Messi: “Milandakı məğlubiyyətin qisasını almaq üçün çıxmışdıq” | |
“Belə bir oyuna ehtiyacımız var idi. Bu matça sadəcə mərhələni keçmək yox, həm də Milandakı məğlubiyyətin qisasını almaq üçün çıxmışdıq”. Bu sözləri “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Milan”la cavab qarşılaşmasından (4:0) sonra deyib. “Hər şey planladışdırdığımız kimi oldu. Erkən qol vurduqdan sonra üstünlüyü ələ aldıq” – deyən Messi bununla hamıya əsl güclərini göstərdiklərini bildirib: "Bu matç özümüzə gəlmək üçün çox önəmli idi. Lazım olanda nələr edə biləcəyimizi bir daha göstərdik. Tərəfdarlarımız bu oyunumuzu hər matçda görmək istəyir. Biz də illlərdir belə oynayırıq”. |
|
Xəbər 799 dəfə oxundu. |
|
|