Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvləri və əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI | |
Azərbaycan Respublikasında Olimpiya oyunlarına hazırlıq işlərində səmərəli fəaliyyətlərinə, habelə idman təhsili və jurnalistikasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” Behbudov Rafiq Qəmbər oğlu İsayev Xəzər Ağəli oğlu Quliyev Çingiz Mikayıl oğlu Novruzov Sucaxan Müseyib oğlu “Azərbaycan Respublikasının Əməkdar müəllimi” Muradov Rasim Sədrəddin oğlu “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” Fərzəliyev Murad Qoçu oğlu İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 oktyabr 2007-ci il. |
|
Xəbər 962 dəfə oxundu. |
|
|