İspaniya kubokunda 1/8 finalın cavab oyunlarına start verilib.
İlk oyun günündə iki qarşılaşma keçirilib.
İlk görüşdə "Santander"lə 1:1 bərabərə qalan "Almeriya" doğma azarkeşləri önündə rəqibi ilə bacarmayıb. Öz meydanında 0:2 hesabı ilə məğlub olan "Almeriya" kubokda mübarizəni dayandırıb.
"Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu öz meydanında "Valensiya" ilə üz-üzə gəlib. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan Madrid təmsilçisi evdə 2:0 hesabı ilə qələbə qazanmaqla 1/4 finala adlayıb.
Qeyd edək ki, 1/8 finalın oyunlarına sabah axşam keçiriləcək iki oyunla yekun vurulacaq.
14 yanvar
İspaniya kuboku, 1/8 finalın ilk oyunları
"Almeriya" - "Santander" (İlk oyun - 1:1) - 0:2
Qollar: Mariano, 62 (0:1), Ruben, 79 (0:2)
"Atletiko" (Madrid) - "Valensiya" (İlk oyun - 1:1) - 2:0
Qollar: Qodin, 51 (1:0), Qarsiya, 89 (2:0)
15 yanvar
"Atletik" (Bilbao) - "Betis" (İlk oyun - 0:1)
"Osasuna" - "Real" (Madrid) (İlk oyun - 0:2)
"Espanyol" - "Alkorkon" (İlk oyun - 0:1)
"Levante" - "Rayo Valyekano" (İlk oyun - 0:0)
16 yanvar
"Vilyareal" - "Real Sosyedad" (İlk oyun - 0:0)
"Qetafe" - "Barselona" (İlk oyun - 0:4)
|