«Portu» Rodrigesi satmır | |
«Mançester Yunayted» klubu «Portu»nun yeni parlayan ulduzu Hames Rodriges üçün 30 milyon avro təklif edib. İdman.com.az saytı xəbər verir ki, «Qırmızı şeytanlar»ın skautları son 4 həftədə Rodrigesin iştirakı ilə 3 matçı izləyiblər. Onlar futbolçunu 30 milyon avro həcmində dəyərləndiriblər. Lakin Portuqaliya klubu futbolçusunu satmaqdan imtina edib. «Mançester Yunayted»in Rodrigesin namizədliyinə transfer pəncərəsinin açılmasına yaxın yenidən qayıdacağı gözlənilir. |
|
Xəbər 929 dəfə oxundu. |
|
|