Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Bakı” futbol klubunun yeni təlim-məşq bazası istifadəyə verilib
Tarix: 08.09.2011 | Saat: 12:32:00 | E-mail | Çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev bazanın açılış mərasimində iştirak edib

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanda nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Son illərdə ölkədə futbolun inkişafı ilə bağlı görülən işlər də təqdirəlayiqdir. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərinin ən möhtəşəmi Bakıda Olimpiya Stadionunun təməlinin qoyulması olmuşdur. Bunun ardınca paytaxtda daha bir mühüm futbol kompleksinin - “Bakı” futbol klubunun təlim-məşq bazasının tikilməsi idmanın bu növünün inkişafı istiqamətində atılan vacib addımlardan biridir.
Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın məqsədi də ölkəmizdə idmanın bu növünün sürətli inkişafına, o cümlədən respublikamızın beynəlxalq çempionatlarda yüksək səviyyədə təmsil edilməsinə nail olmaqdır.
Təlim-məşq bazası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildir. Onlardan üçü təbii, ikisi süni örtüklüdür. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdır.
Süni örtüklü stadionda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu, regionda ən böyük qapalı futbol meydançasıdır. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdir. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdır. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu “Plasteco Milano” şirkəti tərəfindən hazırlanmışdır. Kompleksdə dünya standartları səviyyəsində yaradılan infrastruktur futbolun inkişafı, futbolçuların peşəkarlığının artırılmasında mühüm rol oynayacaq, yarışların keçirilməsinə imkan verəcək.
Sonra dövlətimizin başçısı təlim-məşq bazasının mətbuat mərkəzində yaradılan şəraitlə tanış oldu. Mərkəzdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar nümayiş olunur. Burada mətbuat işçilərinin fəaliyyəti üçün nəzərdə tutulan 100 nəfərlik zalda hər cür şərait yaradılıb. Mərkəz tam avtomatlaşdırılıb, texniki təchizat yüksək səviyyədə təmin edilib. “Bakı” futbol klubunun müxtəlif vaxtlarda qazandığı uğurları əks etdirən kubok və medallar da mərkəzə gələn qonaqlara nümayiş etdirilir.
Bildirildi ki, Azərbaycanda uşaq futbolunun inkişafı diqqət mərkəzindədir. “Bakı” futbol klubunun da məqsədi ölkədə idmanın bu növü üzrə milli kadrların yetişməsinə nail olmaqdır. Bunun üçün seçmə üsulu ilə “Bakı” futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır və məşq edirlər. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, Türkiyə və Bolqarıstandan dəvət olunmuş mütəxəssislər öyrədirlər. Qeyd olundu ki, bu gün “Bakı” futbol klubu bütün yaş qrupları üzrə daxili çempionatlarda uğurla təmsil olunur. Hətta kompleksin ərazisində çimərlik futbolunun inkişafı da diqqətdən kənarda qalmamış, burada qum örtüklü meydança yaradılıb.
Prezident İlham Əliyev kompleksdə gənc futbolçuların yaşayış şəraiti ilə də tanış oldu. Məlumat verildi ki, kompleksdə klubun Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqların yaşayış yerləri, təlim-məşq zalları yaradılmış, onların idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq quraşdırılıb. Gün ərzində həkim-mütəxəssislər gənc futbolçuların mənəvi-psoxoloji hazırlığı ilə məşğul olurlar.
İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, yeməkxana, soyunub-geyinmə otaqları, yüksək səviyyəli qonaqlar üçün oyunları müşahidə zalı yaradılıb. Bildirildi ki, hazırda akademiyada 400 uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. Ölkədə yeni nəsil futbolçuların yetişməsini qarşıya məqsəd qoyan “Bakı” futbol klubu son 7 ildə iki dəfə Azərbaycan çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb. “Bakı” Avropa Liqasının pley-off mərhələsinə yüksələn iki Azərbaycan klubundan biridir.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev “Bakı” futbol klubunun üzvləri və məşqçilərlə görüşdü.
Dövlətimizin başçısına “Bakı” futbol klubunun xatirə hədiyyəsi təqdim olundu.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3649 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
28.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
26.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
07.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru