«Qızıl top»u Şevçenko verəcək | |
Post-sovet məkanı ölkələrinin dünya arenasına çıxartdığı ən böyük ad – ukraynalı Andrey Şevçenko yeni ilin ilk həftəsində xüsusi missiya ilə İsveçrənin Sürix şəhərinə yollanacaq. İdman.com.az saytının məlumatına görə, yanvarın 7-də «Konqress holl»da 2012-ci ilin ən yaxşı futbolçusuna «Qızıl» top veriləcək. FİFA-nın mükafatı üçün seçilmiş ilkin 23 nəfərdən «Frans Futbol» yenə də son illərin əvəzedilməz 3 ulduzunu: Kriştianu Ronaldu, Lionel Messi və Andres İnyestanı saxlayıb. Builki seçimdə qalibin kim olacağı ilə bağlı intriqa tam qüvvəsində qalsa da, bircə o məlumdu ki, «Qızıl topu» ən yaxşı futbolçuya məhz Andrey Şevçenko verəcək. |
|
Xəbər 919 dəfə oxundu. |
|
|