Millimiz Finlandiya yığması ilə yoldaşlıq oyunu keçirib | |
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Yığmamız Finlandiyanın U-19 komandası ilə qarşılaşıb. Finlandiya yığması 69-cu dəqiqədə penaltidən fərqlənməklə 1:0 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, millimizin üzvləri Coşqun Diniyev 69-cu, Elvin Bədəlov isə 80-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıblar. AzərTAc |
|
Xəbər 887 dəfə oxundu. |
|
|