«Mançester Siti» dünyanın ən yaxşılarını yığacaq
«Mançester Siti»nin keçmiş forvardı Mario Balotelli ingilis klubunun gələn mövsüm Premyer Liqa çempionluğunu özünə qaytarmaq səylərini dəstəkləyir. İdman.com.az saytı xəbər verir ki, Balotelli «şəhərlilər»in yay transfer pəncərəsində birinciliyi ələ alacaqlarına şübhə etmir.

Futbolçu «Sunday Mirror»a müsahibəsində deyib: «Roberto Mançini bu yay nə lazımdırsa edəcək. «Mançester Siti» yeni mövsümdə titulu özünə qaytaracaq. «Siti» dünyanın 2-3 ən yaxşı oyunçusunu komandaya gətirəcək. Nəticədə biz indiki mövsümün təkrarını görməyəcəyik».

Xəbər 805 dəfə oxundu.