Pari Sen Jermen klubu Qaret Beylini "Real" ın əlindən ala bilər
Pari Sen Jermen klubu Qaret Beyli "Real" ın əlindən almaq niyyətindədir. Klub Tottenhemin baş məşqçisi Andre Villaş Boaşı Parisə gətirmək istəyir. Bunun davamı olaraq onlar Beylə də göz tikiblər. Fransızlar Beyl üçün 85 milyon ödəməyə hazırdırlar. Fransa təmsilçisi baş məşqçini gətirməklə məhz futbolçunun fikrini dəyişmək istəyirlər. Əgər Villaş Boaş planı baş tutmasa belə PSG Qaret Beylin transferində israrlıdır.

Bununla bağlı Zinəddin Zidan maraqlı fikir söyləyib: "Əgər hər hansı bir komanda onu bizim əlimizdən almaq istəsə külli miqdarda pul ödəməlidir.Hətta belə olan halda transfer rekord ola bilər.Fikrimcə dünyada bunu bacaracaq 4-5 komanda var."
Bu komandalar arasında da sözsüz ki, PSG var.39 yaşlı Qatarlı Nasir Əl Xəlaifi klubunu dünyanın 1 nömrəsi etmək istəyir.

Xatırladaq ki, hazırda Beyl Floridada istirahətdədir.8 aylıq körpəsi olan Beyl Londonda qalmağın əleyhinə deyil.Ancaq bir şərtlə ki, klub rəqabətə davamlı olsun.

Xəbər 1035 dəfə oxundu.