İnzagi «Milan»ın ehtiyatını çalışdıracaq
«Milan»ın keçmiş oyunçusu Filippo İnzagi indi «rossoneri»lərin gənclər heyətini çalışdıracaq. Bu vəzifəyə o, yayda keçəcək. İdman.com.az bildirir ki, adı çəkilən məlumatı «Football İtalia» verir. Karyerasını başa vurduqdan sonra İnzagi «Milan»ın akademiyasında işləyirdi. İndi isə ona ehtiyat komandanın dublu ilə işləmək həvalə olunub.

Xəbər 1167 dəfə oxundu.