Arda Turan Türkiyədən üzr istədi | |
“Ediləcək heç nə yoxdu. Öz meydanında qələbə qazana bilməsən Braziliyaya gedə bilməyəcəksən”. Bu sözləri Türkiyə millisinin üzvü Arda Turan Macarıstanla (1:1) qarşılaşmadan sonra deyib. Hələ də şanslarının olduğunu bildirən Arda oyuna görə Türkiyə xalqından üzr istəyib: “Hələ də şansımız var, amma imkansız kimi görünür. Qapının ağzında topu qapıya vura bilmədik. Millinin 1.5-2 ilini boşa verdik. Həmişə demişəm ki, günahkar futbolçulardı, bütün türk xalqından üzr istəyirəm”. |
|
Xəbər 797 dəfə oxundu. |
|
|