Məhəmmədrəsul Məcidov: Yalnız qızıl medalı hədəfləmişəm | |
«Yalnız qızıl medalı hədəfləmişəm. İnşallah, yekunda arzuma çataram.» Bunu «İdman» qəzeti və idman.com.az saytının Minskə ezam olunmuş əməkdaşına açıqlamasında milli komandamızın aparıcı boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) dedi. Belarus paytaxtında keçirilən Avropa çempionatında ən yüksək mükafata real namizədlərdən sayılan titullu idmançı medal kolleksiyasına növbəti «qızıl»ı daxil etmək niyyətindədir: «Olimpiya oyunlarında mükafat qazanmışam. Dünya çempionu olmuşam. Avropa çempionatlarında isə hələlik fərqlənməmişəm. İstəyirəm ki, bu mötəbər yarışdan da uğura yetişim». Kamran HACI |
|
Xəbər 1169 dəfə oxundu. |
|
|