Binəqədi rayonunda “Boulinq” üzrə rayon birinciliyi | |
30 yanvar Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral “Azərbaycan Gəncləri günü” ilə əlaqədar “Boulinq” üzrə rayon birinciliyi keçirilib. Gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə keçirilən yarışda 24 komanda tərkibində cəmi 144 nəfər (hər komandada 6 nəfər olmaqla) iştirak ediblər. Sonda birinci yerə “Gənclik”, ikinciyə “Mübariz”, üçüncüyə –“Qələbə” komandası layiq görülüblər. Qeyd edək ki, yarış “Atrium” İdman və Əyləncə Mərkəzində keçirilib. |
|
Xəbər 3054 dəfə oxundu. |
|
|