosport” və digər nüfuzlu kütləvi informasiya vasitələrinə baxsanız, Azərbaycanı tez-tez görə bilərsiniz. 2015-ci il ilk Avropa Oyunları möhtəşəm yarış olacaq. Biz də öz növbəmizdə çalışırıq ki, velosipedçilərimiz bu tədbirə tam hazır olsunlar”.
Xəbər 1155 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru