Şahmat üzrə 38-ci beynəlxalq turnir davam edir
İspaniyanın Sevilya şəhərində şahmat üzrə 38-ci beynəlxalq turnir davam edir.
Yarışda mübarizə aparan Azərbaycan şahmatçısı Azər Mirzəyev (2582) növbəti görüşünü keçirmişdir. Belə ki, şahmatçımız üçüncü tur çərçivəsində İspaniya təmsilçisi Karlos Barrero ilə qarşılaşmış və oyunu heç-heçə başa çatmışdır. Bu turdan sonra şahmatçımızın hesabında 2,5 xal vardır.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Yarışda 172 şahmatçı birincilik uğrunda mübarizə aparır.
AzərTAc

Xəbər 859 dəfə oxundu.