Millinin rəqibləri məlum oldu | |
Qadınlardan ibarət voleybol millimizin Qazaxıstan turnirindəki rəqibləri məlum olub. Qazax prezident Nursultan Nazarbayevin şərəfinə təşkil olunan yarışda Azərbaycanla yanaşı, daha 6 komanda da mübarizə aparacaq. Faiq Qarayevin yetirmələri Qazaxıstanın əsas və ikinci millisi, Belarus yığması, Rusiya “Uraloçka”sı, Çinin “Lyaonin” və ABŞ universitetlərindən olan tələbələrin yer alacağı kluba qarşı oynayacaqlar. Komandalar 2 qrupa bölünəcək ki, onlardan da ilk 2 yerin sahibləri yarımfinala yüksələcəklər. Qeyd edək ki, turnir Pavlodar şəhərində 24-29 iyun tarixində baş tutacaq. |
|
Xəbər 766 dəfə oxundu. |
|
|