Astarada futbol üzrə rayon birinciliyi | |
Astara şəhərində, Xəzər dənizi sahilində salınmış meydançada çimərlik futbolu üzrə rayon birinciliyi keçirilib. Çempionatda 8 komanda iki qrupda dairəvi sistem üzrə qalib adı uğrunda mübarizə aparıb.Rayon birinciliyinin final mərhələsində “Veteran” və “Sərhədçi” komandaları qarşılaşıblar. Gərgin və mübarizə şəraitində keçən yarışda “Vetaran” komandası rəqibləri üzərində 6:5 hesablı qələbə qazanaraq çempionatın qalibi olub. “Stansiya” və “Pedaqoji Kollec” komandaları arasında 3-cü yer uğrunda gedən mübarizədə “Stansiya” komandası fərqlənib. “Stansiya” komandası rəqibini 5:3 hesabı ilə məğlub edib. Qaliblərə diplomlar, kuboklar və xatirə hədiyyələri təqdim edilib. |
|
Xəbər 1055 dəfə oxundu. |
|
|