Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İdman məktəblərimiz - 1
Tarix: 06.10.2011 | Saat: 14:51:00 | E-mail | Çapa göndər
2 saylı RİOEUGİM İdmanın inkişaf etməsi, yayılması və kütləviləşməsində uşaq-gənclər idman məktəblərinin rolu böykdür. Bu idman ocaqlarında minlərlə uşaq və yeniyetmə müxtəlif növlərin sirlərinə yiyələnməklə yanaşı, həm sağlam olur, həm də asudə vaxtlarını səmərəli keçirirlər.

Belə idman məktəblərindən biri də «Təhsil» Respublika İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir (RİOEUGİM).

Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra məktəbdə yenidənqurma işləri aparılıb, mühüm dəyişikliklər edilib. 1992-ci ildə voleybol və badminton bölməsi, 1995-ci ildə isə futbol, həndbol və basketbol bölmələri fəaliyyətə başlayıb. Hazırda məktəbdə 5 idman bölməsi - futbol, voleybol, basketbol, həndbol və badminton bölmələri fəaliyyət göstərir. 2003-cü ildən isə RİOEUGİM-in yeni rəhbərliyi yüksək potensiala malik bacarıqlı idmançıların yetişdirilməsi məqsədilə buraya tanınmış məşqçi-müəllimləri cəlb edib. Artıq bir neçə ildir ki, məktəbdə müvafiq idman növləri üzrə milli komandalara ehtiyat qüvvə hazırlanır. RİOEUGİM-nin məşqçi müəllimlərinə təhsil sistemində fəaliyyət göstərən orta məktəblərin, texnikumların, peşə liseylərinin idman zalları və meydançalarında dərsdənkənar vaxtlarda məşq prosesi aparmaq üçün lazımi şərait yaradılıb.

İdman ocağı Təhsil Nazirliyi tərəfindən «ilin ən yaxşı idman məktəbi» nominasiyası üzrə 2008-ci ildə I, 2009-cu ildə II olub. 2010-cu ilin yekunlarına görə 2 saylı RİOEUGİM «ilin ən yaxşı idman məktəbi» adına layiq görülüb.

Məktəbin direktoru Natiq Lahıcov idman ocağında əsas diqqəti keyfiyyətin üstünlüyünə verdiklərini, məqsədin isə yüksək potensiala malik idmançıların yetişdirilməsi olduğunu bildirdi. «2 saylı RİOEUGİM-də komanda idman növlərinin inkişafına xüsusi diqqət yetirilir. Məktəbdə futbola aid tədris planı hazırlanaraq məşqçi-müəllimlərə paylanılıb. Bölmənin məşqçiləri AFFA-nın müxtəlif kateqoriyalar üzrə keçirdiyi seminarlarda iştirak ediblər.

İdman ocağında müxtəlif yaş qrupları üzrə çoxlu komandalar var ki, onlar respublika səviyyəli yarışlarda, eləcə də beynəlxalq turnirlərdə fərqlənirlər. Basketbol, həndbol, voleybol və badminton növlərinin inkişafına da məktəbimizdə xüsusi diqqət yetirilir. Bu idman növləri üzrə komandalarımız gənclərdən ibarət millilərin əsasını təşkil edirlər».
İdman ocağında ayrı-ayrı klublarla sıx əlaqələr mövcuddur. Məktəbi bitirən ümidverici futbolçular sonradan ayrı-ayrı klubları təmsil edirlər. Məktəbin futbolçuları «Xəzər-

Lənkəran», «Neftçi», «Bakı», «Qarabağ», «Standart» «MOİK-17», «Olimpik-17» RFK Neftçi həvəskarlar liqası və Futzal həvəskarlar liqasının əvəzedici heyətlərində oynayırlar.

İdman ocağının futbol komandaları ötən illər Azərbaycan, paytaxt birinciliklərində və digər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar. Ötən ilin mart ayında 1994-1995-ci illər təvəllüdlü futbolçular arasında «Təhsil» RİM-in respublika birinciliyində ihtirak edən RİOEUGİM-in komandası I yeri tutub. Həmin ay 1998-1999-cu illər təvəllüdlü futbolçular isə «Novruz» turnirində bürünc medal qazanıblar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq turnirdə məktəbin komandası IV yeri qazanıb. Buyaxınlarda 1994-1995-ci illər təvəllüdlü futbolçuların respublika birinciliyində idman ocağının təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Bakı şəhər klub komanda birinciliyində isə məktəbin komandası gümüş medal qazanıb.

RİOEUGİM-in basketbolçuları bu ilin martında 1997-1998, 1999-2000-ci illər təvəllüdlü oğlanlar arasında keçirilən "Təhsil" RİM-in respublika biriniliyində bütün komandaları üstələyib. 2000-2001-ci illər təvəllüdlü idmançılar arasında keçirilmiş birincilikdə isə məktəbin komandası III yeri tutub. Basketbol üzrə Yeniyetmələrin VII Respublika Oyunları məktəbin 1997-1998-ci illər təvəllüdlü basketbolçuları üçün uğurlu olub. Onlar bu yarışlarda gümüş medal qazanıblar. Məktəbin 1994-1995, 1996-1997, 1998-1999-cu illər təvəllüdlü oğlanlardan ibarət basketbol komandaları Bakı birinciliyində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Hər il basketbol üzrə müxtəlif yaş qrupları üzrə keçirilən Super Liqada RİOEUGİM-in ayrı-ayrı yaş qrupları üzrə komandaları mübarizə apararaq yüksək nəticələr qazanırlar.

Bu ilin fevral ayında keçirilən və Gənclər gününə həsr olunmuş qış kubokunda iştirak edən RİOEGİM-in komandası III yeri tutub.
İnkişaf etməkdə olan idman növlərindən biri olan həndbol üzrə də RİOEUGİM-də perspektivli idmançılar yetişir. Həndbol üzrə kişi və qadınlardan ibarət ölkə yığmasının əsasını məktəbin idmançıları təşkil edir. Milli komandaların heyətində məktəbin idmançıları böyük uğurlar qazanıblar. Buna misal 2005-ci ilin oktyabrında İrlandiyanın Dublin şəhərində kişi həndbolçular arasında keçirilən 4-cü «Challenge trophu» Avropa kubokunu göstərmək olar. Həmin kubokda həndbol yığması ikinci yeri tutub. Yığmanın əsas heyətində məktəbin 4 idmançısı mübarizə aparıb. Onlardan Oleq Georgevski Avropa kubokunun ən yaxşı oyunçusu mükafatına layiq görülüb. 2005-ci ilin oktyabr ayında İran İslam Respublikasında keçirilən İslam ölkələri kubokunda qadınlardan ibarət yığma komanda kubokun sahibi, 2005-ci ilin noyabr ayında isə Portuqaliyanın Laqoze şəhərində Avropa çempionatının seçmə mərhələsində çox guclü komandaları geridə qoyaraq 4-cü olub. Məktəbin yetirmələri Səkinat Abbasova, Rumiyyə Xametova, Marina Tankatskaya, Yuliya Deryabina əsas heyətdə oynayıblar.
Bu il də məktəbin hənbolçuları üçün bir sıra uğurlarla yadda qalıb. İlin birinci yarısında həndbol üzrə 1994-1995-ci illər təvəllüdlü idmançılar arasında keçirilən "Təhsil" RİM-in respublika birinciliyində oğlanlardan ibarət RİOEUGİM-1 komandası I yeri tutub. Həndbol üzrə Azərbaycan çempionatında (Super Liqa) məktəbin komandası III olub. Həndbol üzrə 1993-1994-cü illər təvəllüdlü oğlanlardan ibarət yığma Azərbaycan birinciliyinin ikincisi oldub.

Hər il idman ocağının həndbolçuları paytaxt yarışlarında da fərqlənirlər. Bu ilin birinci yarısında təşkil edilən Bakı birinciliyində ayrı-ayrı yaş qrupları üzrə məktəbin komandaları mükafatalayiq yerlər tutublar. Həndbol üzrə Azərbaycan çempionatında isə idman ocağının oğlanlardan ibarət komandası qızıl, qızlardan ibarət komandası gümüş medal alıb. RİOEUGİM-in həndbolçuları beynəlxalq turnirlərdə də yüksək səviyyədə iştirak edirlər. Həştərxanda keçirilən beynəlxalq yarışda 1992-1995-ci illər təvəllüdlü idmançıların mübarizəsində RİOEUGİM-in həndbol komandası bürünc medal qazanıb.

Bu il məkəbin voleybolçu paytaxt və respublika səviyyəli yarışlarda fərqləniblər. Ulu öndər Heydər Əliyevin 88-ci ildönümü ilə bağlı keçirilən respublika birinciliyində məktəbin 1994-1995-ci illər təvəllüdldü voleybolçuları birinci yeri tutublar. Oğlanlar və qızlar arasında voleybol üzrə keçirilən Bakı kubokunda isə idman ocağının voleybolçuları mükafatalayiq yerlər tutublar.

2 saylı RİOEUGİM-də digər idman növləri ilə yanaşı badminton da inkişaf etdirilir. Bu idman növü üzrə məktəbin komandaları demək olar ki, bütün ölkədaxili yarışlarda yüksək nəticələr əldə edirlər. Məktəbin badmintonçuları ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq yarışlarda da yüksək səviyyədə təmsil olunublar. İran İslam Respublikasında keçirilən beynəlxalq Fəcr turnirində yığma komandanın tərkibində çıxış edən məktəbin yetirməsi Orxan Qələndərov və Kənan Rzayev qoşa yarışlarda III yeri tutub. 1998-ci illər təvəllüdlü oğlanlar arasında keçirilən respublika birinciliyində iştirak edən məktəbin təmsilçiləri Kənan Şıxəliyev, Aytac Qənbərli, Rəhman Abbasov, Xədicə Tağızadə, Fidan Hüseynli də yüksək nəticə qazanıblar. 1996-1997-ci illər təvəllüdlü badmintonçuların respublika yarışlarında isə Bəhruz Qədirli, Fəridə İsrafilova, Gülcənnət Hüseynli fərqləniblər.

Bu ilin iyununda badminton üzrə respublika çempionatında iştirak edən məktəbin badmintonçuları Orxan Qələndərov, Nərgiz Mehdiyeva, Alla Vlasyuk, Vüqar Əlizadə yüksək nəticələr göstəriblər. Yekuna görə məktəbin komandası ümumi hesabda birinci olub.Natiq müəllim idman məktəbinin təmsilçilərinin qarşıdakı yarışlara hazırlığı barəsində bunları dedi: «Növbəti ildə məktəbimizin təmsilçilərini bir sıra ciddi sınaqlar gözləyir. Müxtəlif növlər üzrə keçiriləcək ölkədaxili yarışlar və beynəlxalq turnirlərdə yüksək səviyyədə çıxış etmək üçün yeniyetmə idmançılarımız öz üzərlərində daha səylə çalışmalıdırlar.

Leyla Qurbanova
Xəbər 2849 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru