Qazaxda Məktəbli kuboku turniri | |
25 dekabr 2012-ci il tarixdə Qazax şəhər 4 saylı orta məktəbin idman zalında orta məktəblərin 5-7-ci sinif şagirdləri arasında mini-futbol üzrə "Coca-Cola Məktəbli Kuboku"nun rayon mərhələsinə start verilib. Yarışda rayonun orta ümumtəhsil məktəblərindən 14 komanda (11 komanda VII siniflər, 3 komanda V siniflər) iştirak edir. Hər komanda 12 oyunçu (6 nəfər əsas, 6 nəfər ehtiyat) və 1 məşqçidən ibarətdir Yarışın açılışı M.Hüseyn adına məktəb lisey və S.Vurğun adına 2 saylı orta məkətbin komandaları arasında matçla başlayıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 4:3 hesabıyla 2 saylı orta məktəbin komandasının xeyrinə başa çatıb. Açılış tədbirində rəsmi qonaqlar qismində AFFA-nın, rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər. Qarşılaşmalar 19 yanvar 2013-cü il tarixdə yekunlaşıb və finalçılar müəyyənləşib. V siniflər arasında final görüşü şəhər 4 saylı orta məktəb və şəhər M.Hüseyn adına məktəb-liseyin komandaları arasında, VII siniflər arasında isə şəhər 5 saylı orta məktəblə Aşağı Salahlı kənd orta məktəbin komandaları arasında keçiriləcək. İsmayıl Süleymanov Qazax rayon Gənclər və İdman İdarəsi |
|
Xəbər 1034 dəfə oxundu. |
|
|