Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI | |
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin: İsgəndərov Ağakişi Baxış oğlu Kazımov Vaqif Babaş oğlu Kərimov Sultan Əbdülhəmid oğlu Lunyov Vladimir Terentyeviç Məmmədov Yaşar Əziz Ağa oğlu 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 mart 2008-ci il. |
|
Xəbər 1033 dəfə oxundu. |
|
|