Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
20 ən uğurlu transfer sazişi
Tarix: 28.06.2013 | Saat: 19:47:00 | E-mail | Çapa göndər
Dünya transfer bazarı qaynamaqdadır. İdman.com.az saytı xəbər verir ki, klub rəhbərlərindən bir qismi heyətini ideallaşdırmaq üçün ciblərini geniş açdıqları halda, digərləri ucuz aldıqlarını baha satmağa, yaxşıca pul qazanmağa çalışırlar. Belə hallar adətən qərbdə olduğu halda, bu dəfə Şərqi Avropada da uğurlu transferin şahidi olduq. Donetks «Şaxtyor» Fernandinyonun «Mançester Siti»yə satışından yaxşıca pul qazanmış oldu. Bu məqamda dünya futbol tarixinin gəliri baxımından ən sərfəli 20 transferini nəzərdən keçirək.

20. «Benfika» və Aksel Vitsel
Alınıb: 9 mln. avroya «Standart»dan
Satılıb: 40 mln. avroya «Zenit»ə
Gəlir: 31 mln. avro
«Zenit»in prezidenti Aleksandrn Dyukov Vitselə görə ödənilən 40 milyon avronun 3 ilə uzadılmasına görə sazişi sərfəli adlandırırdı. Belə halda «Benfika»anın onu «Standart»dan 9 milyona almasını necə adlandırmaq olar?

19. «Milan» və Tyaqo Silva
Alınıb: 10 mln. avroya «Fluminense»dən
Satılıb: 42 mln. avroya PSJ-yə
Gəlir: 32 mln. avro
Tyaqo Silva topdansatış futbolçusundan son illərin ən bahalı müdafiəçisinə qədər yol keçdi. PSJ-yə keçməzdən öncə braziliyalı ilə «Real» çox yaxından maraqlanırdı. Lakin onun həyat yoldaşı Madridə köçmək istəmədi.


18. «Şaxtyor» və Fernandinyo
Alınıb: 7,8 mln. avroya «Atletiko Paranaense»dən
Satılıb: 40 mln. avroya «Mançester Siti»yə
Gəlir: 32,2 mln. avro
Ukrayna təmsilçisinin prezidenti Rinat Axmetov futbolçuya qoyulan 50 milyon avro dəyərdən enməyə razı oldu, ancaq bir şərtlə ki, Fernandinyo tərkibində xoşbəxt olacağı bir klubla müqavilə imzalayacaqsa.

17. «Arsenal» və Mark Overmars
Alınıb: 7,5 mln. avroya «Ayaks»dae
Satılıb: 40 mln. avroya «Barselona»ya
Gəlir: 32,5 mln. avro
Tarixin ən sürətli futbolçularından biri hələ 2000-ci ildə «Arsenal»ı tərk edib «Barselona»ya keçmişdi. Lakin bu transfer «Arsenal»a sərfəli olsa da, futbolçunun özü üçün uğurlu sayıla bilməz. Overmars Kataloniyada bir mükafat belə qazana bilmədi.

16. «Volfsburq» və Edin Zeko
Alınıb: 4 mln. avroya «Teplise»dən
Satılıb: 37 mln. avroya «Mançester Siti»yə
Gəlir: 33 mln. avro
Zekonu «Teplise»də Feliks Maqat «Volfsburq»un çempionluq transfer kampaniyasında tapmışdı. Alman klubu 4 milyona aldığı və 26 qolu ilə komandanı Bundesliqa zirvəsinə qaldırdığı futbolçunu 9 dəfədən də çox baha satdı.

15. «Atletik» və Xavi Martines
Alınıb: 6 mln. avroya «Osasuna»dan
Satılıb: 40 mln. avroya «Bavariya»ya
Gəlir: 34 mln. avro.
«Atletiko» 17 yaşlı oğlan üçün 6 milyon avro verəndə risk edirdi. «Bavariya» isə bu riski 6 il sonra Bundesliqa rekordu olan 40 milyon avronu ödəyəndə edirdi. Hər iki halda risk özünü doğrultdu.

14. «Arsenal» və Nikolya Anelka
Alınıb: 0,76 mln. avroya PSJ-dən
Satılıb: 35 mln. avroya «Real»a
Gəlir: 34,24 mln. avro
«Arsenal» futbolçu üçün cəmi 760 milyon avro ödədiyi haldı, «Real» 2 il sonra 46 dəfə yüksək qiymətə fransalı futbolçunu aldı.

13. «Sevilya» və Dani Alves
Alınıb: 0,55 mln. avroya «Baya»dan
Satılıb: 35,5 mln. avroya «Barselona»ya
Gəlir: 34,95 mln. avro

Dani Alvesinsə transfer dəyəri «Sevilya»da olduğu zaman 64 dəfə artıb. Braziliyalı klubu tərk edərkən gözyaşını saxlaya bilmirdi: «Buraya bir oğlan kimi gəlmişdim, bir kişi, atak imi gedirəm. Bu gediş mənə çox ağrılıdı».

12. «Palermo» və Havyer Pastore
Alınıb: 7 mln. avroya «Urakana»dan
Satılıb: 42 mln. avroya PSJ-yə
Gəlir: 35 mln. avro
Vaxtilə «Urakana»nın dublunda oynayan və zirzəmidə yaşayan futboçu, vaxtı gəldi 35 milyon avroya şeyxlərə satıldı.

11. «Portu» və Halk
Alınıb: 19 mln. avroya «Tokio Verde» və «Renistas»dan
Satılıb: 55 mln. avroya «Zenit»ə
Gəlir: 36 mln. avro
«Portu» Halkı iki dəfəyə almışdı. 2008-ci ildə «Tokio Verde»yə 5,5 milyon avro ödənmişdi. Qalan haqlar isə Uruqvay «Renistas»ına və Argentina maliyyə şirkətinə məxsus idi. Bu hissəni də «Portu»dan 2011-ci ildə aldı. 2012-ci ildə isə Avropanın ən böyük transferi kimi «Zenit»ə qiymət oldu.

10. «Fiorentina» və Ruy Koşta
Alınıb: 5,5 mln. avroya «Benfika»dan
Satılıb: 42 mln. avroya «Milan»a
Gəlir: 36,5 mln. avro
1994-cü ildə «Benfika»ya ödənilən 6 milyon o vaxt üçün çox böyük məbləğ sayılırdı. 7 ilə «Fiorentina»nın rəmzinə çevrilən futbolçu komandası iflas olun aşağı diviziona enərkən satıldı. Bu, indiyədək «Milan»ın ən böyük transferi sayılır.

9. «Portu» və Hames Rodriges
Alınıb: 7,35 mln. avroya «Banfild»dən
Satılıb: 45 mln. avroya «Monako»ya
Gəlir: 37,65 mln. avro
Hames Rodriges «Portu»un ən yeni transfer uğurudu. Portuqaliya klubu futbolçunu alandan bir il sonra ona 45 milyon avro satış dəyəri qoydu və bu şərtə bu yay «Monako»nun sahibi Dmitri Rıbalovtsev razılıq verdi.

8. «Latsio» və Pavel Nedved
Alınıb: 3,5 mln. avroya «Sparta»dan
Satılıb: 41,2 mln. avroya «Yuventus»a
Gəlir: 37,7 mln. avro
«Latsio» Skudettonu son dəfə Nedvedin liderliyi ilə qazanmışdı. 2001-ci ildə «Yuventus» «Real»a getmiş Zidanın yerini doldurmalı idi və bu məqsədlə çex üçün 40 milyon avrodan çox pul xərclədi. Futbolçu Turində Qızıl top da aldı və komandanı «Yuventus» «B» Seriyada oynayarkən də tərk etmədi.

7. «Portu» və Falkao
Alınıb: 5,43 mln. avroya «River Pleyt»dən
Satılıb: 47 mln. avroya «Atletiko»ya
Gəlir: 41,57 mln. avro
Falkao «Portu»nun ən sərfəli transferidi. 2009-cu ildə Cənubi Amerikanın ən perspektivli futbolçularından birini «Arsenal» və «Mançester Yunayted»lə rəqabətdə 5 milyon avrodan bir qədər artığa alan portuqaliyalılar buradakı 2 ilinə Avropa Liqası məhsuldarlıq rekordunu qıran futbolçuya çevirdi. «Atletiko»da tarixində cibini ən gen məhz bu futbolçu üçün açdı.

6. «İnter» və Zlatan İbrahimoviç
Alınıb: 24,8 mln. avroya «Yuventus»dan
Satılıb: 69,5 mln. avroya «Barselona»ya
Gəlir: 44,7 mln. avro
İbrahimoviçi futbol tarixinin ən bahalı futbolçusu saymaq olar. Klublar ona ümumilikdə 171 milyon avro xərcləyiblər. Futbolçu ilə ən sərfəli davranan isə 45 milyona qədər təmiz gəlir əldə edən «İnter» oldu.

5. «Parma» və Ernan Krespo
Alınıb: 4 mln. avroya «River Pleyt»dən
Satılıb: 55 mln. aroya «Latsio»ya
Gəlir: 51 mln. avro
Əsrlərin qovuşacağında İtaliyada böyük pullar fırlanırdı. «Parma»ya 14-qat gəlir gətirən futbolçu ümumilikdə ona xərclənən pullara görə yalnız ibrahimoviç və Anelkadan geri qalır.

4. «Milan» və Kaka
Alınıb: 8,25 mln. avroya «Sao Paulo»dan
Satılıb: 65 mln. avroya «Real»a
Gəlir: 56,75 mln. avro
2003-cü ildə Leonardonun məsləhəti ilə Sao Paulodan gənc futbolçu alışı «Milan»a uğurlar da da çox yardımçı olmaqla yanaşı, böyük gəlir də gətirdi. Braziliyalı klubuna bir çox turniri qazanmağa kömək etdi və 2007-ci ildə planetin ən yaxşı futbolçusu oldu.

3. «Barselona» və Luiş Fiqu
Alınıb: 2,5 mln. avroya «Sportinq»dən
Satılıb: 60 mln. avroya «Real»a
Gəlir: 57,5 mln. avro
Planetin ən böyük futbol ulduzlarından biri «Barselona»ya cəmi 2,5 milyon avroya başa gəlmişdi. Onun rəqib düşərgəsinə – «Real»a satışı isə indiyədək futbol tarixinin ən qalmaqallı transferlərindən biri sayılır.

2. «Yuventus» və Zinədin Zidan
Alınıb: 3,5 mln. avroya «Bordo»dan
Satılıb: 73,5 mln. avroya «Real»a
Gəlir: 70 mln. avro
«Yuventus»un cəmisi 3,5 milyon avroya aldığı superulduz Turindəki 5 ili ərzində Fransanın milli qəhrəmanı səviyyəsinədək yüksəldi və iki dəfə dünyanın ən yaxşı futbolçusuna çevrildi. Bu da təbii ki, 21-qat artan qiymətə səbəb oldu. «Real» da 73,5 milyonu əbəs xərcləmədi və komandaya Çempionlar Liqası qazandıran futbolçu burada 3-cü dəfə dünyanın ən yaxşısı seçildi.

1. «Mançester Yunayted» və Kriştiano Ronaldo
Alınıb: 17,5 mln. avroya «Sportinq»dən
Satılıb: 94 mln. avroya «Real»a
Gəlir: 76,5 mln. avro

Futbol tarixinin ən bahalı transferi. Futbol tarixinin ən uğurlu transferi. Bütün bunlar Kriştianu Ronaldu haqqındadır. Aleks Ferqyuson futbolçu üçün 2003-cü ildə 18 milyona yaxın pul ödəyərkən risk edirdi. Ancaq kluba böyük gəlir gətirməklə yanaşı, Mançesterdə Ronaldo özünün hələlik yeganə Qızıl topunu qazanıb.

Xəbər 1257 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru