“Neftçi” ardıcıl 3-cü dəfə ölkə çempionu oldu
Bu gün Topaz Premyer Liqasında XXXI tur başa çatıb. İdman.com.az saytı xəbər verir ki, 21-ci Azərbaycan milli çempionatının qalibi Qəbələdə müəyyənləşib. Tur təkcə qızıl deyil, bütün mükafatların sahiblərinin adlarına aydınlıq gətirib.

Ən yaxın izləyicisi olan “Qarabağ”dan 6 xal öndə olan “Neftçi” Qəbələ səfərində çempionluğunu rəsmiləşdirib. Bunun üçün “ağ-qaralar”a bir xal kifayət edib.

Bununla da, bayraqdar ardıcıl 3-dəfə qızıl medallara sahib çıxıb. Ümumənsə, 8-ci çempionluğu bayram edib.

Hesabda geridə olan “Qarabağ”ın sonradan təşəbbüsə yiyələnərək, “Bakı”ya qalib gəldiyi matç, Ağdam klubunun işinə yaramayıb. Zaqatalada yerli “Simurq”a uduzan “İnter” isə çempionatın bürünc mükafatını qazanıb.

Bu gün ikinci “altılıq”da baş tutan yeganə oyun da məhsuldar keçib. Paytaxt derbisində AzAL “Rəvan”ı üstələyib.

Topaz Premyer Liqası. XXXI tur
14 may

“Qəbələ” – “Neftçi” - 1:1
Qol: Yannik Kamanan, 72 - Rəşad Sadiqov, 14
Rodriges Assis 31-ci dəqiqədə penaldan istifadə edə bilməyib.

“Qarabağ” – “Bakı” - 3:1
Qol: Muarem Muarem, 38; Vüqar Nadirov, 59; Deniss İvanovs,73 (avtoqol) - Mario Rubio, 18
Qırmızı vərəqə: Rauf Əliyev, 84

“Simurq” – “İnter” - 1:0
Qol: Zdravko Popoviç (p.), 38

“Rəvan” – AZAL - 3:5
Bakı. “Bayıl Arena” stadionu
Qol: Viktor İqbekoyi, 28 (avtoqol); Miloş Adamoviç, 44; Ramazan Abbasov, 52 - Ruslan Tağızadə, 12; Viktor İqbekoyi, 31; Taqim Novruzov, 63; Junior Nildo, 66, 75 (p.)
Qırmızı vərəqə: Nikolay Orlovksiy, 85

Xəbər 2847 dəfə oxundu.