Xızıda Respublika turniri keçirilib | |
11-12 may tarixlərdə Xızı rayon Şuraabad qəsəbəsində ümumittifaq yarışların qalibi və mükafatçısı Azərbaycan Respublikasının əməkdar məşqçisi, SSRİ idman ustası Əlipənah Həşimovun xatirəsinə həsr edilmiş 19-20 yaşlı gənclər arasında Sambo güləşi üzrə Respublika turniri keçirilib. Yarışda 160 nəfər idmançı və həvəskar, 9 şəhər və rayonun(Xızı-2, Sumqayıt-2, Abşeron-1, Bakı-1, Siyəzən-1, Şabran-1, Quba-1, Xaçmaz-1, Şamaxı-1 idmançıları iştirak edib. Sonda qaliblər idarənin diplomları, medalları və qiymətli hədiyyələri ilə təltif olunublar. |
|
Xəbər 2296 dəfə oxundu. |
|
|