Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sergey Bezuqlı: “Gələn dəfə mütləq bəxtim gətirməlidir” - MÜSAHİBƏ
Tarix: 02.10.2013 | Saat: 17:06:00 | E-mail | Çapa göndər
2012-ci il London Yay Olimpiya Oyunlarında kanoeçilərimiz arasında Sergey Bezuqlı – Maksim Prokopenko dueti medal qazanmağa çox yaxın idi. 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bu duet son 250 metrlik bölümə daxil olarkən, bütün rəqiblərindən öndə idi. Amma yekunda onlar nəinki liderliyi, hətta bürünc medal şanslarını da əldən verdilər və 4-cü yerlə kifayətləndilər. Olimpiadanın ardından bir müddət istirahət edən Bezuqlıy bu mövsüm bir neçə yarışda iştirak edib.

Onun duet ortağı da dəyişib. İndi təcrübəli kanoeçimiz özündən 11 yaş kiçik Aleksey Kupinlə birgə hazırlıq keçir. Onlar hətta Almaniyanın Duysburq şəhərində keçirilmiş dünya çempionatında 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləməyi bacarıblar. Çempionatı 5-ci yerdə başa vurmuş Bezuqlıy Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində çıxışından razılıq ifadə edib:

- Mövsümü necə dəyərləndirə bilərdiniz?
- Hər şey normaldır. Bu mövsüm üçün böyük planlarım yox idi.

- Çıxışlarınızdan razısınız?
- Bəli. Özüm də gözləmirdim ki, belə çıxış edə bilərəm. Çünki hazırlıq prosesindən 7 ayadək kənarda qalmış və duet ortağımı dəyişmişdim. Uzun müddətdir birgə çıxış etdiyim Maksim Prokopenkonu Aleksey Kupin əvəzləmişdi.

- Bəs bu dəyişiklik çıxışlarınıza necə təsir etdi?
- Elə də təsir etmədi. Sadəcə, Kupinlə birgə hazırlığımız az oldu. Yeni duet ortağım cəmi 18 yaşında olsa da, bu il yeniyetmələr arasında Avropa çempionatını 2 bürünc medalla başa vurub. Deyə bilərəm ki, çox yaxşı və perspektivli oğlandır.

- Onunla böyük hədəflərə çatmağı mümkün sayırsınız?
- Bəli, ona çox ümid edirəm. Kupin artıq 3 ildir ki, millimizin baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çalışır.

- Kupini Maksim Prokopenko ilə müqayisə etmək mümkündür?
- Bəli. Amma hələ böyük yarış təcrübəsi yığmalıdır.

- 29 yaşda özünüzü necə hiss edirsiniz: London Yay Olimpiya Oyunlarından ötən bir il ərzində təcrübə yığmısınız, yoxsa yaş öz sözünü deyib?
- Özümü daha yaxşı hiss edirəm. Heç vaxt belə olmamışam (gülür)

- Rəqibləriniz arasında sizinlə rəqabətə hazır olan yeni duetlər ortaya çıxıb?
- Bu il macarıstanlı Henrik Vasbanyay – Robert Mike dueti peyda olub. Bu cütlük son dünya çempionatında 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc medal qazandı. Qalan duetlər isə elə əvvəlki kimidirlər.

- London olimpiadasının finalını şərh edə bilərsiniz?
- Bu, mənim üçün çox çətindir. Son 250 metrlik bölümədək birinci olduğun halda, mövqeyini əldən vermək və yekunda heç mükafatçılar sırasına düşə bilməmək nadir hallarda baş verir. Lakin bu, idmandır. İdmanda bəxt amili də hərdən rol oynayır. Amma gələn dəfə mütləq bəxtim gətirməlidir.
Xəbər 2554 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.05.2024 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03.05.2024 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
02.05.2024 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
28.04.2024 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru