“Rəvan”da qış fasiləsi başa çatıb | |
“Rəvan”da qış fasiləsi başa çatıb. Dekabrın 20-də istirahətə buraxılan komanda bu gün yenidən bir araya gəlib. Komanda tam heyətlə toplaşmayıb. Belə ki, legionerlər düşərgəyə yanvarın 12-də qoşulacaq. Yerli futbolçular isə bu gün və sabah tibbi müayinədən keçərək, hazırlıqlara başlayacaq. Qeyd edək ki, ilk “altılığ”a düşmək şanslarını itirən “Rəvan” təlim-məşq toplaşını üçün ölkə xaricinə çıxmayacaq. |
|
Xəbər 799 dəfə oxundu. |
|
|